Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-372/2025 07.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X4 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı uşağın bioloji atasının olmaması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı uşağın bioloji atasının olmaması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, özünün 09 noyabr 2023–cü il tarixdə Gəncə şəhəri Kəpəz rayonunda doğulmuş Ayan adlı uşağın bioloji atası olmaması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2019–cu il tarixdə faktiki olaraq evlənməklə, 04 mart 2021–ci il tarixdə rəsmi nikah qeyd etdirmişlər. Həmin nikahdan 09 noyabr 2023–cü il tarixdə Ayan adlı uşaqları doğulmuşdur. Hazırda uşaq cavabdehin himayəsindədir. Sonradan cavabdehin istifadəsində olan telefon nömrəsində watsapp yazışması olmuş və orada İlham adlı şəxsə “balamın atasısan” yazılmasını, onun da qarşılıq verərək “balamın anasısan” yazışmasını görmüşdür. Bundan başqa cavabdehin digər yazışmalarında hətta ikinci hamilə qaldığı uşağın da İlham adlı şəxsdən olması və sonradan uşağın götürülməsi kimi hallar da mövcud olmuşdur. Bütün bu yazışmalardan sonra sarsıntı və iztirab içərisində olmuşdur. Yanımda olan uşağın atasının o, olmaması onu pərişan hala salmışdır. Hazırda Ayand adlı uşağın atası o, deyildir. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Odur ki, özünün 09 noyabr 2023–cü il tarixdə Gəncə şəhəri Kəpəz rayonunda doğulmuş Ayan adlı uşağın bioloji atası olmaması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh ilə 2019–cu il tarixdə faktiki olaraq evlənməklə, 04 mart 2021–ci il tarixdə rəsmi nikah qeyd etdirmişlər. Həmin nikahdan 09 noyabr 2023–cü il tarixdə Ayan adlı uşaqları doğulmuşdur. Lakin sonradan cavabdehin telefonda başqa şəxslə yazışmasını görmüş və Ayan adlı uşağın atası olması ilə bağlı şübhəyə düşmüşdür. Çünki həmin yazışmada cavabdeh digər şəxsə “balamın atasısan” sözünü yazmışdır. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə gedişatında müvafiq ekspertiza təyin edilmiş və onun Ayan adlı uşağın bioloji atası olması müəyyən edilmişdir. Hazırda həmin rəydə göstərilənlərlə razıdır. Odur ki, qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, həqiqətən iddiaçı ilə 04 mart 2021–ci il tarixdə rəsmi nikah qeyd etdirmişlər. Həmin nikahdan 09 noyabr 2023–cü il tarixdə Ayan adlı uşaqları doğulmuşdur. Ailə münasibətlərinin pozulması zəmnində məhkəmə qaydasında boşanmışlar və uşaq onun yanında qalmışdır. Hazırda iddianı qəbul etmir. Belə ki, Ayan adlı uşaq iddiaçı ilə birgə niakhından doğulmuş və uşağın bioloji atası İddiaçıdur. Əldə edilmiş ekspertiza rəyində də həmin hal təsdiq edilmişdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan doğum haqqında arayışdan görünür ki, İddiaçı ilə Əmikişiyeva (Məmmədova) Güləbatın Vəli qızının birgə nikahından 09 noyabr 2023–cü il tarixdə Ayan adlı uşaqları doğulmuşdur. İşdə olan Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024–cü il tarixli, 2(015)–841/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Əmikişiyeva (Məmmədova) Güləbatın Vəli qızı arasında xx.xx.2021–ci il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş Ayan adlı uşağın Əmikişiyeva (Məmmədova) Güləbatın Vəli qızının yanında qalması, xx.xx.2024–cü il tarixdən başlayaraq, həmin uşağın saxlanması üçün İddiaçı hər ay 150 manat sabit pul məbləğində alimentin tutulub Əmikişiyeva (Məmmədova) Güləbatın Vəli qızına verilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tibbi Ekspertiza və X1” X7 tərəfindən verilmiş xx.xx.2025–ci il tarixli 17/2025–TBŞ saylı ekspert rəyindən görünür ki, anası Əmikişiyeva (Məmmədova) Güləbatın Vəli qızı olan X2 barəsində İddiaçı atalıq faktı inkar olunmadı. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, tərəflər 2019–cu il tarixdə faktiki olaraq evlənməklə, 04 mart 2021–ci il tarixdə rəsmi nikah qeyd etdirmişlər. Həmin nikahdan 09 noyabr 2023–cü il tarixdə Ayan adlı uşaqları doğulmuşdur. Lakin sonradan iddiaçı cavabdehin davranışlarından şübhələnmiş və uşağın bioloji atası olmaması qənaətinə gəlmişdir. Ona görə də iddiaçı məhkəmə qaydasında özünün həmin uşağın bioloji atası olmaması faktının müəyyən edilməsini xahiş etmişdir. Bundan sonra mülki işə baxılarkən müvafiq ekspertiza təyin edilmiş, tərəflər və Ayan adlı uşaq ekspertizaya təqdim olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tibbi Ekspertiza və X1” X3 xx.xx.2025–ci il tarixli 17/2025–TBŞ saylı ekspert rəyinə əsasən İddiaçı cavabdehdən doğulmuş Ayan adlı uşağa münasibətdə atalıq faktı inkar olunmamış, yəni iddiaçının həmin uşağın bioloji atası olması müəyyən edilmişdir. Məhkəmə mübahisənin qanuni həll edilməsi baxımından ilk öncə qeyd edir ki, iddiaçı özünün cavabdehdən doğulmuş uşağın bioloji atası olmaması faktının müəyyən edilməsi ilə bağlı iddia irəli sürməkdə subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 60–cı maddəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatı təsbit olunmuşdur. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 6–cı maddəsində də əksini tapmış və hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008–ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyinə əsasən, subyektiv mənada hüquq normativ–hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 47.1–ci maddəsinə əsasən bu Məcəllənin 46.1–ci və 46.2–ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Həmin Məcəllənin 47.2–ci maddəsinə əsasən bu Məcəllənin 46.2–ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Məhkəmə mümkün sübutların tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, mötəbərliyi şübhə doğurmayan ekspert rəyi ilə iddiaçı cavabdehdən doğulmuş uşağın bioloji atası olduğundan, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki–Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı uşağın bioloji atasının olmaması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X5
Məhkəmə qərarları › İş №2(076)-372/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-372/2025
07.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver