Məhkəmə qərarları › İş №2(076)-4823/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-4823/2025

23.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-4823/2025 23.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X7 Məsail oğlunun sədrliyi Rzazadə Leyla Elçin qızının katibliyi İddiaçı : İddiaçı Cavabdeh: Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, xx.xx.2014-cü il təvəllüdlü X1 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 246 manat məbləğində alimentin tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, Cavabdeh ilə faktiki evlənməklə nikahları 02 sentyabr 2014-cü ildə rəsmiləşdrilmişdir. Bu nikahdan xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 adlı üç uşaqları dünyaya gəlmişdir. Cavabdeh ilə iddiaçı arasında nikah münasibətləri sonradan pozulmuş və ayrılmışlar. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən nikah pozulmuşdur. Həmin qətnamə ilə azyaşlı Nizami adlı uşağın anası Cavabdeh himayəsində qalması müəyyən edilmişdir. İddiaçı qeyd edir ki, qanunvericiliyə uyğun olaraq uşağın saxlanılması üçün cavabdehdən hər ay müəyyən edilmiş məbləğdə aliment tutulmalıdır. Bu səbəbdən məhkəməyə müraciət edərək cavabdehin himayəsində olan yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün aliment müəyyən edilməsini xahiş etmişdir., Hazırda birinci qrup əlil olduğuna görə əmək fəaliyyəti ilə məşğul olmaq imkanına malik deyil və yalnız 180 manat məbləğində sosial müavinət alır. Bu səbəbdən himayəsində olan uşağın maddi cəhətdən təmin edilməsində çətinlik çəkir. İddiaçı əlavə edir ki, cavabdeh də yetkinlik yaşına çatmamış uşağın saxlanılması üçün maddi vəsait ödəməlidir. Bu məqsədlə əvvəlcə Mediasiya Təşkilatına müraciət olunmuş, lakin cavabdeh mediasiya prosesində iştirak etmədiyindən mübahisə həll edilməmişdir. Nəticədə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borclu olduqlarını qeyd edərək, uşağın saxlanılması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərər əlavə olaraq bildirir ki, Cavabdeh hal-hazırda toy məclislərinin mətbəxində işləyir və maddi cəhətdən aliment verməyə imakı var. İddiaçı hiamyəsində olan Nizami adlı uşağının tələbatı üçün 180 manat aylıq alimentə və mövcud olan 900 manat borcun silinməsinə razı olduğunu, Cavabdeh xalası tərəfindən miras qaldığını və bu mirasın onların ailəsinin dağılmasında əsas rol oynadığını qeyd etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, hal-hazırda heç yerdə işləmir və himayəsində iki qız evladı var. xx.xx.2007-ci il təvəllüdlü Zilan universitetdə təhsil alır, qızının təhsil haqqını alimentin pulu ilə qaşılayır. Evladlarının təhsil alması üçün bəzən toyxanalarda qab yuyur, lakin bu iş daimi deyil və bir çox yer onu işə qəbul etmir. İddiaçı əlavə olaraq şəxsi evinin olmadığını anasın evində qaldığını və alimenti vermək üçün maddi imkanın olmadığını qeyd etmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 adlı üç uşaqları doğulmuşdur. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)- 2956/2025 saylı qətnaməsinə əsasən pozulmuşdur. İşdə olan xx.xx.2025–ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1–ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri–müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilmAsmin olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3–cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2–ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin himayəsində iki nəfər azyaşlı uşaqları vardır və o, uşaqlarına baxdığına görə işləmək imkanından məhrum olmuşdur. Cavabdehin hər hansı qazancı və ya gəliri yoxdur. Həmin cavabdehdən aliment tutulması nəzəri cəhətdən mümkün görünsə də, praktiki cəhətdən onun aliment ödəməsi qeyri–mümkündür. Belə olan halda cavabdehdən aliment tutulması qanuni, əsaslı və ədalətli hesab edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır, iddiaçı açıq–aşkar qanunla ona verilmiş hüquqdan sui–istifadə etməyə cəhd edir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4–ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar