Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3439/2025 06.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X6 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı, onun nümayəndəsi (vəkil) Nümayəndə Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd kənd tam orta ümumtəhsil məktəbin direktor müavini: X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı uşaqların yanında qalmasının müəyyən edilməsi və alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı uşaqların yanında qalmasının müəyyən edilməsi və aliment tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, xx.xx.2011–ci il tarixdə doğulmuş Sinan, xx.xx.2013–cü il tarixdə doğulmuş Sərvan, xx.xx.2015–ci il tarixdə doğulmuş Fidan və xx.xx.2017–ci il tarixdə doğulmuş Binyamin adlı uşaqların onun yanında qalmasının müəyyən edilməsi, habelə həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində alimentin tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2010–cü il tarixdə faktiki olaraq evlənməklə, xx.xx.2013–cü il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan xx.xx.2011–ci il tarixdə Sinan, xx.xx.2013–cü il tarixdə Sərvan, xx.xx.2015–ci il tarixdə Fidan və xx.xx.2017–ci il tarixdə Binyamin adlı uşaqları doğulmuşdur. Aralarında baş vermiş narazılıqlara görə 2018–ci il tarixdə cavabdehlə faktiki olaraq ayrılmış, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018–ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqların analarının yanında qalması müəyyən edilmişdir. Nikah pozulduqdan sonra bir neçə ay ayrı yaşasalar da, sonradan ailə münasibətlərini bərpa etmiş, lakin rəsmi nikah qeyd etdirməmişlər. Birgə yaşadıqları müddətdə arvadının ona xəyanət etməsi məlum olmuş, cavabdeh özü də bunu etiraf etmişdir. Bundan sonra cavabdeh birgə ailə şəraitində yaşaya bilməyəcəklərini başa düşmüş və azyaşlı uşaqların dördünü də onun yanında qoyaraq, 14 may 2024–cü il tarixdə evdən çıxıb getmişdir. Həmin tarixdən sonra cavabdehlə heç bir əlaqəsi yoxdur və uşaqlar onun yanında qalmışdır. Uşaqlar ondan ayrılmaq istəmir, Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən məktəbdə təhsil alırlar. Onların bütün xərclərini və qayğılarını ata olaraq o, çəkir. Həmçinin, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018–ci il tarixli qətnaməsi birgə nikahdan doğulmuş uşaqların analarının yanında qalmasının müəyyən edilməsi hissəsində icraya yönəldilmiş, lakin Cavabdeh icra şöbəsinə dəvət edilsə də, gəlməmiş, cavabdeh tərəfindən heç bir şikayət və tələblə müraciət edilmədiyindən icra sənədi məhkəməyə qaytarılmışdır. Hazırda uşaqlar onun yanında olsalar da, bununla bağlı heç bir təsdiqedici sənədi yoxdur. Əlavə olaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən aliment tələb edir. Belə ki, uşaqlar böyüdükcə onların təhsili, geyimi və digər xərcləri çoxalır. Bu səbəbdən cavabdehdən aliment tutulmasını istəyir. Odur ki, xx.xx.2011–ci il tarixdə doğulmuş Sinan, xx.xx.2013–cü il tarixdə doğulmuş Sərvan, xx.xx.2015–ci il tarixdə doğulmuş Fidan və xx.xx.2017–ci il tarixdə doğulmuş Binyamin adlı uşaqların onun yanında qalmasının müəyyən edilməsi, habelə həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində alimentin tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə xx.xx.2010–cü il tarixdə faktiki olaraq evlənməklə, xx.xx.2013–cü il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan xx.xx.2011–ci il tarixdə Sinan, xx.xx.2013–cü il tarixdə Sərvan, xx.xx.2015–ci il tarixdə Fidan və xx.xx.2017–ci il tarixdə Binyamin adlı uşaqları doğulmuşdur. Aralarında baş vermiş narazılıqlara görə cavabdehlə ayrılmışlar. Cavabdeh 14 may 2024–cü il tarixdə uşaqları onun yanında qoyaraq evdən çıxıb getmiş, həmin tarixdən etibarən uşaqlarla maraqlanmamışdır. Hazırda da uşaqlar onunla birlikdə yaşayır və cavabdehin yanına getmək istəmirlər. Həmçinin, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən aliment tələb edir. Bu səbəbdən məhkəmədə iddia qaldrımışdır. Odur ki, xx.xx.2011–ci il tarixdə doğulmuş Sinan, xx.xx.2013–cü il tarixdə doğulmuş Sərvan, xx.xx.2015–ci il tarixdə doğulmuş Fidan və xx.xx.2017–ci il tarixdə doğulmuş Binyamin adlı uşaqların onun yanında qalmasının müəyyən edilməsi, habelə həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində alimentin tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclası zamanı nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxs Şəmkir Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM–in 147–ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. İş materialları ilə müəyyən edilir ki, cavabdehin məlum olan axırıncı yaşayış yeri Şəmkir rayonu, Sabirkənd kəndi olmuş, məhkəmə bildirişləri cavabdehə çatdırılması üçün Şəmkir rayonu Sabirkənd kənd İƏD üzrə nümayəndəliyə xəbərnaməli poçt vasitəsilə göndərilmiş, nümayəndəliyin əməkdaşı xx.xx.2025–ci il tarixdə, xx.xx.2025–ci il tarixdə və xx.xx.2025–ci il tarixdə xəbərnamələrə imza etməklə bildirişləri qəbul etmişdir. Ona görə də məhkəmə, Azərbaycan Respublikası MPM–in 147–ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin, məhkəmə, üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd kənd tam orta ümumtəhsil məktəbin direktor müavini X2 iştirakı ilə məhkəmə iclası zamanı dindirilmiş Sərvan adlı uşaq izahatında göstərdi ki, atası və anası ayrıldıqdan sonra atasının yanında qalmışdır. Onun dərsləri ilə atası maraqlanır, onlara atası baxır. Bir ildən çoxdur ki, anası onları axtarmır və anası ilə heç bir əlaqəsi yoxdur. Bundan sonra da atası ilə yaşamaq istəyir. Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd kənd tam orta ümumtəhsil məktəbin direktor müavini X2 iştirakı ilə məhkəmə iclası zamanı dindirilmiş Fidan adlı uşaq izahatında göstərdi ki, atası və anası ayrıldıqdan sonra atasının yanında qalmışdır. Onun dərsləri ilə qardaşı və atası maraqlanır, onlara atası baxır. Əvvəllər də anası onlarla maraqlanmamışdır. Hazırda atası ilə qalmaq istəyir. Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd kənd tam orta ümumtəhsil məktəbin direktor müavini X2 iştirakı ilə məhkəmə iclası zamanı dindirilmiş Binyamin adlı uşaq izahatında göstərdi ki, atası və anası ayrıldıqdan sonra atasının yanında qalmışdır. İki ildən çoxdur ki, anası ilə görüşmür, anası onlarla maraqlanmır. Onlara atası baxır və atasını çox istəyir. Bundan sonra da atası ilə yaşamaq istəyir. Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd kənd tam orta ümumtəhsil məktəbin direktor müavini X2 iştirakı ilə məhkəmə iclası zamanı dindirilmiş Sinan adlı uşaq izahatında göstərdi ki, atası və anası ayrıldıqdan sonra atasının yanında qalmışdır. Anası Bakı şəhərində yaşayır və onlarla maraqlanmır. Hazırda atası ilə qalmaq istəyir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, işdə olan sənədləri, qəyyumluq və himayəçilik komissiyasının rəyini və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında arayışlardan görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2011–ci il tarixdə Sinan, xx.xx.2013–cü il tarixdə Sərvan, xx.xx.2015–ci il tarixdə Fidan və xx.xx.2017–ci il tarixdə Binyamin adlı uşaqları doğulmuşdur. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018–ci il tarixli, 2(076)–3084/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 01 fevral 2013–cü il tarixdə Şəmkir rayon Sabirkənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdə bağlanmış və 02 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulmuş, boşanmadan sonra tərəflərin birgə nikahından doğulmuş 22 iyul 2011–ci il təvəllüdlü Sinan, 17 oktyabr 2013– cü il təvəllüdlü Sərvan, 04 iyul 2015–ci il təvəllüdlü Fidan və 11 oktyabr 2017–ci il təvəllüdlü Binyamin adlı uşaqların iddiaçı Cavabdeh yanında qalması müəyyən edilmişdir. İşdə olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025–ci il tarixli qərarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018–ci il tarixli, 2(076)– 3084/2018 saylı qətnaməsi “22 iyul 2011–ci il təvəllüdlü Sinan, 17 oktyabr 2013–cü il təvəllüdlü Sərvan, 04 iyul 2015–ci il təvəllüdlü Fidan və 11 oktyabr 2017–ci il təvəllüdlü Binyamin adlı uşaqların Cavabdeh yanında qalması müəyyən edilsin” hissəsində icraya yönəldilmiş, icra zamanı tələbkar öz hərəkətləri (hərəkətsilziyi) ilə icra sənədinin icrasına mane olmuş, tələbkar Cavabdeh ilə xx.xx.2025–ci il tarixdə və xx.xx.2025–ci il tarixdə mobil telefon vasitəsilə əlaqə saxlanılmış və icra şöbəsinə dəvət edilmişdir. Lakin Cavabdeh Bakı şəhərində işlədiyini bildirərək icra şöbəsinə gəlməmişdir. Həmçinin, tələbkar tərəfindən şöbəyə heç bir tələb və şikayətlə bağlı müraciət daxil olmamışdır. Bu səbəbdən icra sənədi Şəmkir Rayon Məhkəməsinə qaytarılmışdır. İşdə olan Şəmkir RİHB–nın Sabirkənd kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2024–cü il tarixli 365 saylı arayışından görünür ki, İddiaçı Şəmkir rayonu, Sabirkənd kəndində daimi qeydiyyatda olmaqla yaşayır, Sinan, Sərvan, Fidan və Binyamin adlı uşaqlarından ibarət ailə tərkibi vardır. İşdə olan xx.xx.2024–cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir. İşdə olan Şəmkir Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2025–ci il tarixli rəyindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı, 22 iyul 2011–ci il təvəllüdlü Sinan, 17 oktyabr 2013–cü il təvəllüdlü Sərvan, 04 iyul 2015–ci il təvəllüdlü Fidan və 11 oktyabr 2017–ci il təvəllüdlü Binyamin adlı uşaqlar onun himayəsinə veriləcəkləri təqdirdə təlim–tərbiyəsi ilə məşğul olmaq iqtidarındadır. İşdə olan Şəmkir RİHB–nın Sabirkənd kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2025–ci il tarixli, xx.xx.2025–ci il tarixli və xx.xx.2025–ci il tarixli məktublarından görünür ki, Məmmədova X1 qeydiyyatda olmasına baxmayaraq, kənd ərazisində yaşamır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, tərəflər faktiki olaraq evlənməklə, xx.xx.2013–cü il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan xx.xx.2011–ci il tarixdə Sinan, xx.xx.2013–cü il tarixdə Sərvan, xx.xx.2015–ci il tarixdə Fidan və xx.xx.2017–ci il tarixdə Binyamin adlı uşaqları doğulmuşdur. Ailə daxili narazılıqlar zəminində tərəflər ayrılmış, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018–ci il tarixli, 2(076)–3084/2018 saylı qətnaməsinə əsasən tərəflər arasında 01 fevral 2013–cü il tarixdə bağlanmış rəsmi nikah qeydi pozulmuş, boşanmadan sonra tərəflərin birgə nikahından doğulmuş uşaqların Cavabdeh yanında qalması müəyyən edilmişdir. Sonradan tərəflər ailə münasibətlərini bərpa etsə də, rəsmi nikah bağlamamışlar. Lakin cavabdeh 14 may 2024–cü il tarixdə uşaqları iddiaçının yanında qoyaraq evdən çıxıb getmişdir. Həmin vaxtdan etibarən uşaqlar iddiaçının yanında qalmışlar. Həmçinin, məhkəmə iclası zamanı müəyyən olundu ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018–ci il tarixli, 2(076)–3084/2018 saylı qətnaməsi “22 iyul 2011–ci il təvəllüdlü Sinan, 17 oktyabr 2013–cü il təvəllüdlü Sərvan, 04 iyul 2015–ci il təvəllüdlü Fidan və 11 oktyabr 2017–ci il təvəllüdlü Binyamin adlı uşaqların Cavabdeh yanında qalması müəyyən edilsin” hissəsində icraya yönəldilmiş, icra zamanı Cavabdeh telefon vasitəsilə Bakı şəhərində işlədiyini bildirərək icra şöbəsinə gəlməmişdir. Həmçinin, tələbkar tərəfindən şöbəyə heç bir tələb və şikayətlə bağlı müraciət daxil olmamışdır. Bu səbəbdən icra sənədi Şəmkir Rayon Məhkəməsinə qaytarılmışdır. Belə olan halda məhkəmə ilk öncə hesab edir ki, iddianın “uşaqların iddiaçının yanında qalmasının müəyyən edilməsi” hissəsi əsaslı olduğundan təmin edilməli, xx.xx.2011–ci il tarixdə doğulmuş Sinan, xx.xx.2013–cü il tarixdə doğulmuş Sərvan, xx.xx.2015–ci il tarixdə doğulmuş Fidan və xx.xx.2017–ci il tarixdə doğulmuş Binyamin adlı uşaqların ataları–İddiaçı yanında qalması müəyyən edilməlidir. Məhkəmə bu qənaətə gələrkən həm Şəmkir Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini, həm də uşaqların məhkəmə iclası zamanı verdikləri izahatlarında göstərilənləri əsas tutur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52–ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2011–ci il tarixdə doğulmuş Sinan, xx.xx.2013–cü il tarixdə doğulmuş Sərvan, xx.xx.2015–ci il tarixdə doğulmuş Fidan və xx.xx.2017–ci il tarixdə doğulmuş Binyamin adlı uşaqlar İddiaçı yanında olduqlarından, məhkəmə iclası zamanı da ataları ilə birlikdə yaşamaq istədiklərini bildirdiklərindən, habelə Şəmkir rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası verdiyi rəyində iddiaçının uşaqların təlim–tərbiyəsi ilə məşğul olmaq iqtidarında olmasını göstərdiyindən, iddia həmin hissədə təmin edilməli, xx.xx.2011–ci il tarixdə doğulmuş Sinan, xx.xx.2013–cü il tarixdə doğulmuş Sərvan, xx.xx.2015–ci il tarixdə doğulmuş Fidan və xx.xx.2017–ci il tarixdə doğulmuş Binyamin adlı uşaqların iddiaçının yanında qalması müəyyən edilməlidir. Məhkəmə tələbin alimentlə bağlı hissəsini araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçının aliment tələbi qismən təmin olunmalıdır. Belə ki, iddiaçının aliment tələbi haqlı olsa da, onun tələb etdiyi miqdarda alimentin alınması cavabdehin real maddi və əmlak vəziyyəti ilə uzlaşmır. Ona görə də iddia həmin hissədə qismən təmin olunmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024– cü il tarixli 15 nömrəli Qərarının 1.2.1–ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016–cı il tarixli qərarının 8.4–cü bəndinə 8.4–1–ci yarımbənd əlavə edilmiş və həmin yarımbənddə göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2–ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024–cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025–ci il yanvarın 1–dən 400 manat müəyyən edilmişdir. Həmçinin, 2026–cı ildə də ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 400 manat olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların mənafelərini və iddiaçının himayəsində yaşamalarını, habelə digər halları, eləcə də iddiaçının ərizə ilə xx.xx.2025–ci il tarixdə məhkəməyə müraciət etməsini nəzərə alaraq hesab edir ki, xx.xx.2025–ci il tarixdən başlayaraq, xx.xx.2011–ci il tarixdə doğulmuş Sinan, xx.xx.2013– cü il tarixdə doğulmuş Sərvan, xx.xx.2015–ci il tarixdə doğulmuş Fidan və xx.xx.2017–ci il tarixdə doğulmuş Binyamin adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində aliment müəyyən edilməlidir. Həmin məbləğdə alimentin təyin edilməsi azyaşlı uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Məhkəmə, həmçinin hesab edir ki, Cavabdeh yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçı sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddianın qalan hissəsi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2011–ci il tarixdə doğulmuş Sinan, xx.xx.2013–cü il tarixdə doğulmuş Sərvan, xx.xx.2015–ci il tarixdə doğulmuş Fidan və xx.xx.2017–ci il tarixdə doğulmuş Binyamin adlı uşaqların ataları–İddiaçı yanında qalmaları müəyyən edilsin. xx.xx.2025–ci il tarixdən başlayaraq, xx.xx.2011–ci il tarixdə doğulmuş Sinan, xx.xx.2013–cü il tarixdə doğulmuş Sərvan, xx.xx.2015–ci il tarixdə doğulmuş Fidan və xx.xx.2017–ci il tarixdə doğulmuş Binyamin adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla nəzərdə tutulmuş müddətdə şikayət verilməzsə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X7
Məhkəmə qərarları › İş №2(076)-3439/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3439/2025
06.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver