Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-4321/2024 19.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Məhəmmədi Həvayət Kəmaləddin qızı İddiaçı Cavabdeh qarşı “yetkinlik yaşına çatmamış uşaqların atasının himayəsində olmasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2016-ci təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 2023-cü ilin dekabr ayından onun himayəsində olmasının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə faktiki evlənməklə nikahlarını 16 iyul 2016-cı ildə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X3 ve xx.xx.2018-ci il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Cavabdehlə aralarında baş vermiş narazılıqlara görə ayrılmışlar. Cavabdehlə faktiki olaraq ayrıldıqları vaxt azyaşlı uşaqları analarının yanında qalmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-896/2023 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozulmuş. xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 adlı uşaqların anasının yanında qalması və hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Lakin, 2023-cü ilin dekabr ayından azyaşlı uşaqları iddiaçının yanına gəlmişlər. Həmin vaxtdan da analarının razılığı ilə iddiaçının yanında yaşayırlar. Azyaşlı uşaqları iddiaçının yanına gəldikdən sonra o, Şəmkir rayon İcra Hakimiyyətinə və Şəmkir rayon Bayramlı Bələdiyyəsinə müraciət edib, uşaqların onun himayəsində olması ilə bağlı hər ay müvafiq aktlar tərtib edilmişdir. Hazırda da övladları onun yanında yaşayır. Yetkinlik yaşına çatmamış uşaqları onun yanında yaşayır ve orta məktəbdə təhsil alırlar. Bəzi vaxtlarda anası ilə də görüşürlər. Övladları onun yanından ayrılmaq istəmirlər. Övladlarının bütün qayğılarını və xərclərini bir ata olaraq özü çəkirəm. Yetkinlik yaşına çatmamış uşaqlarının saxlanması üçün cavabdehin maddi yardımına ehtiyacı yoxdur. O, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 adlı uşaqlarının onun himayəsində olmasının müəyyən edilməsi tələbi ilə Gəncə 1 saylı Mediasiya Təşkilatına müraciət edib. Lakin, cavabdeh mediasiya sessiyasında iştirak etsə də aralarında razılıq əldə edilmədiyindən ona ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilib. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etməli olub. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. İlk öcə məhkəmə himayəçilik institutunun mahiyyəti baxımdan iddiaçıya aşağıda qeyd edilən qanunvericilik normalarını izah edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, uşağın digər valideynə verilməsi mümkün olmadıqda və ya valideynlərin hər ikisi valideynlik hüquqlarından məhrum edildikdə, uşaq müvafiq icra hakimiyyəti orqanının himayəsinə verilə bilər. Həmin məcəllənin 69.4-ci -ci maddəsinə əsasən, hər iki valideynin valideynlik hüquqları məhdudlaşdırılmışsa, uşaq müvafiq icra hakimiyyəti orqanının himayəsinə verilir Qeyd edilən normaların təhlili onu göstərir ki, uşaqlar üzərində himayəçilik o zaman təyin edilir ki, uşağın valideynləri olmasın, həmin valideynlər valideynlik hüququndan məhrum edilsin və ya hər iki valideynin valideynlik hüquqları məhdudlaşdırılmış olsun. Qeyd etmək vacibdir ki, valideynlik hüququ daha geniş anlayış olmaqla özündə eyni zamanda himayəçi anlayışını da ehtiva edir. Valideyin nə qədər ki, valideynlik hüququndan məhrum edilməyib, uşaqların kimin yanında qalmasından aslı olmayaraq, uşaqlar yetkinlik yaşına çatana qədər valideynləri eyni zamanda onların himayəçisi hesab olunur. Ailə Məcəlləsinin 22-ci maddəsinə əsasən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Həmin normadan da görünür ki, məhkəmə boşanmadan sonra uşağı hansısa valideyinin himayəsinə vermir, yalnız valideyinlərindən birinin yanında qalmasını müəyyən edir. Normanın qeyd edilən məzmunda qəbul edilməsində qanunvericinin məqsədi, boşanmadan sonra uşaq kimin yanında qalmasından aslı olmayaraq, digər valideyin öz valideynlik hüquq və vəzifələrini (eyni zamanda uşaq üzərində himayəçilik) həyata keçirə bilsin. Göründüyü kimi, İddiaçı uşaqları xx.xx.2016-ci təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 himayəçisi olması məhkəmə tərəfindən müəyyən edilib-edilməməsindən aslı olmayaraq uşaqları üzərində himmayəçilik onun təbii hüququdur. Bu baxımdan həmin halın yenidən məhkəmə qaydasında təsdiqinə ehtiyac yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə hazırkı tələblə bağlı qeyd edir ki, iddiaçının öz uşaqlarının himyayəçisi olmasına dair tələbinə məhkəmədə baxıla bilməz. Buna görə də ərizənin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 153.3-cü maddəsinə əsasən: Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir Bu baxımdan məhkəmə iddiaçıya izah edir ki, birgə nikah dövrünə doğulmuş uşaqların onun yanında qalmasını arzu etdiyi halda məhkəmədə “uşaqların onun yanında saxlanılması” tələbi ilə iddia qaldıra bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 263, 264, 268-ci maddəsini rəhbər tutaraq, qərar verdim: İddiaçı Cavabdeh qarşı “yetkinlik yaşına çatmamış uşaqların atasının himayəsində olmasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin. Ərizə, ona əlavə edilmiş sənədlər və ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şəmkir rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-4321/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-4321/2024
19.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver