Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-430/2025 16.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Heydarov Cəmil Elxan oğlunun katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı, Cavabdeh qarşı “Alimentin məbləğinin artırılması tələbi”nə dair iddiası üzrə işə məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı, Cavabdeh qarşı “Alimentin məbləğinin artırılması tələbi”nə məhkəmədə iddia qaldıraraq xx.xx.2019-cu il təvəllüdlü Nəfəs adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)- 489/2021 saylı qətnaməsi ilə hər ay, uşaq üçün müəyyən edilmiş 140 manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq hər ay, uşağa görə 250 manat sabit pul məbləğində alimentin və 50 manat mediasiya xərcinin Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı izahatında göstərdi ki, qanunvericiliyə edilmiş dəyişikliklərin məzmunu ona aydın olmuşdur, odur ki mülki işin icraatına xitam verilməsinə etiraz etmir. Cavabdeh məhkəmə iclası zamanı izahatında göstərdi ki, qanunvericiliyə edilmiş dəyişikliklərin məzmunu ona aydın olmuşdur, odur ki mülki işin icraatına xitam verilməsinə etiraz etmir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, mülki işin icraatına xitam verilməlidir. Belə ki, iddia ərizəsində qeyd edilən xüsusatlardan və iddiaçının məhkəmə iclasında verdiyi izahatından göründüyü kimi İddiaçı, Cavabdeh qarşı “Alimentin məbləğinin artırılması tələbi”nə dair iddiasının mahiyyəti indeksasiya xarakteri daşıyır və hazırki tələbin mülki məhkəmə icraatı qaydasında baxılmasını istisna edir. Belə ki, iddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, iddia tələbinin əsası kimi minimum əmək haqqının artmasını əsas götürmüşdür, belə ki, xərclər artdığından artıq uşaqların saxlanmasında çətinlik çəkir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-3cü bəndində göstərilmişdir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.” Beləliklə, İddiaçı, Cavabdeh qarşı “Alimentin məbləğinin artırılması tələbi”nə dair iddiası icra icraatı qaydasında həll edilməli olduğundan, həmçinin, iddia ərizəsi artıq məhkəmənin icraatına qəbul edildiyindən mülki iş üzrə icraata xitam verilməli və iddiaçıya izah edilməlidir ki, icra icraatı qaydasında məhkəməyə müraciət etməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261, 262, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı, Cavabdeh qarşı “Alimentin məbləğinin artırılması tələbi”nə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. İddiaçıya izah edilsin ki, o, tələblə əlaqədar müvafiq qaydada məhkəməyə icra icraatı qaydasında müraciət etmək hüququna malikdir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-430/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-430/2025
16.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver