Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-3814/2023 01.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Məhəmmədi Həvayət Kəmaləddin qızı, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia qaldıraraq, Cavabdeh ona sabit pul məbləğində hər ay 140 (bir yüz qırx) manat aliment tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, eyni tərəflər arasında eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. İş materialına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 2(076)-2853/2023 saylı 18 oktyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia qaldıraraq, Cavabdeh ona sabit pul məbləğində hər ay 150 manat aliment tutulması tələbinə dair iddia irəli sürmüşdür. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməmişdir. Belə olan halda isə iddiaçı həmin qətnamədən apelyasiya şikayəti verməli idi. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmeti barəsində və eyni əsaslarla mübahisəyə təkrar baxılması yol verilməz olduğundan iddia ərizəsinin icraata qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-3814/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-3814/2023
01.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver