Məhkəmə qərarları › İş №2(076)-347/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-347/2025

04.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-347/2025 04.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh: Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı cavabdehin yetkinlik yaşına çatmamış uşaqları və cehiz əşyaları ilə birlikdə evdən çıxarılma tələbinə dair ddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin yetkinlik yaşına çatmamış uşaqları və cehiz əşyaları ilə birlikdə evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh qardaşı X1 arvadıdır. X2 Cavabdeh 2013–cü ilin yanvar ayında faktiki olaraq evlənməklə nikahlarını 23 sentyabr 2013–cü ildə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından xx.xx.2013–cü il təvəllüdlü X10 və xx.xx.2014–cü il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Toylarından sonra Cavabdeh valideynlərinə məxsus ünvan 1 ünvanında yerləşən evə gəlin köçürmüşlər, ona məxsus cehiz əşyaları da həmin evə yığılmışdır. Valideynləri hazırda vəfat etmişlər. Valideynləri vəfat etdikdən sonra onun başqa yerdə evi olmadığına görə bütün qardaş və bacılarının razılığı ilə valideynlərindən qalmış miras əmlak onun mülkiyyətinə verilmişdir. Hazırda o da azyaşlı övladları ilə birlikdə həmin evdə yaşayır. X11 Cavabdeh aralarında baş vermiş narazılıqlar nəticəsində faktiki olaraq ayrılmışlar. Şəmkir Rayon Məhkəməsinin 2(076)– 379/2023 saylı, xx.xx.2023–cü il tarixli qətnaməsi ilə onlar arasında olan nikah pozulmuş və yetkinlik yaşına çatmamış uşaqların Cavabdeh himayəsində saxlanması müəyyən edilmişdir. Artıq bir ildən çox müddətdir ki, cavabdehlə qardaşı Arzu Musayev arasında olan nikah pozulmuş olsa da, cavabdeh nə özü onun evindən çıxmaq istəmir, nə də əşyalarını çıxartmır. O, yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə onun evində yaşamaqla onu və övladlarını incidir, onu təhqir edir. Cavabdeh onu özünə məxsus əmlakda yaşamağa qoymur. Cavabdehin yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə onun mülkiyyətində olan əmlakda onun (iddiaçının) iradəsinə zidd olaraq yaşaması və ona məxsus 1 ədəd qəhvəyi rəngli ikinəfərlik çarpayı, 1 ədəd qəhvəyi rəngli setkalı təknəfərlik çarpayı, 1 ədəd ikinəfərlik döşək, 1 ədəd ikinəfərlik yorğan, 2 ədəd balınc, 6 ədəd döşəkçə, 1 ədəd qərənfil formalı çilçıraq, 1 ədəd ağ rəngli divar saatı, 5 ədəd sarımtıl rəngli tüllə birlikdə pərdə, 1 ədəd ağ–qırmızı rəngli, qərənfil güllü gəvədən ibarət cehiz əşyalarını saxlaması onun mülkiyyət hüquqlarını pozur. Ona məxsus mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da evin yerləşdiyi 0.33 ha həyətyanı torpaq sahəsi ********** qeydiyyat nömrəli, xx.xx.2024–cü il tarixli, **********97 reyestr nömrəli Çıxarış əsasında mülkiyyətində olduğundan onun həmin evə gözlənilən mülkiyyət hüququ vardır. Cavabdeh onun qardaşı Arzu Musayevin keçmiş arvadı olmaqla onun ailə üzvləri sırasına daxil deyildir. Cavabdeh onun ailə üzvləri sırasına daxil olmadığından cavabdehin ona məxsus evdən istifadəsinin əsası kimi mülki–hüquqi əqdlər çıxış edə bilərdi. Cavabdehlə onun arasında evdən istifadə ilə bağlı hər hansı əqd mövcud deyildir. Ona görə də Cavabdeh xx.xx.2013–cü il təvəllüdlü X10 və xx.xx.2014–cü il təvəllüdlü X7 adlı uşaqları və cavabdehə məxsus 1 ədəd qəhvəyi rəngli ikinəfərlik çarpayı, 1 ədəd qəhvəyi rəngli setkalı təknəfərlik çarpayı, 1 ədəd ikinəfərlik döşək, 1 ədəd ikinəfərlik yorğan, 2 ədəd balınc, 6 ədəd döşəkçə, 1 ədəd qərənfil formalı çilçıraq, 1 ədəd ağ rəngli divar saatı, 5 ədəd sarımtıl rəngli tüllə birlikdə pərdə, 1 ədəd ağ–qırmızı rəngli, qərənfil güllü gəvədən ibarət cehiz əşyaları ilə birlikdə ona məxsus evdən çıxarılmasını istəyir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməyərək, izahatında göstərdi ki, İddiaçı onun keçmiş baldızıdır. İddiaçının X11 ilə 2013–cü ildə evlənmişlər və nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2013–cü il təvəllüdlü X10 və xx.xx.2014–cü il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Arzu Musayevlə evləndikdən sonra Şəmkir rayonu, Qədimqala kəndində yerləşən ərinin valideynlərinə məxsus evə gəlin köçmüşdür. O gəlin köçdükdən sonra həmin evdə tikinti işləri aparılmış, o da köməklik etmişdir. Həmin evdə onun payı olduğundan və yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə yaşamağa yerləri olmadığından iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə izahatları, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024–cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, **********97 daşınmaz əmlakın reyestr nömrəli ünvan 2 ünvanında yerləşən 0.33 ha torpaq sahəsi İddiaçı tam mülkiyyətindədir. İş materiallarında olan Şəmkir rayonu İHB–nin Qədimqala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli, 279 nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən reyestr nömrəsi **********97, qeydiyyat nömrəsi ********** olan 0.33 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X8 tərəfindən 1986–cı ildə tikilmişdir. Ev 1 mərtəbəlidir, 1 zal, 3 otaq, 1 mətbəx və zirzəmidən ibarətdir. Həyətdə yardımçı tikili 1 hamam və 2 otaqdan ibarətdir. Evin tikintisi tamamlanmayıb, yaşayış yardımçı tikilidədir. Torpaq sahəsi və ev hal hazırda İddiaçı məxsusdur. İş materiallarında olan Şəmkir rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli 2(076)– 379/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə X9 ilə Cavabdeh arasında 23 sentyabr 2013–cü il tarixdə Şəmkir rayon, Qədimqala kənd İƏD üzrə nümayəndəliyində bağlanılmış və 30 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulmuşdur. İş materiallarında olan xx.xx.2022–ci il tarixli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, X10 28 oktyabr 2013–cü il tarixdə Şəmkir rayonu Çinarlı qəsəbəsində anadan olmuşdur. Ata qrafasında X9, ana qrafasında X4 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022–ci il tarixli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, X7 28 oktyabr 2014–cü il tarixdə Şəmkir rayonu Çinarlı qəsəbəsində anadan olmuşdur. Ata qrafasında X9, ana qrafasında X4 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024–cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X9 ilə Cavabdeh arasında olan nikaha xx.xx.2023–cü il tarixdə xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, xx.xx.2024– cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında ünvan 2 ünvanında yerləşən 0.33 ha torpaq sahəsi İddiaçı tam mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində İddiaçı məxsus 1 mərtəbəli, 1 zal, 3 otaq, 1 mətbəx və zirzəmidən fərdi yaşayış evi və həyətdə 1 hamam və 2 otaqdan ibarət yardımçı tikili vardır. Cavabdeh 23 sentyabr 2013–cü ildə iddiaçının X2 ilə nikahlarını rəsmiləşdirməklə evlənmişlər. Onların birgə nikahlarından xx.xx.2013–cü il təvəllüdlü X10 və xx.xx.2014–cü il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Cavabdeh ailə qurduqdan sonra əri X9 ilə birlikdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. Sonradan Cavabdeh ilə X9 aralarında baş vermiş narazılıqlar nəticəsində ayrılmışlar və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli 2(076)–379/2023 saylı qətnaməsi ilə onlar arasında olan nikah pozulmuşdur. Hazırda İddiaçı Cavabdeh xx.xx.2013–cü il təvəllüdlü X10 və xx.xx.2014–cü il təvəllüdlü X7 adlı uşaqları və ona məxsus cehiz əşyaları ilə birlikdə yaşayış evindən çıxarılmasını tələb edir. Məhkəmə, ilk növbədə mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əşya hüquq münasibətləri əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisənin həlli zamanı əşya hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları tətbiq edilməlidir. Məhkəmə iddiaçının cavabdehin yetkinlik yaşına çatmamış uşaqları və cehiz əşyaları ilə birlikdə evdən çıxarılması tələbinə dair iddiasına qiymət verərkən, ilk növbədə cavabdehin mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarının mövcud olub–olmamasının və onun əsasında da iddiaçının subyektiv hüququnun pozulub–pozulması ilə bağlı iddiaçının cavabdehə qarşı iddia irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olub–olmaması məsələsinin müəyyən edilməsini zəruri hesab edərək qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8–ci maddəsində qeyd edilmişdir ki, mülkiyyətçi hüquqları, mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İş materialları ilə müəyyən olunduğu kimi Cavabdeh hazırda yaşadığı fərdi yaşayış evi xx.xx.2024–cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşdiyindən onun həmin tikiliyə real olaraq gözlənilən mülkiyyət hüquqları vardır. Ona görə də məhkəmə hesab edir ki, həmin tikili Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mülkiyyət hüququnun müdafiəsi qaydasında qorunmalıdır. Belə ki, “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007–ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə, “Qarrax Çexiyaya qarşı” iş üzrə və digər bu kimi qərarlarında X13 məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X3 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1–ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də bu məsələyə yuxarıda göstərilən qaydada X13 məhkəməsinin mövqeləri ilə uyğun gələn mövqedən yanaşmış, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010–cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar xx.xx.2011–ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar xx.xx.2011–ci il tarixli qərarında və digər qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Hazırki mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçının evinin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququ olmadığından, cavabdehin iddiaçıya məxsus evdə yaşaması və ona məxsus cehiz əşyalarının mübahisəli evdə saxlanılması iddiaçının öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olunmasına səbəb olur. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququ olan fərdi yaşayış evindən istifadə hüququ cavabdeh tərəfindən pozulmaqdadır. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh cehiz əşyaları ilə birlikdə iddiaçının mülkiyyətində olan evdə qalmaqda davam edir. Məhkəmə işin müəyyən olunmuş faktiki hallarından çıxış edərək hesab edir ki, məhkəmə araşdırması nəticəsində cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququna malik olmadığı müəyyən edildiyindən, iddiaçının cavabdehə qarşı cehiz əşyaları ilə birlikdə evdən çıxarılması tələbinə dair iddiası təmin edilməli və cavabdeh cehiz əşyaları ilə birlikdə iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarılmalıdır. Çünki cavabdehin həmin mübahisəli fərdi yaşayış evi üzərində heç bir hüquqları qeydə alınmamışdır. Ona baxmayaraq cavabdeh hazırda da iddiaçıya məxsus evdən istifadə etməklə bərabər, sahiblik edir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə cavabdehin mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun yaranması əsasları, yəni cavabdehin iddiaçının ailə üzvü olub–olmaması məsələsi müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1–ci maddəsində göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2–ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2–ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014–cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30–cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15–ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1–ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Ailə Məcəlləsinin 13 və 15–ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlər uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir–birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında cavabdeh hazırki statusuna görə “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin şəxsin qardaşının keçmiş arvadını saxlamaq vəzifəsi müəyyən olunmamışdır. Məhkəmə, öz qənaətini onunla əsaslandırır ki, iddiaçı ilə cavabdeh arasında ailə qanunvericiliyi əsasında heç bir yaxın qohumluq münasibəti olmadığından, cavabdehin mübahisəli fərdi yaşayış evi üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli fərdi yaşayış evi mülkiyyətçisi ilə onun arasında notariat qaydasında təsdiqlənən müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, cavabdehin iddiaçı ilə birlikdə mübahisəli fərdi yaşayış evində onun ailə üzvü kimi yaşamaq və yaxud özünün saxlanılmasını tələb etmək, həmçinin mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququ yaranmamışdır. Məhkəmə həmçinin, qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında Cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evində keçmiş əri Arzu Musayevlə birgə nikah dövründə tikinti işləri aparıldığını bildirsə də, həmin halı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmiş, iddiaçının nümayəndəsi isə iddiaçıya məxsus fərdi yaşayış evinin cavabdehlə keçmiş ərinin birgə vəsaiti hesabına inşa edilmədiyini bildirmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, mübahisəli fərdi yaşayış evinin cavabdeh İddiaçı tərəfindən birgə nikah dövründə birgə vəsait hesabına inşa edilməsi məhkəmə iclası zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2024–cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında İddiaçı tam mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.33 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən Cavabdeh xx.xx.2013–cü il təvəllüdlü X10 və xx.xx.2014–cü il təvəllüdlü X7 adlı uşaqları və cavabdehə məxsus 1 ədəd qəhvəyi rəngli ikinəfərlik çarpayı, 1 ədəd qəhvəyi rəngli setkalı təknəfərlik çarpayı, 1 ədəd ikinəfərlik döşək, 1 ədəd ikinəfərlik yorğan, 2 ədəd balınc, 6 ədəd döşəkçə, 1 ədəd qərənfil formalı çilçıraq, 1 ədəd ağ rəngli divar saatı, 5 ədəd sarımtıl rəngli tüllə birlikdə pərdə, 1 ədəd ağ–qırmızı rəngli, qərənfil güllü gəvədən ibarət cehiz əşyaları ilə birlikdə çıxarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2024–cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında İddiaçı tam mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.33 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən Cavabdeh xx.xx.2013–cü il təvəllüdlü X10 və xx.xx.2014–cü il təvəllüdlü X7 adlı uşaqları və cavabdehə məxsus 1 ədəd qəhvəyi rəngli ikinəfərlik çarpayı, 1 ədəd qəhvəyi rəngli setkalı təknəfərlik çarpayı, 1 ədəd ikinəfərlik döşək, 1 ədəd ikinəfərlik yorğan, 2 ədəd balınc, 6 ədəd döşəkçə, 1 ədəd qərənfil formalı çilçıraq, 1 ədəd ağ rəngli divar saatı, 5 ədəd sarımtıl rəngli tüllə birlikdə pərdə, 1 ədəd ağ–qırmızı rəngli, qərənfil güllü gəvədən ibarət cehiz əşyaları ilə birlikdə çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar