Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-378/2023 10.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi X1 Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlə 19 may 2011–ci il tarixdə bağlanmış rəsmi nikah qeydinin pozulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs Cavabdeh ilə 2010–cu il tarixdə faktiki olaraq evlənməklə, 19 may 2011–ci il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan 30 may 2011–ci il tarixdə Nurgül və 23 may 2013–cü il tarixdə Elgün adlı uşaqları doğulmuşdur. Tərəflər evləndikləri ilk illərdə ailə münasibətləri normal olmuş, lakin sonradan münasibətləri pozulmuşdur. Nəticədə faktiki olaraq ayrılmışlar. Hazırda təmsil etdiyi şəxsin cavabdehlə boşanmaq fikri qətidir. Artıq tərəflər arasında ər–arvada məxsus bütün münasibətlər kəsilmiş, nikahları formal xarakter daşıyır. Bundan sonra barışmaları və ailəni yenidən bərpa etmələri mümkün deyildir. Hətta, məhkəmə tərəfindən barışmaq üçün verilmiş üç ay vaxt ərzində də barışmaları mümkün olmamışdır. Həmçinin, qeyd edir ki, birgə nikahdan doğulmuş uşaqlar cavabdehin himayəsindədir və təmsil etdiyi şəxs uşaqların cavabdehin yanında qalmasına etiraz etmir. Həmçinin, məhkəmənin müvafiq qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün aliment təyin edilmişdir. Odur ki, tərəflər arasında olan nikahın pozulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul edərək izahatında göstərdi ki, həqiqətən iddiaçı ilə 2010–cu il tarixdə faktiki olaraq evlənməklə, 19 may 2011–ci il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan 30 may 2011–ci il tarixdə Nurgül və 23 may 2013–cü il tarixdə Elgün adlı uşaqları doğulmuşdur. Ailə münasibətləri evləndikləri ilk vaxtlarda normal olmuş, lakin sonradan xasiyyətləri uyğun gəlməmiş və yola getməmişlər. Nəticədə faktiki olaraq ayrılmışlar, hazırda da ayrı yaşayırlar. Bundan sonra iddiaçı ilə barışıb ailəni bərpa etmələri qeyri–mümkündür. Bu səbəbdən boşanmağa razıdır. Əlavə olaraq qeyd edir ki, birgə nikahdan doğulmuş uşaqları onun himayəsindədir və məhkəmənin müvafiq qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün aliment təyin edilmişdir. Odur ki, izahatında göstərilənlərə uyğun qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını, o cümlədən iş materiallarını əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli və tərəflər arasında bağlanmış rəsmi nikah qeydi pozulmalıdır. Belə ki, işdə olan nikah haqqında arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh arasında 19 may 2011–ci il tarixdə Şəmkir Rayon Qeydiyyat Şöbəsində rəsmi nikah bağlanmış və həmin nikah 348 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İşdə olan doğum haqqında arayışlardan görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 30 may 2011–ci il tarixdə Nurgül və 23 may 2013–cü il tarixdə Elgün adlı uşaqları doğulmuşdur. İşdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(125)– 1262/2022 saylı qətnaməsindən görünür ki, 26 iyul 2022–ci il tarixdən başlayaraq, 30 may 2011–ci il tarixdə doğulmuş Nurgül və 23 may 2013–cü il tarixdə doğulmuş Elgün adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay hər uşaq üçün 140 manat sabit pul məbləğində alimentin alınıb Cavabdeh verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər 2010–cu il tarixdə faktiki olaraq evlənməklə, 19 may 2011–ci il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan 30 may 2011–ci il tarixdə Nurgül və 23 may 2013– cü il tarixdə Elgün adlı uşaqları doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə faktiki olaraq ayrılmışlar, ər–arvad kimi yaşamamaqla birgə təsərrüfatı idarə etmirlər və ayrı yaşayırlar. İddiaçı cavabdehlə aralarında olan nikahın pozulmasına təkid edir. Tərəflər onlara ailənin bərpası üçün verilmiş 3 ay vaxt ərzində də barışmamışlar. Həmçinin, tərəflər ayrıldıqdan sonra birgə nikahdan doğulmuş uşaqlar cavabdehin yanında qalmış, iddiaçı da birgə nikahdan doğulmuş uşaqların cavabdehin himayəsində saxlanılmasına etiraz etməmişdir. Eləcə də, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəmənin müvafiq qətnaməsi ilə aliment təyin edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2–ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqda razılığı olmadıqda, məhkəmə ər– arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər, barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Həmin Məcəllənin 20.1–ci maddəsinə əsasən ər–arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri–mümkünlüyü məhkəmə tərəfindən müəyyən edilikdə, nikah məhkəmə qaydasında pozulur. Ona görə məhkəmə hesab edir ki, tərəflər arasında olan nikaha xitam verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1–ci maddəsinin tələblərinə görə nikah məhkəmə qaydasında pozularkən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməlidir. Tərəflərin izahatları ilə müəyyən olunur ki, onlar faktiki olaraq ayrıldıqdan sonra birgə nikahdan doğulmuş uşaqlar cavabdehin yanında qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, Ailə Məcəlləsinin 22–ci maddəsinə əsasən tərəflərin birgə nikahından olan uşaqların Cavabdeh yanında qalması müəyyən edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9–cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1–ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019– cu il tarixli Qərarında müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunmuşdur ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9–cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədə müvafiqliyi izah edilsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9–cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Odur ki, məhkəmə hesab edir ki, tərəflərə nikah pozulduqda 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi ilə iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 19 may 2011–ci il tarixdə Şəmkir Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 348 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulsun. Boşanmadan sonra tərəflərin birgə nikahından 30 may 2011–ci il tarixdə doğulmuş Nurgül və 23 may 2013–cü il tarixdə doğulmuş Elgün adlı uşaqların Cavabdeh yanında qalması müəyyən edilsin. Nikahın pozulması dövlət qeydiyyatına alınarkən İddiaçı 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutulsun. Cavabdeh həmin rüsumdan azad edilsin. Tərəflərə, nikah pozulduqda 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi ilə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-378/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-378/2023
10.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver