Məhkəmə qərarları › İş №2(076)-3676/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3676/2025

07.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3676/2025 07.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz oğlunun sədrliyi Əmiraslanova Esmira Sarif qızının katibliyi İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cehiz əşyalarının evdən çıxarılması tələbi”nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cehiz əşyalarının evdən çıxarılması tələbi”nə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cəfərova X9 Nazir Həsən oğlu ilə 2009-cu ildə ailə qurmuşlar, birgə nikahlarından 2010-cu ildə Həsən və 2012-ci ildə Şəhla adlı iki övladları olmuşdur. Cavabdeh 2009-cu ildə ailə qurarkən Şəmkir rayonu Yuxarı Seyfəli kəndində yerləşən mərhum X6 məxsus evə gəlin köçmüşdür. Üç il orda yaşadıqdan sonra Şəmkir rayonu Aşağı Seyfəli kəndində yerləşən onlara məxsus evə köçmüşdür. Cavabdeh ilə İddiaçı2 arasında olan narazılığa görə 2020-ci ildə faktiki ayrılmışlar. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-872/2023 saylı qətnaməsi ilə cavabdeh Cəfərova X9 Nazir Həsən oğlu arasında olan nikah pozulmuşdur. Cavabdeh 2024-cü ildə evə köçürülmə tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmış, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)872/2023 saylı qətnaməsi ilə xx.xx.2024-cü il tarixli e-2(076)- 1631/2024 saylı qətnaməsi ilə Cavabdeh evə köçürülmə iddiası təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya və kassasiya şikayətləri versədə şikayətləri təmin edilməmişdir, hazırda Cavabdeh cehiz əşyaları onlara məxsus Şəmkir rayonu Aşağı Seyfəli kəndində 0.17 ha həyatyanı torpaq sahəsində olan fərdi yaşayış evindədir. Həmin fərdi yaşayış evin yerləşdiyi torpaq sahəsi Şəmkir Rayon AİK-nın xx.xx.1998-ci il tarixli 56 nömrəli qərarı ilə İddiaçı2, İddiaçı1, Həsənova (Bayramova) Nailə Həsən qızının, X7 və X2 paylı mülkiyyətinə verilmişdir. Hazırda cavabdehin həmin fərdi yaşayış evində 2 nəfərlik çarpayı, 1 ədəd şüşəli servant, 1 ədəd paltar şkafı, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd stol (masa) - 6 ədəd stul (oturacıq), 1: ədəd soyuducu, 1: qaz peçi, 3 ədəd bir nəfərlik döşək, 3 ədəd bir nafərlik. yorğan, 4-əsbədi. balıncı 1 ədəd iM nəfərlik döşək, 1 ədəd iki nəfərlik yorğan. 1 ədəd paltar yuyan, 1 ədəd sandıq. 1 ədəd trliyai, 1 ədəd 5x3, 1 ədəd 4x4, 1 ədəd 2x3 gəvə, 1 ədəd uşaq tüummuşqası (3 süyurmalı). 1 ədəd toxovka, 6 ədəd balaca döşəkcə, 2 ədə yumuru döşəkcəsi var. Cavabdeh dəfələrlə cehiz əşyalarının evdə çıxarılmasını tələb etsələrdə lakin heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edib həmin cehiz əşyalarının onlara məxsus fərdi yaşayış evindən məhkəmə qaydasında çıxarılmasını tələb etmək məcburiyyətində qalmışdır. İddiaçı1 məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı2 və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2025- ci il tarixli arayışdan və xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 0.17 ha torpaq sahəsi üzərində yerləşən sözü gedən fərdi yaşayış evi 2003-cü il tarixdə İddiaçı2 tərəfindən tikilib və həmin fərdi yaşayış evi İddiaçı2 məxsusdur. Buna görə də iddia tələbi İddiaçı2 hüquqlarına olan münasibətdə bildirilməlidir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)- 872/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı2 ilə Cavabdeh arasında 09 iyun 2010-cu il tarixdə Şəmkir rayonu Yuxarı Seyfəli kənd İƏD üzrə nümayəndəlikdə 17 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Tərəflərin nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X10 iddiaçı Cavabdeh Birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü Mustafa adlı uşağın Cavabdeh yanında saxlanılmışdır. 08 fevvral 2023cü il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı2 hər ay hər uşağa görə 180 sabit pul məbləğində alimentin alınıb Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Şəmkir rayonu, Seyfəli kəndində yerləşən 0,17 ha həyətyanı torpaq sahəsinə dair İddiaçı2, İddiaçı1, X11, X13 və X2 adına tam mülkiyyət hüququ ilə JN-2904A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” tərtib edilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(076)- 1631/2024 saylı qətnaməsindən görünür ki, cavabdehin uşaqları xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X1 rayonu Yuxarı Seyfəli kəndində yerləşən cavabdeh İddiaçı2 yaşadığı fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)- 2029/2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(076)-1631/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan foto şəkillərdən görünür ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi cehiz əşyaları mövcuddur. Beləliklə, məhkəmə iddiaçının izahatının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, Cavabdeh 2009-cu il tarixdə iddiaçının oğlu İddiaçı2 ilə faktiki olaraq evlənmiş, toy günü iddiaçıya məxsus olan, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, cehiz əşyaları da həmin evə yığılmışdır. Sonradan ailə münasibətlərinin pozulması səbəbindən cavabdeh həmin evdən çıxmışdır. Buna baxmayaraq, ona məxsus cehiz əşyaları iddiaçıya məxsus evdə qalmaqda davam edir. Məhkəmə, həmçinin müəyyən etdi ki, mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, JN-2904A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında İddiaçı2, İddiaçı1, X11, X13 və X5 verilmiş, lakin 0.17 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən sözügedən fərdi yaşayış evi 2003-cü ildə İddiaçı2 tərəfindən inşa edilmişdir və ona məxsusdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, hazırki iddiaya qiymət verərkən hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia tələbi əsaslıdır. Məhkəmə iddianın düzgün həll edilməsi üçün ilk növbədə iddiaçının cavabdehə qarşı iddia qaldırmaqda subyektiv hüququnun olub-olmaması məsələsinin müəyyən edilməsini zəruri hesab edir. Məhkəmə qeyd ki, mübahisəli fərdi yaşayış evi hüquqi qeydiyyata alınmasa da, yəni hazırda həmin fərdi yaşayış evi 2003-cü il tarixdə İddiaçı2 tərəfindən tikilib və həmin fərdi yaşayış evi İddiaçı2 məxsusdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə, “Qarrax Çexiyaya qarşı” iş üzrə və digər bu kimi qərarlarında X22 məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X3 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də bu məsələyə yuxarıda göstərilən qaydada X22 məhkəməsinin mövqeləri ilə uyğun gələn mövqedən yanaşmış, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010-cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli qərarında və digər qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyətə qanuni gözlənti hüququ olduğundan o, iddia qaldırmaqda subyektiv hüquqa malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Hazırki mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpq sahəsinin mülkiyyətçisi olan və mülkiyyətə, yəni fərdi yaşayış evinə qanuni gözlənti hüququ olan iddiaçının evinin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququ olmadığından, ona məxsus cehiz əşyalarının mübahisəli evdə saxlanılması iddiaçının öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olunmasına səbəb olur. Məhkəmə hesab edir ki, iddiaçının qanuni gözlənti hüququ olan fərdi yaşayış evindən istifadə hüququ cavabdeh tərəfindən pozulmaqdadır. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdehə məxsus cehiz əşyaları iddiaçının mərhum atasının adına qeyd edilmiş torpaq sahəsində inşa edilmiş evdə yerləşir. Məhkəmə işin müəyyən olunmuş faktiki hallarından çıxış edərək hesab edir ki, məhkəmə araşdırması nəticəsində cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququna malik olmadığı müəyyən edildiyindən, iddiaçının cavabdehə qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair iddiası təmin edilməli və cavabdehə məxsus cehiz əşyaları iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı2 məxsus Şəmkir rayonu Aşağı Seyfəli kəndində 0,17 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus 2 nəfərlik çarpayı,1 ədəd şüşəli servant,1 ədəd paltar şkafı,1əədəd divan 2 ədəd kreslo,1 ədəd stol (masa),6 ədəd stul,1 ədəd soyuducu,1 qaz peci,3 ədəd bir nəfərlik döşək,3 ədəd bir nəfərlik yorğan,4 ədəd balınc,1 ədəd iki nəfərlik döşək,1 ədəd iki nəfərlik yorğan,1 ədəd paltar yuyan,1 ədəd sandıq,1 ədəd trilyaj,1 ədəd 5x3,1 ədəd 4x4,1 ədəd 2x3 gəvə,1 ədəd uşaq tummuşqası (3 süyurmalı),1 ədəd tuxovka,6 ədəd balaca döşəkcə,2 ədəd yumru döşəkçə çıxarılsın. İddia qalan hissədə təmin edilməsin Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Seymur Yusifli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar