Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-35/2025 12.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı(Üçüncü şəxs Şəmkir rayon 1 saylı Notariat Ofisi) “Daşınmaz əmlakın bağışlama müqaviləsinin ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı, Cavabdeh qarşı(Üçüncü şəxs Şəmkir rayon 1 saylı Notariat Ofisi) “Daşınmaz əmlakın bağışlama müqaviləsinin ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir şəhəri R.Rəhimov küçəsi, ev-18, mənzil-12 ünvanında yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus olan 3 otaqlı mənzilini Cavabdeh bağışlamağına dair 28 sentyabr 2021-ci il tarixli, 4Ə-1600 reyestr nömrəli bağışlama müqaviləsinin və ünvan 5 xx.xx.2011-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışa əsasən ona məxsus olan evini Cavabdeh bağışlamağına dair 28 sentyabr 2021-ci il tarixli, 4Ə-1601 reyestr nömrəli bağışlama müqaviləsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Şəmkir şəhəri Ü.Hacıbəyov küçəsi ev-56 ünvanında yaşayır. ünvan 1 mənzil ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli Hüquqların dövlət qeydivvatı haqqında Çıxarış və ünvan 5 ev xx.xx.2021- ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında Çıxarış əsasında onun mülkiyyətində olmuşdur. Onun oğlu X11 2004-cü ildə vəfat etmişdir. Oğlu vəfat etdikdən sonra onun bir oğul övladı dünyaya gəldi. Oğlunun vəfatından sonra onun arvadı Hicran Vəliyeva və övladları onunla və arvadı X3 ilə birlikdə yaşayıblar. Onlar birlikdə oğlu Fuadın övladlarını da böyütmüşlər. O, artıq qocaldığından arvadı Fazilə Məhərrəmova ilə məsləhətləşib mülkiyyətində olan evləri oğlu Fuadın övladı Cavabdeh bağışlamaq qərarına gəlmişdir. Fikirləşmişdir ki, oğlunun yadigarıdır. Onların övladı sayılır, onlar qocalmışlar onlara qayğı göstərəcək. O, 28 sentyabr 2021-ci il tarixli bağışlama müqavilələri əsasında mülkiyyətində olan ünvan 1 mənzilini və ünvan 5 evini nəvəsi Cavabdeh bağışlamışdır. O, evini nəvəsinə bağışladıqdan sonra onun və anasının onlara münasibəti tamamilə dəyişmişdir. Nəvəsi Qafar daim onu və arvadı Faziləni təhqir edir, hətta o evdə olmayanda arvadını evdən qovacağı ilə hədələmişdir. O, onların bu hərəkətlərindən hətta əsəbləşərək, infarkt da keçirmişdir. Uzun müddət müalicədə qalmalı olmuşdur. Lakin, onlar bundan sonra da nəticə çıxarmayıb onunla mübahisə etməyə, evdə onları incitməyə davam etdilər. Nəvəsi Qafar evin artıq onun olduğunu, barəsində nə istəyirsə edə biləcəyi ilə onu hədələyir. O yaşlı olmağını nəzərə almadan ona qarşı ailə dəyərlərinə sığmayan hərəkətlər edir, onları təhqir edir. O və arvadı artıq onların kobud hərəkətlərinə dözə bilmirlər. Ona görə də, o evini ona bağışlamaqdan imtina edir. Bağışladığı mənzillər hazırda onun mülkiyyətindədir. O, hətta bağışlamanın ləğvi barədə cavabdehə təklif göndərdikdə də, onun üstünə gələrək nalayiq söyüşlərlə söyüb təhqir etdiyinə görə DİN-in 102 xidmətinə müraciət etmişlər. Bununla bağlı hətta Polis Şöbəsində araşdırma aparılsa da, sonradan şikayət və tələbimi olmadığından cinayət işinin başlanması rədd edildi. Nəvəsi Qafar onun etibarından sui istifadə etmişdir. O, evi ona bağışladıqdan sonra ona qarşı kobud münasibətlər göstərmişdir. Cavabdeh olan Qafar və onun anası birlikdə onlara qarşı ailədə kobud münasibət göstərirlər. Ona görə də onun mülkiyyətində olan evlərini nəvəsi Qafar bağışlamaqdan imtina edir. Mülkiyyətində olan ünvan 1 mənzilini və ünvan 5 evini nəvəsi Cavabdeh bağışlamağına dair bağlanmış 28 sentyabr 2021-ci il 4Ə-1600 revestr nömrəli və 28 sentyabr 2021-ci il tarixli. 4Ə-1601 reyestr nömrəli bağışlama müqavilələrinin ləğv edilməsini tələb edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Nümayəndəsi Vəkil məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, o ailə üzvləri ilə birlikdə Şəmkir şəhəri Ü.Hacıbəyov küçəsi ev-56 ünvanında yaşayır. Onun atası X11 19 mart 2004-cü ildə vəfat etmişdir. Atası vəfat edərkən anası hamilə vəziyyətində olmuş, o isə xx xxxxx 2004-cü ildə doğulmuşdur. Atası vəfat etdikdən sonra anası Vəliyeva Hicran Ənvər qızı onu və digər 3 bacılarını ata babasının evində böyüdərək boya-başa çatdırmışdır. O babası İddiaçılə və nənəsi Fazilə Vəliyeva ilə daim bir ailə olaraq 2023-cü ilin dekabr ayına kimi birlikdə yaşamışlar. Babası İddiaçı atası vəfat etdiyindən, başqa oğul övladı da olmadığından onu oğlu kimi qəbul etmiş, daim onların qayğısına qalmışdır. Ona görə də, babası ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında Çıxarış əsasında mülkiyyətində olan ünvan 1 mənzili və xx.xx.2021-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında Çıxarış əsasında mülkiyyətində olan ünvan 5 evi 28 sentyabr 2021-ci il tarixli bağışlama müqavilələri əsasında ona bağışlamışdır. Babası hər iki əmlakı ona bağışladıqdan sonra da daim birlikdə mehriban yaşamışlar. Lakin, 2023cü ilin yay aylarından başlayaraq bibisi Səadət Rüstəmova yaşadığı Bakı şəhərindən gələrək, babası və nənəsini öyrədərək, məhkəmədə hazırki iddianı qaldırmışdır. Halbuki, iddia ərizəsində qeyd edilənlərin heç bir həqiqətə uyğun deyildir. O babası və nənəsini təhqir etməmiş, hədələməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs Şəmkir rayon 1 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininə əsasən məhkəmə üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia əsasız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ünvan 2 ünvanında yaşayan X2 xx.xx.2023-cü il tarixdə saat 14 radələrində onun atasına məxsus evdə qardaşı arvadı Vəliyeva Hicran Ənvər qızı və Cavabdeh ilə atası Qafara məxsus evin nəvəsi Cavabdeh bağışlanma ilə adına keçirilməsindən imtina edildiyi səbəbindən aralarında yaranmış münaqişə zamanı döyülməsi faktı öz təstiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, tərəflərə aralarında yaranmış mülkü mübahisənin həlli ilə əlaqədar məhkəmə organlarına müraciət etmək hüquqlarının olması izah edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən İddiaçı, **********06-05101-093008 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarış əsasında mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 55.4 kv/m olan 3 otaqlı mənzili hədiyyə alan Cavabdeh mülkiyyətinə vermişdir. İş materiallarında olan evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X4 xx.xx.1970-ci il tarixdə nikaha daxil olmuşlar. Bundan sonra X1 “Vəliyeva” soyadı verilmişdir. İş materiallarında olan X3 tərəfindən verilmiş notarial ərizədən görünür ki, xx.xx.2021-ci il tarixli, daşınmaz əmlakın bağışlanması müqaviləsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2004-cü il tarixdə doğulub və onun ata qrafsında “X11”, ana qrafasında “Vəliyeva Hicran Ənvər qızı” qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli elektron sistemdən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 55.4 kv/m olan 3 otaqlı mənzildə Vəliyeva Hicran Ənvər qızı, X7, X5, X8 və Cavabdeh yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş materiallarında olan X8, X7, Vəliyeva Hicran Ənvər qızı, X5, tərəfindən notarial formada verilmiş ərizələrdən görünür ki, xx.xx.2021-ci il tarixli, daşınmaz əmlakın bağışlanması müqaviləsinə etiraz etmirlər. İş materiallarında olan **********06-05101-093008 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 mənzil tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən İddiaçı, **********15-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarış əsasında mülkiyyətində olan, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 198.9 kv/m olan 6 otaqlı fərdi yaşayış evi hədiyyə alan Cavabdeh mülkiyyətinə vermişdir. İş materiallarında olan X3 tərəfindən verilmiş notarial ərizədən görünür ki, xx.xx.2021-ci il tarixli, daşınmaz əmlakın bağışlanması müqaviləsinə (ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 198.9 kv/m olan 6 otaqlı fərdi yaşayış evi) etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli elektron sistemdən çıxarışdan görünür ki, ünvan 4 ünvanında İddiaçı və X6 yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş materiallarında olan X6 tərəfindən verilmiş notarial ərizədən görünür ki, xx.xx.2021-ci il tarixli, daşınmaz əmlakın bağışlanması müqaviləsinə (ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 198.9 kv/m olan 6 otaqlı fərdi yaşayış evi) etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan Vəliyeva Hicran Ənvər qızı tərəfindən verilmiş notarial ərizədən görünür ki, daşınmaz əmlakın Cavabdeh adına rəsmiləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. **********15-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışın surətindən görünür, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 198.9 kv/m olan 6 otaqlı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Hazırki işin faktiki hallarından müəyyən olunur ki, İddiaçı Cavabdeh babasıdır (atası Fuad Qafarovun atası). ünvan 1 mənzil və ünvan 5 ev onun mülkiyyətində olmuşdur. İddiaçının oğlu X11 2004-cü ildə vəfat etmiş, oğlu vəfat etdikdən sonra onun bir oğul- Cavabdeh doğulmuşdur. Fuad Qafarovun vəfatından sonra onun ailə üzvləri iddiaçı ilə birlikdə yaşamışlar. O, 28 sentyabr 2021-ci il tarixli bağışlama müqavilələri əsasında mülkiyyətində olan ünvan 1 mənzilini və ünvan 5 evini nəvəsi Cavabdeh bağışlamışdır. Hazırda nəvəsi Cavabdeh ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri iddiaçının və onun yaxın qohumları barəsində kobudcasına pozduğunu qeyd edərək bağşlmama müqaviləsindən imtina edərək ləğv edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Konstitusiyasının: 60-cı maddəsinə əsasən Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 389.1-ci maddəsinə əsasən Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 405.1-ci maddəsinə əsasən Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 406.1-ci maddəsinə əsasən Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 666.1-ci maddəsinə əsasən Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 670.1-ci maddəsinə əsasən Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. 673.1-ci maddəsinə əsasən Hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 27-ci maddəsinə əsasən notariat hərəkətlərinin aparılması qaydaları bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan Respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etdiyi təlimatla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimat”ın 6-cı hissəsinin a) və b) bəndlərinə əsasən notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir. Hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0 və 8.0.3-cü bəndinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2024-cü il tarixli qərarında qeyd edilir ki, Beləliklə, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir. O da göstərilməlidir ki, Ailə Məcəlləsinin 12.0.1-ci maddəsinə əsasən, valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar yaxın qohum sayılırlar. Qanunvericilikdə ailə hüquq münasibətlərindən irəli gələn vəzifələr sırasında aşağıdakılar təsbit edilmişdir: - valideynlərin uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək borcu (Konstitusiyanın 34-cü maddəsinin İV hissəsi); - uşaqların valideynlərə hörmət etmək, onların qayğısına qalmaq borcu, 18 yaşına çatmış əmək qabiliyyətli uşaqların əmək qabiliyyəti olmayan valideynləri saxlamaq borcu (Konstitusiyanın 34-cü maddəsinin V hissəsi, Ailə Məcəlləsinin 82.1-ci maddəsi); - ər-arvadın ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurması, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməsi, övladlarının inkişafı üçün əlverişli şərait yaratması və onların sağlamlığının qayğısına qalması (Ailə Məcəlləsinin 29.4-cü maddəsi); - valideynlərin uşaqların əsas ümumi təhsil almasını təmin etməsi, onların hüquq və mənafelərini müdafiə etməsi, valideynlik hüquqlarını həyata keçirərkən uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməsi və s. (Ailə Məcəlləsinin 58.4, 59.1, 60.2-ci maddələri). Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olubolmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 8.1-ci maddəsinə əsasən Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 9.1-ci maddəsinə əsasən Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-ci maddəsinə əsasən Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-ci maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edir ki, bağışlama müqaviləsində xüsusi olaraq göstərilməsə belə, hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozması hədiyyə verənin bağışlamaqdan imtina etməsi əsaslarından biridir. Bu hədiyyə alanın müqavilədən deyil, qanundan irəli gələn öhdəliyidir. Bu qaydanın formal mülahizələrlə tətbiq edilməsi qanuni əsaslarla hədiyyə almış şəxsin mülki hüquqlarının əsassız şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər. Belə nəticə hüquq normasının məqsədinə də uyğun deyil. Ona görə də, həmin əsasla bağışlamadan imtinanın qəbul edilməsi üçün ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələrin nədən ibarət olması ailə qanunvericiliyi əsasında dəqiq müəyyənləşdirilməli, həmin vəzifələr üzrə konkret olaraq hansı öhdəliyin yerinə yetirilmədiyi aydınlaşdırılmalı, özü də pozuntunun kobud olduğu qənaətinə gəlinməlidir. Bu halları sübut etmək yükü isə bağışlamadan imtina edən tərəfin üzərinə düşür. Hazırki mülki iş üzrə iddiaçı ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozması əsası ilə bağışlama müqavilələrindən imtina edilməsi və bağışlama müqavilələrinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Lakin İddiaçı iddia ərizəsində və nümayəndəsinin məhkəmə iclasında gətirdiyi əsaslarla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi qərarından görünür ki, iddiaçının qızı ilə cavabdeh arasında sözlə mübahisə baş vermiş, qeyd edilən mübahisə bağışlama müqaviləsindən imtina barədə müraciət edildikdən sonra cavabdehin imtinanın səbəbini babasından soruşmasından sonra baş vermişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi kimi bağışlamadan imtina barədə müraciət edilməsinə qədər tərəflərin arasında ailə hüququ münasibətlərinə uyğun olaraq onların üzərinə qoyulmuş vəzifələrin iddiaçı və ya onun yaxın qohumu barəsində Cavabdeh tərəfindən kobudcasına pozulması halına dair iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı(Üçüncü şəxs ünvan 6 ünvanında yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus olan 3 otaqlı mənzilini Cavabdeh bağışlamağına dair 28 sentyabr 2021-ci il tarixli, 4Ə-1600 reyestr nömrəli bağışlama müqaviləsinin və ünvan 5 xx.xx.2011-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışa əsasən ona məxsus olan evini Cavabdeh bağışlamağına dair 28 sentyabr 2021-ci il tarixli, 4Ə-1601 reyestr nömrəli bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və cavabdehin ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı(Üçüncü şəxs ünvan 6 ünvanında yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus olan 3 otaqlı mənzilini Cavabdeh bağışlamağına dair 28 sentyabr 2021-ci il tarixli 4Ə-1600 reyestr nömrəli bağışlama müqaviləsinin və ünvan 5 xx.xx.2011-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışa əsasən ona məxsus olan evini Cavabdeh bağışlamağına dair 28 sentyabr 2021ci il tarixli, 4Ə-1601 reyestr nömrəli bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-35/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-35/2025
12.05.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver