Məhkəmə qərarları › İş №2(076)-532/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-532/2025

11.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-532/2025 11.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçının nümayəndəsi: X1 Cavabdeh: Bağırova (Qafarova) Şəlalə Tahir qızının iştirakları ilə İddiaçı cavabdeh Bağırova (Qafarova) Şəlalə Tahir qızına qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bağırova (Qafarova) Şəlalə Tahir qızına qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, xx.xx.2014-cü il təvəllüdlü Səkinə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 250 manat məbləğində alimentin tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Şəmkir rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(076)-2242/2020 saylı qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü Səkinə və xx.xx.2018-ci il təvəllüdlü Hüseyn adlı uşaqların saxlanılması üçün hər uşağa 140 manat İddiaçı cavabdehin xeyrinə aliment tutulması qət edilmişdir. Həmin Məhkəmənin 2(076)-309/2023 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü Səkinə adlı uşaq İddiaçı himayəsinə verilmişdir. Hazırda Hüseyn adlı uşaq anasının himayəsində, Səkinə adlı uşaq isə onların himayəsindədir və onun maddi ehtiyaclarını ödəməyə çətinlik çəkirlər. İddiaçı işləmir, hər hansı gəliri yoxdur, həmçinin Hüseyn adlı uşağın saxlanılması cavabdehə hər ay 140 manat aliment ödənilir . Odur ki, xx.xx.2014-cü il təvəllüdlü Səkinə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 250 manat məbləğində alimentin alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh Bağırova (Qafarova) Şəlalə Tahir qızı iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə onun arasında olan nikah pozulmuşdur. Nikah pozulduqdan sonra uşaqları onun himayəsində qalmışdır. Sonra xx.xx.2014-cü il təvəllüdlü Səkinə adlı uşağını iddiaçı öz yanına aparmış və öz himayəsində saxlamışdır. O ikincə dəfə ailə qurmuş və ikinci evliliyindən xx.xx.2024-cü il təvəllüdlü Möhsün adlı uşağı doğulmuşdur. Hazırda onun himayəsində xx.xx.2018-ci il təvəllüdlü Hüseyn və xx.xx.2024cü il təvəllüdlü Möhsün adlı uşaqları vardır. Onun maddi imkanı yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı ilə Bağırova (Qafarova) Şəlalə Tahir qızının birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü Səkinə və xx.xx.2018-ci il təvəllüdlü Hüseyn adlı uşaqları doğulmuşdur. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)- 309/2023 saylı qətnaməsinə əsasən pozulmuşdur. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-2242/2020 saylı qətnaməsinin surətindən görünür ki, 30 iyul 2020-ci il tarixdən başlayaraq xx.xx.2014-cü ildə doğulmuş X3 və xx.xx.2018-ci ildə doğulmuş X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-912/2024 saylı qətnaməsinin surətindən görünür ki, iş üzrə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X3 adlı uşaq yetkinlik yaşına çatanadək atası İddiaçı yanında saxlanılması, xx.xx.2014-cü il təvəllüdlü X3 adlı uşağın saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-2242/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay üçün 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment öhdəliyindən xx.xx.2023-cü il tarixdən başlayaraq İddiaçı azad edilməsi qət edilmişdir. İşdə olan xx.xx.2024–cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, Bağırova (Qafarova) Şəlalə Tahir qızı mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Cavabdeh birgə nikahından (ikinci nikahından) xx.xx.2024-cü il təvəllüdlü Möhsün adlı uşaqları doğulmuşdur. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən olundu ki, tərəflərin birgə nikahından 28 oktyabr 2014–cü il tarixdə Səkinə və 30 may 2018–ci il tarixdə Hüseyn adlı uşaqları doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaqlar cavabdehin yanında qalmışdır. Şəmkir rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(076)-2242/2020 saylı qətnaməsi ilə 30 iyul 2020-ci il tarixdən başlayaraq xx.xx.2014-cü ildə doğulmuş X3 və xx.xx.2018-ci ildə doğulmuş X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Bundan sonra Səkinə adlı uşaq atasının yanına qayıtmış və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-912/2024 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X3 adlı uşaq atası İddiaçı yanında saxlanılması və həmin uşağın saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-2242/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay üçün 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment öhdəliyindən xx.xx.2023-cü il tarixdən başlayaraq İddiaçı azad edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1–ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri–müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilmAsmin olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3–cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2–ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin himayəsində iki nəfər azyaşlı uşaqları vardır və o, uşaqlarına baxdığına görə işləmək imkanından məhrum olmuşdur. Cavabdehin hər hansı qazancı və ya gəliri yoxdur. Həmin cavabdehdən aliment tutulması nəzəri cəhətdən mümkün görünsə də, praktiki cəhətdən onun aliment ödəməsi qeyri–mümkündür. Belə olan halda cavabdehdən aliment tutulması qanuni, əsaslı və ədalətli hesab edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır, iddiaçı açıq–aşkar qanunla ona verilmiş hüquqdan sui–istifadə etməyə cəhd edir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4–ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı cavabdeh Bağırova (Qafarova) Şəlalə Tahir qızına qarşı aliment tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar