Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-391/2023 02.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh1 nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC–yə və Şəmkir Rayon 1 saylı Notariat ofisinə qarşı alqı–satqı müqavilələrinin etibarsız hesab edilməsi, Çıxarışların ləğv edilməsi, cavabdehlərin torpaq sahəsindən çıxarılması və əkilmiş ağacların çıxarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC–yə və Şəmkir Rayon 1 saylı Notariat ofisinə qarşı alqı–satqı müqavilələrinin etibarsız hesab edilməsi, Çıxarışların ləğv edilməsi, cavabdehlərin torpaq sahəsindən çıxarılması və əkilmiş ağacların çıxarılması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, mərhum X3, mərhum anası X4 və Cavabdeh1 arasında bağlanmış 16 iyul 2003–cü il tarixli alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş xx.xx.2017–ci il tarixli Çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021–ci il tarixli alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında "xxxx" MMC–nin adına verilmiş xx.xx.2021–ci il tarixli Çıxarışın ləğv edilməsi, 10.51 ha torpaq sahəsinin 2.86 ha hissəsindən cavabdehlərin çıxarılması və qanunsuz olaraq əkilmiş ağacların cavabdehlərin vəsaiti hesabına çıxarılması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon AİK–nın 27 noyabr 1997–ci il tarixli 44 nömrəli qərarı ilə onlara 10.50 ha torpaq sahəsi verilmiş, bu barədə JN–0010 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Lakin həmin torpaq sahəsinin 2.86 ha hissəsini Cavabdeh1 uzun illərdir zəb etmiş, qanunsuz bağ salaraq ağaclar əkmişdir. Cavabdeh1 onun valideynləri öldükdən sonra kimlərləsə əlbir olub saxta müqavilə tərtib etdirmiş, nəticədə öz adına saxta Çıxarış əldə etmişdir. Bundan sonra cavabdeh həmin çıxarış əsasında torpaq sahəsini saxta müqavilə ilə digər cavabdeh "xxxx" MMC–yə satmış və sonuncunun adına Çıxarış verilmişdir. Qeyd edir ki, "xxxx" MMC də Cavabdeh1 məxsusdur. Dəfələrlə cavabdehlərə müraciət edərək torpaq sahəsindən könüllü çıxmalarını təklif etsə də, cavabdehlər ona məhəl qoymamışlar. Bu səbəbdən məhkəmədə hazırki iddianı qaldırmışdır. Odur ki, mərhum X3, mərhum anası X4 və Cavabdeh1 arasında bağlanmış 16 iyul 2003–cü il tarixli alqı– satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş xx.xx.2017–ci il tarixli Çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021–ci il tarixli alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında "xxxx" MMC–nin adına verilmiş xx.xx.2021– ci il tarixli Çıxarışın ləğv edilməsi, 10.51 ha torpaq sahəsinin 2.86 ha hissəsindən cavabdehlərin çıxarılması və qanunsuz olaraq əkilmiş ağacların cavabdehlərin vəsaiti hesabına çıxarılması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Şəmkir Rayon AİK–nın 27 noyabr 1997–ci il tarixli 44 nömrəli qərarı ilə onlara Şəmkir rayonu, Nərimanlı kəndi ərazisində 10.51 ha torpaq sahəsi verilmiş, bu barədə adlarına JN–0010 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. X3 xx.xx.2001–ci ildə, anası X4 xx.xx.2003–cü ildə vəfat etmişlər. Valideynlərinin vəfatından sonra, yəni 16 iyul 2003– cü il tarixdə onların adından saxta alqı–satqı müqaviləsi tərtib edilmiş və guya valideynləri 16 iyul 2003–cü il tarixdə sağ olmadıqları halda 10.51 ha torpaq sahəsinin 21886.00 kv.m hissəsini Cavabdeh1 satmışdır. Bundan sonra həmin cavabdeh qeyd olunan saxta müqavilə əsasında xx.xx.2017–ci ildə saxta Çıxarış almışdır. Bundan sonra cavabdeh xx.xx.2017–ci il tarixli saxta Çıxarış əsasında mülkiyyətinı keçirdiyi həmin torpaq sahəsini xx.xx.2021–ci il tarixli alqı–satqı müqaviləsi əsasında "xxxx" MMC–yə satmış, bundan sonra sonuncunun adına xx.xx.2021–ci il tarixli Çıxarış verilmişdir. Göründüyü kimi valideynləri vəfat etdikləri halda onların adından saxta müqavilə tərtib edilmiş, bununla da onlara məxsus torpaq sahəsi saxta və qanunsuz yollarla zəbt edilmişdir. Eləcə də, cavabdehlər tərəfindən həmin torpaq sahəsində ağaclar əkilmişdir. Hesab edir ki, qeyd olunan alqı–satqı müqavilələri etibarsız hesab olunmalı, Çıxarışlar isə ləğv edilməlidir. Odur ki, mərhum X3, mərhum anası X4 və Cavabdeh1 arasında bağlanmış 16 iyul 2003–cü il tarixli alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş xx.xx.2017–ci il tarixli Çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021–ci il tarixli alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında "xxxx" MMC–nin adına verilmiş xx.xx.2021–ci il tarixli Çıxarışın ləğv edilməsi, 10.51 ha torpaq sahəsinin 2.86 ha hissəsindən cavabdehlərin çıxarılması və qanunsuz olaraq əkilmiş ağacların cavabdehlərin vəsaiti hesabına çıxarılması haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 nümayəndəsi Vəkil məhkəmə iclası zamanı təmsil etdiyi şəxsə qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, təmsil etdiyi şəxs torpaq sahəsini qanuni əsaslarla, notarial qaydada bağlanmış müqavilə əsasında satın almışdır. Sonradan isə mülkiyyət hüququ üzrə ona məxsus olan torpaq sahəsini yenə də notarial qaydada "xxxx" MMC–yə satmışdır. Lakin qeyd olunan alqı–satqı müqaviləsi təxminən 20 il əvvəl, yəni 16 iyul 2003–cü il tarixdə bağlanmış, təmsil etdiyi şəxs isə həmin vaxt müqavilənin kimlər tərəfindən imzalanmasını xatırlamır. Həmçinin, hesab edir ki, iddiaçı müqavilənin etibarsızlığı ilə bağlı 1 illik iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1 və 354.2–ci maddələrinə əsasən müqavilənin etibarsızlığı ilə bağlı 1 il müddətində məhkəməyə müraciət edə bilərdi. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər "xxxx" MMC–yə, Şəmkir Rayon 1 saylı Notariat ofisinə və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə həmin cavabdehlərin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan JN–0010 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1997–ci il tarixli 44 nömrəli qərarı ilə Şəmkir rayonu, Nərimanlı kəndi ərazisindən 10.51 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 və onun digər ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı X3, anası X4 olmaqla, xx.xx.1989–cu il tarixdə Rusiya Federasiyasının Saratov vilayətində doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamələrdən görünür ki, X7 xx.xx.2001–ci ildə, X4 xx.xx.2003–cü ildə vəfat etmişlər. İşdə olan 16 iyul 2003–cü il tarixli alqı–satqı müqaviləsindən görünür ki, X7 və X4 JN–0010 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında onlara məxsus olan torpaq sahəsinin 21886.00 kv.m hissəsini 450.000 (köhnə pul vahidi ilə) manata Cavabdeh1 satmışlar. İşdə olan Seriya RX ******* saylı, xx.xx.2017–ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarışdan görünür ki, Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən 10.4631 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeyd edilmişdir. İşdə olan 27 noyabr 2021–ci il tarixli alqı–satqı müqaviləsindən görünür ki, Cavabdeh1 Seriya RX ******* saylı, xx.xx.2017–ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarış əsasında mülkiyyətində olan və Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən 10.4631 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini 7.521 manata "xxxx" MMC–yə satmışdır. İşdə olan xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarışdan görünür ki, Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən 10.4631 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Azgrad Agro” MMC–nin adına qeyd edilmişdir. İşdə olan xx.xx.2021–ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.2003–cü ildə vəfat etmiş X2 vərəsələri X6 və İddiaçı miras əmlak olan və Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən 8.3249 ha torpaq sahəsindən ½ hissədə irs almışlar. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022–ci il tarixli qərardan görünür ki, Şəmkir rayon 2 saylı notariat kontorunda notarius işləmiş X8 öldüyünə görə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının, iş materiallarının və əlavə edilmiş digər sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1997–ci il tarixli 44 nömrəli qərarı ilə Şəmkir rayonu, Nərimanlı kəndi ərazisindən 10.51 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 və onun digər ailə üzvlərinin mülkiyyətinə verilmiş, bu barədə adlarına JN–0010 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. X7 xx.xx.2001–ci ildə, X4 xx.xx.2003–cü ildə vəfat etmişlər. Bundan başqa məhkəmə iclası zamanı müəyyən edildi ki, 16 iyul 2003–cü il tarixli alqı–satqı müqaviləsinə əsasən X7 və X4 JN–0010 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında onlara məxsus olan torpaq sahəsinin 21886.00 kv.m hissəsini 450.000 (köhnə pul vahidi ilə) manata Cavabdeh1 satmışlar. Həmin müqavilə əsasında Cavabdeh1 adına Seriya RX ******* saylı, xx.xx.2017–ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarış verilmişdir. Bundan sonra Cavabdeh1 həmin torpaq sahəsini 27 noyabr 2021–ci il tarixli alqı–satqı müqaviləsi əsasında 7.521 manata "xxxx" MMC–yə satmışdır. Həmin müqavilə əsasında "xxxx" MMC–nin adına xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarış verilmişdir. Hazırda iddiaçı 16 iyul 2003–cü il tarixli alqı–satqı müqaviləsini, həmin müqavilə əsasında Cavabdeh1 verilmiş Çıxarışı, 27 noyabr 2021–ci il tarixli alqı–satqı müqaviləsini və həmin müqavilə əsasında "xxxx" MMC–yə verilmiş Çıxarışı mübahisələndirir. Ona görə də məhkəmə sözügedən alqı–satqı müqavilələrinin etibarlı olub– olmamasını yalnız təqdim edilmiş sübutların məhkəmə iclasında tədqiqi olunması yolu ilə araşdırılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub– olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əsas, əmlakın bir şəxsdən başqasına keçməsini əks etdirən alqı–satqı müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisənin düzgün həll edilməsi üçün əqdlər haqqında ümümi müddəlarla, yanaşı əşya hüquq münasibətlərini və öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1–ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2–ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4–cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 6.2–ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə işin müəyyən olunmuş həqiqi hallarına əsasən hesab edir ki, mübahisələndirilən 16 iyul 2003–cü il tarixli alqı–satqı müqaviləsi bağlandığı andan etibarsız əqd olmuşdur. Belə ki, həmin müqavilədən görünür ki, X7 və X4 JN–0010 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında onlara məxsus olan torpaq sahəsinin 21886.00 kv.m hissəsini 450.000 (köhnə pul vahidi ilə) manata Cavabdeh1 satmışlar. Halbuki, müqavilə bağlanan vaxt, yəni 16 iyul 2003–cü il tarixdə X7 və X1 olmamışlar. Belə ki, X7 xx.xx.2001–ci ildə, X4 xx.xx.2003–cü ildə vəfat etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.1–ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331–ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 331.1–ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 329.1–ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337–ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2–ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.4–cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1–ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Göründüyü kimi qanunverici istinad edilən maddi hüquq normalarında əqdi (müqaviləni) bağlandığı zaman şəxsin öz iradəsini sərbəst ifadə etmək, öz hərəkətlərinin mənasını başa düşmək və ya onlara rəhbərlik edə bilmək imkanına malik olmasını, həmçinin daşınmaz əmlakla bağlı əqdin isə notariat qaydada təsdiqlənməsini imperativ qaydada müəyyən etmişdir. Həmin şərtlərin və qaydaların pozulması əqdin etibarsızlığına səbəb olur. Həmçinin mülki qanunvericilik daşınmaz əmlak üzərində mülkiyyət hüququ əldə etmənin yollarından biri kimi, mülki hüquq münasibətləri subyektlərinin belə əmlakla bağlı müxtəlif əqdlər, o cümlədən alqı–satqı müqavilələri bağlama imkanlarını nəzərdə tutur. Belə münasibətlərin və ondan doğan nəticələrin qanuniliyini, sabitliyi və davamlılığını təmin etməkdən ötrü qanunverici adı çəkilən əqdlə bağlı bir sıra şərtlər də irəli sürür. Bu şərtlərin məcmu halında mahiyyəti ondan ibarətdir ki, daşınmaz əmlak üzərində qanuni əsaslarla yaranmış mülkiyyət hüququnu Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyatdan keçirmiş mülkiyyətçi onu öz iradəsi daxilində digər şəxslərə sərbəst surətdə bağladığı alqı–satqı müqaviləsi ilə sata bilər. Daşınmaz əmlakın alqı–satqı müqaviləsi elə bir zəruri vasitədir ki, onun köməyilə əmtəə–pul dövriyyəsi sferasında yaranan ictimai münasibətlərin geniş dairəsi qaydaya salınır, tənzimlənir və bu yolla həmin ictimai münasibətlərdəki sabitlik və dayanıqlılıq təmin edilir. Mübahisə üzrə nəticəyə gələrkən məhkəmə həmçinin əqdlərin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin ümumi yanaşmasını da nəzərə alaraq qeyd edir ki, əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. İşin müəyyən edilmiş faktiki hallarını və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, Şəmkir Rayon Notariat kontorunda bağlanmış 16 iyul 2003–cü il tarixli alqı–satqı müqaviləsinin etibarsız hesab olunması üçün əsaslar mövcuddur. Belə ki, mübahisəli torpaq sahəsi ilə bağlı 16 iyul 2003–cü il tarixli alqı–satqı müqaviləsi bağlanarkən tərəflər (yəni X7 və X4) sağ olmadıqlarından, iradə ifadəsini ifadə etməmişlər və həmin müqavilə onların adından imza olunmaqla bağlanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021–ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354–cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən hər hansı qədin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Həmin Qərarda daha sonra göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub–olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün ilk növbədə istinad olunan həmin əqdin etibarlı olub–olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüququa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Məhkəmə, sadalanan mülki hüquq normalarının tətbiqi və işin müəyyən edilmiş hallarının tədqiqi nəticəsində qənaətə gəlir ki, Cavabdeh1 16 iyul 2003–cü il tarixli alqı– satqı müqaviləsi əsasında torpaq sahəsini əldə edərkən mülki qanunvericiliyin əqdlərin bağlanmsı üçün nəzərdə tutulmuş tələbləri kobud surətdə pozulmuşdur. Məhkəmə, həmçinin hesab edir ki, Cavabdeh1 Seriya RX ******* saylı, xx.xx.2017–ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarış əsasında mülkiyyətində olan torpaq sahəsini 27 noyabr 2021–ci il tarixli alqı–satqı müqaviləsi əsasında "xxxx" MMC–yə satdığından və həmin torpaq sahəsinə dair sonuncunun adına yeni Çıxarış verildiyindən artıq 16 iyul 2003–cü il tarixli alqı–satqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş xx.xx.2017–ci il tarixli Çıxarışın ləğv edilməsinə zərurət qalmamışdır. Məhkəmə iddianın “Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021–ci il tarixli alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında "xxxx" MMC–nin adına verilmiş xx.xx.2021–ci il tarixli Çıxarışın ləğv edilməsi” hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3 və 178.1–ci maddələrində qeyd edilmişdir ki, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX–də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2021–ci il tarixli Çıxarışın ləğvini, xx.xx.2021–ci il tarixli alqı–satqı müqaviləsinin etibarsızlığını, dolayısı ilə torpaq sahəsini geri tələb edə bilməsi üçün "xxxx" MMC–nin vicdansız əldə edən olmasını sübut etməli idi. Belə ki, qanun müəyyən edir ki, vicdanlılığı mübahisələndirən şəxs onu təkzib etməli, yəni vicdansızlığı sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140–cı maddəsinə əsasən reyestrin məzmununun qeyri–dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri–dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd olunan maddəyə əsasən, qanunda daşınmaz əmlakın dövlət reyestrinin məzmununun düzgünlük və tamlıq prezumpsiyası vardır və iddiaçı cavabdeh "xxxx" MMC–nin qeydin qeyri–dəqiq olmasını bildiyini sübut etməli idi. Lakin məhkəmə araşdırması zamanı iddiaçı qeyd olunan halla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Eləcə də, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140–cı maddəsində nəzərdə tutulan prezumpsiya əldə edən qeydiyyatın düzgün olmadığını pozitiv olaraq bildiyi və ya MM–nin 141–ci maddəsinə əsasən qeydiyyatın düzgünlüyünə dair etiraz qeyd edildiyi hallarda qüvvədə olmur. Sonuncu vasitə həqiqi mülkiyyətçinin əlində dövlət qeydiyyatında hüquqi vəziyyətə uyğun olmayan məlumatlara inanmaqla üçüncü şəxslərin vicdanlı əldə etməsinin tam aydınlaşdırılması və dövlət qeydiyyatında formal düzəlişlərin edilməsinə qədər qarşısını alan vacib məsələlərdən biridir. Bu prezumpsiya sübutetmə yükünün dəyişməsinə də səbəb olur. Burada sübutetmə yükünü dövlət qeydiyaytına düzgün olaraq qeydə alınmayan deyil, dövlət qeydiyyatının düzgünlüyünü mübahisələndirən daşıyır. Həmçinin, daşınmaz əşya ilə bağlı ehtiyatsızlıqdan bilməmə faktı vicdanlı olması istisna etmək üçün kifayət etmir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh "xxxx" MMC mübahisə olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnu vicdanlı olaraq əldə etmişdir. Belə olan halda isə iddiaçı artıq torpaq sahəsinin mülkiyyətçisi deyil və qaytarmanı tələb edə bilməz. Məhkəmə, həmçinin qeyd edir ki, mübahisəli torpaq sahəsi xx.xx.2021–ci il tarixdə notariat qaydada təsdiq edilmiş alqı–satqı müqaviləsi əsasında cavabdeh "xxxx" MMC–yə satılmışdır. Həmin müqavilə cavabdeh "xxxx" MMC–nin mübahisəli torpaq sahəsi üzərində hüquqların əmələ gəlməsinin və onun mülkiyyətinə keçməsinin dövlət qeydiyyatı üçün əsas olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 141.1–ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2–ci maddəsinə əsasən bu Məcəllənin 141.1–ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Məcəllənin 141.3–cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Həmin Məcəllənin 149.2–ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, cavabdeh "xxxx" MMC–nin mübahisəli torpaq sahəsinə qeydə alınmış mülkiyyət hüququ əsassız olmalı və həmin qeydə alınmanın əsassız olduğunu cavabdeh bilməlidirlər. O halda iddiaçı "xxxx" MMC–nin adına verilmiş çıxarışın ləğv edilməsi haqqında iddia qaldıra bilər. Halbuki, cavabdeh "xxxx" MMC mübahisəli torpaq sahəsini digər Cavabdeh1 satın alarkən sonuncunun adına verilmiş çıxarışın əsassız olduğunu bilməmişdir. İşin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh "xxxx" MMC–nin mübahisəli torpaq sahəsinə qeydə alınmış mülkiyyət hüququnun və bağlanmış müqavilənin əsassız olmasına dəlalət edən hallar müəyyən olunmamış, nə də iddiaçı tərəfindən tələbini təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu isə onun deməyə əsas verir ki, iddiaçının tələbinin təmin edilməsi üçün kifayət qədər əsaslar yoxdur. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddanın “10.51 ha torpaq sahəsinin 2.86 ha hissəsindən cavabdehlərin çıxarılması və qanunsuz olaraq əkilmiş ağacların cavabdehlərin vəsaiti hesabına çıxarılması” hissəsi də iddianın digər hissələrindən asılı olduğundan təmin edilməsi əsaslı sayıla bilməz. Bundan başqa məhkəmə izah edir ki, iddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5–ci maddəsinə əsasən etibarsız hesab edilmiş əqdin müqabilində Cavabdeh1 dəymiş ziyanın ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə, həmçinin cavabdehin nümayəndəsinin iddiaçı tərəfindən müqavilənin etibarsızlığı ilə bağlı 1 illik iddia müddətinin ötürülməsinə dair etirazına qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384.0.4–cü maddəsinin tələbinə görə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Hazırki iddia tələbi də mülkiyyətçinin hüququnun pozuntusunun aradan qaldırılması ilə bağlı olduğundan iddia müddətinin tətbiq edilməsi əsaslı sayıla bilməz. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə mərhum X7 və mərhum X4 arasında Şəmkir Rayon 2 saylı Notariat Kontorunda 16 iyul 2003–cü il tarixdə bağlanmış, 4Ə–04–355 nömrəli reyestrdə qeydə alınmış, Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən 21886.00 kv.m torpaq sahəsinin satılmasına dair alqı–satqı müqaviləsi etibarsız hesab edilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-391/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-391/2023
02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver