Məhkəmə qərarları › İş №2(076)-3752/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3752/2025

18.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3752/2025 18.12.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Eminbəyli Firuzə Ramiz qızının katibliyi ilə İddiaçı Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının çıxarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının çıxarılması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məkəməsinə müraciət edərək, Cavabdeh məxsus 1 ədəd paltar şkafı, 1 ədəd iki nəfərlik çarpayı, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan maşın, 1 ədəd stol, 5 ədəd stul, 1 ədəd mikrodalğalı soba, 1 ədəd sokçəkən maşın, 1 ədəd qaz peçi, 1 ədəd iki nəfərlik çarpayı, 4 ədəd yorğan, 6 ədəd balınc, 9 ədəd döşəkçə, 1 ədəd tumbuçka, 1 ədəd ətçəkən maşın, 1 dəst göy çiçəkli nahar dəsti, 3 ədəd bulud formalı boşqab, 2 ədəd sup qazanı, 1 dəst qırmızı çiçəkli boşqab dəsti, 12 ədəd rumka, 1 dəst su qrafini, 3 ədəd gül qabı, 6 ədəd stəkan, 11 ədəd nəlbəki, 1 dəst yaşıl bəzəkli blinçik qabı, 1 dəst ağ-qara bəzəkli blinçik qabı, 1 dəst göy bəzəkli blinçik qabı, 6 ədəd razetka, 2 ədəd aliminium qazan, 2 ədəd böyük qazan, 2 ədəd şirəli vedrə, 22 ədəd qaşıq, 6 ədəd böyük boşqab, 6 ədəd kiçik boşqab, 2 ədəd lüstr, 1 ədəd ütü, 1 ədəd sandıqdan ibarət cehiz əşyalarının ona məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə faktiki ailə qurmaqla, nikahlarını 02 noyabr 2012-ci ildə rəsmiləşdirmişlər. Cavabdeh ilə birgə nikahdan 06 yanvar 2013-cü il təvəllüdlü X3 və 01 yanvar 2015-ci il təvəllüdlü X4 adlı iki uşaqları doğulmuşdur. Cavabdeh ona xəyanət etdiyinə görə onunla 2022ci ilin sonlarından faktiki olaraq ayrılmışlar. Şəmkir Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, 2(076)-37/2023 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş və yetkinlik yaşına çatmamış uşaqlarının cavabdehin yanında qalması müəyyən edilmişdir. Cavabdeh 2025-ci ilin iyun ayında azyaşlı uşaqlarını ataraq çıxıb getmiş və başqa şəxslə ailə qurmuşdur. Hazırda azyaşlı uşaqları onun himayəsində yaşayırlar. Cavabdehə məxsus cehiz əşyaları xx.xx.2023-cü il tarixli, ********** saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında onun mülkiyyətində olan ünvan 1 ünvanda olan həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində yerləşir. O özü mülkiyyətində olan evdə yaşayır. Lakin cavabdehin əşyalarının onun evində olması ona narahatçılıq yaradır. O evindən istədiyi kimi istifadə edə bilmir. O cavabdehə bir neçə dəfə müraciət edərək, onun evində yerləşən cehiz əşyalarını çıxartmasını tələb etsə də, o cehiz əşyalarını çıxarmaqdan imtina etmişdir. Cavabdehə məxsus 1 ədəd paltar şkafı, 1 ədəd iki nəfərlik çarpayı, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan maşın, 1 ədəd stol, 5 ədəd stul, 1 ədəd mikrodalğalı soba, 1 ədəd sokçəkən maşın, 1 ədəd qaz peçi, 1 ədəd iki nəfərlik çarpayı, 4 ədəd yorğan, 6 ədəd balınc, 9 ədəd döşəkçə, 1 ədəd tumbuçka, 1 ədəd ətçəkən maşın, 1 dəst göy çiçəkli nahar dəsti, 3 ədəd bulud formalı boşqab, 2 ədəd sup qazanı, 1 dəst qırmızı çiçəkli boşqab dəsti, 12 ədəd rumka, 1 dəst su qrafini, 3 ədəd gül qabı, 6 ədəd stəkan, 11 ədəd nəlbəki, 1 dəst yaşıl bəzəkli blinçik qabı, 1 dəst ağ-qara bəzəkli blinçik qabı, 1 dəst göy bəzəkli blinçik qabı, 6 ədəd razetka, 2 ədəd aliminium qazan, 2 ədəd böyük qazan, 2 ədəd şirəli vedrə, 22 ədəd qaşıq, 6 ədəd böyük boşqab, 6 ədəd kiçik boşqab, 2 ədəd lüstr, 1 ədəd ütü, 1 ədəd sandıqdan ibarət cehiz əşyaları onun evində yerləşir. Dəfələrlə müraciət etməyinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Cavabdehə məxsus cehiz əşyalarının yaşadığı mənzildə yerləşməsi onun mənzilindən tam istifadə hüquqlarını pozur. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun verdi və əlavə olaraq göstərdi ki, hazırda cavabdehə məxsus 1 ədəd paltar şkafı, 1 ədəd iki nəfərlik çarpayı, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan maşın, 1 ədəd stol, 5 ədəd stul, 1 ədəd mikrodalğalı soba, 1 ədəd sokçəkən maşın, 1 ədəd qaz peçi, 1 ədəd iki nəfərlik çarpayı, 4 ədəd yorğan, 6 ədəd balınc, 9 ədəd döşəkçə, 1 ədəd tumbuçka, 1 ədəd ətçəkən maşın, 1 dəst göy çiçəkli nahar dəsti, 3 ədəd bulud formalı boşqab, 2 ədəd sup qazanı, 1 dəst qırmızı çiçəkli boşqab dəsti, 12 ədəd rumka, 1 dəst su qrafini, 3 ədəd gül qabı, 6 ədəd stəkan, 11 ədəd nəlbəki, 1 dəst yaşıl bəzəkli blinçik qabı, 1 dəst ağ-qara bəzəkli blinçik qabı, 1 dəst göy bəzəkli blinçik qabı, 6 ədəd razetka, 2 ədəd aliminium qazan, 2 ədəd böyük qazan, 2 ədəd şirəli vedrə, 22 ədəd qaşıq, 6 ədəd böyük boşqab, 6 ədəd kiçik boşqab, 2 ədəd lüstr, 1 ədəd ütü, 1 ədəd sandıqdan ibarət cehiz əşyaları onun evində qalmışdır. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh cehiz əşyalarını ona məxsus evdən çıxarmamışdır. Hazırda o, özünə məxsus fərdi yaşayış evinin tərkib hissəsindən sərbəst şəkildə istifadə edə bilmir, cavabdeh isə könüllü olaraq öz əşyalarını aparmaq istəmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdehin hərəkətləri əsaslı deyil, onun gözlənilən mülkiyyət hüquqları pozulmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilərək, ona məxsus fərdi yaşayış evindən cavabdehin cehiz əşyalarının çıxarılması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərdi ki, iddiaçı onun keçmiş əridir. Onun cehiz əşyaları onun evinə yığılmışdır. Hazırda iddiaçı ilə aralarında olan nikah pozulmuş və o ikinci dəfə ailə qurmuşdur. İddia ərizəsində qeyd olunan cehiz əşyaları mövcüddur, həmin əşyaların çıxarılmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Reyestrindən Çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi tam mülkiyyət hüquqi əsasında İddiaçı məxsusdur. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı Cavabdeh ilə faktiki ailə qurmaqla, nikahlarını 02 noyabr 2012-ci ildə rəsmiləşdirmişlər. Cavabdeh ilə birgə nikahdan 06 yanvar 2013-cü il təvəllüdlü X3 və 01 yanvar 2015-ci il təvəllüdlü X4 adlı iki uşaqları doğulmuşdur. İddiaçı toy günü iddiaçıya məxsus olan, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, cehiz əşyaları da həmin evə yığılmışdır. Şəmkir Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, 2(076)- 37/2023 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş və yetkinlik yaşına çatmamış uşaqlarının cavabdehin yanında qalması müəyyən edilmişdir. Cavabdeh ikinci dəfə ailə həyatı qurmuşdur. Buna baxmayaraq, ona məxsus cehiz əşyaları iddiaçıya məxsus evdə qalmaqda davam edir. Məhkəmə, həmçinin müəyyən etdi ki, ünvan 1 ünvanda 0.05 ha həyətyanı torpaq sahəsi tam mülkiyyət hüquqi əsasında İddiaçı məxsusdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, hazırki iddiaya qiymət verərkən hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia tələbi əsaslıdır. Məhkəmə iddianın düzgün həll edilməsi üçün ilk növbədə iddiaçının cavabdehə qarşı iddia qaldırmaqda subyektiv hüququnun olub-olmaması məsələsinin müəyyən edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Yuxarıda qeyd olunanlar onu göstərir ki, iddiaçının qeyd olunan əmlak üzərində mülkiyyət hüququ Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Reyestrindən Çıxarış əsasında qeydiyyata alınmışdır. Lakin cavabdeh iddiaçının bu hüququnu həyata keçirməsinə maniəçilik yaradır. İnsan Hüquqları və X2 X1 1 saylı Protokolunun 1–ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququ olduğundan o, iddia qaldırmaqda subyektiv hüquqa malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Hazırki mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin mülkiyyətçi olan iddiaçının evinin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququ olmadığından, ona məxsus cehiz əşyalarının mübahisəli evdə saxlanılması iddiaçının öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olunmasına səbəb olur. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququ olan fərdi yaşayış evindən istifadə hüququ cavabdeh tərəfindən pozulmaqdadır. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdehə məxsus cehiz əşyaları iddiaçıya məxsus evdə yerləşir. Məhkəmə işin müəyyən olunmuş faktiki hallarından çıxış edərək hesab edir ki, məhkəmə araşdırması nəticəsində cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququna malik olmadığı müəyyən edildiyindən, iddiaçının cavabdehə qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair iddiası təmin edilməli və cavabdehə məxsus cehiz əşyaları iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus 1 ədəd paltar şkafı, 1 ədəd iki nəfərlik çarpayı, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan maşın, 1 ədəd stol, 5 ədəd stul, 1 ədəd mikrodalğalı soba, 1 ədəd sokçəkən maşın, 1 ədəd qaz peçi, 1 ədəd iki nəfərlik çarpayı, 4 ədəd yorğan, 6 ədəd balınc, 9 ədəd döşəkçə, 1 ədəd tumbuçka, 1 ədəd ətçəkən maşın, 1 dəst göy çiçəkli nahar dəsti, 3 ədəd bulud formalı boşqab, 2 ədəd sup qazanı, 1 dəst qırmızı çiçəkli boşqab dəsti, 12 ədəd rumka, 1 dəst su qrafini, 3 ədəd gül qabı, 6 ədəd stəkan, 11 ədəd nəlbəki, 1 dəst yaşıl bəzəkli blinçik qabı, 1 dəst ağ-qara bəzəkli blinçik qabı, 1 dəst göy bəzəkli blinçik qabı, 6 ədəd razetka, 2 ədəd aliminium qazan, 2 ədəd böyük qazan, 2 ədəd şirəli vedrə, 22 ədəd qaşıq, 6 ədəd böyük boşqab, 6 ədəd kiçik boşqab, 2 ədəd lüstr, 1 ədəd ütü, 1 ədəd sandıqdan ibarət cehiz əşyaları İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar