Məhkəmə qərarları › İş №2(076)-519/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-519/2025

28.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-519/2025 28.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Heydərova Nazlı Azər qızının sədrliyi Heydərov Cəmil Elxan oğlunun katibliyi Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı, Cavabdeh qarşı “Alimentin sabit pul məbləğində tələbi”nə dair iddiası üzrə iddiası üzrə işə açıq məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİM : İddiaçı, Cavabdeh qarşı “Alimentin sabit pul məbləğində tələbi”nə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikahdan doğulmuş və onun himayəsində olan xx.xx.2012-ci il təvəllüdlü Yusif adlı uşağın on səkkiz yaşına çatanadək maddi cəhətdən saxlanması üçün, hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin və ilkin mediasiya sessiyasına görə ödədiyi 50 (əlli) manat məbləğində pulun cavabdehdən onun xeyrinə alınması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı, məhkəməyə yazılı ərizə ünvanlayaraq iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin özünə qaytarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin, Cavabdeh məhkəməyə yazılı ərizə ünvanlayaraq işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının ərizəsi əsaslı olduğundan təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmaqla həmin mülki iş baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını tələb edir, o işə baxılmasına təkid etmir. Cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Tərəflərin bu hərəkətlərində qanuna zidd hal yoxdur və bu hər hansı üçüncü şəxsin mənafeyinə qarşı yönəlməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ərizəsinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsində nəzərdə tutulan əsasla mülki iş baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : İddiaçı, Cavabdeh qarşı “Alimentin sabit pul məbləğində tələbi”nə dair iddiası baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar