Məhkəmə qərarları › İş №2(076)-60/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-60/2025

15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-60/2025 15.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 oğlunun, onların nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh5 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Şəmkir rayonu 1 saylı Notariat Kontoruna və Azərbaycan İqtisadiyyat Nazirliyini yanında ƏMDX DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Şəmkir rayonu 1 saylı Notariat Kontoruna və Azərbaycan İqtisadiyyat Nazirliyini yanında ƏMDX DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 31 avqust 2023-cü ildə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış, reyestrdə 4Ə-1154 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqavilə əsasında xx.xx.2023-cü il tarixdə Cavabdeh5 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o cavabdehlər Sarabəyim İbrahimova, Cavabdeh3 və Cavabdeh4 məxsus Şəmkir rayonu Təzəkənd kəndi ərazisində yerləşən 0.32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qanuni əsaslarla 2.500 (iki min beş) manata 27 noyabr 2007-ci il tarixdə Şəmkir rayon Notariat Ofisində 4Ə-4-414 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən almışdır. Sonralar o həbs edilmiş və müəyyən səbəblərə görə adına çıxarış almamışdır. 2023-cü ilin noyabr ayında o, DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edib öz adına çıxarış almaq istəyərkən ona məlum oldu ki, cavabdehlər 2-ci dəfə saxta alqı-satqı yolu ilə həmin torpaq sahəsini digər Cavabdeh5 satmışlar və sonuncu öz adına çıxarış almışdır. Ona görə də o hazırkı iddia ilə məhkməyə müraciət edib saxta alqı-satqı müqaviləsinin ləğv edilməsini və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsini istəyir. Həmin torpaq sahəsi onun istifadəsindədir və onunla olan alqı-satqı müqaviləsində heç bir saxtakarlıq yoxdur qanunidir. Qeyd edilənlərə əsasən Cavabdeh1 31 avqust 2023-cü ildə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış, reyestrdə 4Ə-1154 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqavilə əsasında xx.xx.2023-cü il tarixdə Cavabdeh5 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək ifadəsində bildirdi ki, cavabdehlərdən 2007-ci il də Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən 0.325 ha torpaq sahəsini almışdır. Alqı-satqını notarial qaydada rəsmiləşdirilmişdir. Cavabdeh3 əsgərlikdə olan zamanı həmin torpaq sahəsinin satılmasını etiraz etməməsi barədə ərizə vermişdir. O alqı-satqı əsasında çıxarış alınması üçün müraciət etmədiyindən torpaq sahəsi cavabdehlərin mülkiyyətində qalmış, bundan istifadə edərək cavabdehlər həmin torpaq sahəsini Cavabdeh5 satmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 oğlu iddianı qəbul etməyərək ifadəsində bildirdilər ki, Şəmkir rayonu Təzəkənd kəndində yerləşən 0.325 ha torpaq sahəsini İddiaçı icarəyə vermişlər. Həmin torpaq sahəsini Cavabdeh5 5000 manata satmışlar. Hal-hazırda torpaq sahəsi heç kəsin istifadəsində deyildir. Odur ki, iddianın rədd olunması xahiş etdilər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etmiyərək ifadəsində bildirdi ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmamışdır. Torpaq sahəsi iddiaçının istifadəsi üçün verilmişdir. xx.xx.2007-ci il tarixli 4Ə-4-414 reyestr nömrəli alqı-satqı müqaviləsi qanunsuz olaraq bağlanılmışdır. Cavabdehlər arasında müqavilə bağlanaraq cavabeh Cavabdeh5 adına dövlət reyestrindən çıxarış verilmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh5 nümayəndəsi X3 iddianı qəbul etmiyərək, bildirdi ki, cavabdehlərdən xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən 0.325 ha torpaq sahəsini 5000 manat müqabilində alqı-satqı müqaviləsi ilə qızı Cavabdeh5 almışdır. Qızı torpaq sahəsini alan zaman cavabdehlər tərəfindən torpaq sahəsinin yeri göstərilmiş, onun qızına təhvil verilmişdir. İddiaçı və digər cavabdehlər arasında olan münasibətlərdən məlumatı olmamışdır. Ona görədə iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdehlər Şəmkir rayon 1 saylı Notariat ofisi və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdehlərin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiklərindən, Azərbaycan Respublikası MPM-nin 147 və 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan MH seriaylı ******* nömrəli Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən 0.325 ha torpaq sahəsi Cavabdeh2, Cavabdeh3 Rafiq oğlunun və Cavabdeh4 paylı mülkiyyətindədir. İş materiallarına əlavə edilən 27 noyabr 2007-ci il tarixli 4Ə-04-414 nömrəli notariat işinin təsdiqli surətində olan alqı-satqı müqaviləsindən və ərizədən görünür ki, Şəmkir rayonu Təzəkənd kəndində yerləşən 0.325 ha (MH seriaylı ******* nömrəli Dövlət reyestrindən çıxarış) torpaq sahəsi Cavabdeh2 və X8 tərəfindən İddiaçı satılmış, X1 etiraz etməmişdir. İş materiallarında olan AN-İ ******* nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ümumi sahəsi 0.32 ha torpaq sahəsini 5000 manat müqabilində Cavabdeh5 satmışlar. İş materiallarında olan xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın surətinədən görünür ki, **********59 reyestr nömrəli Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən xüsusi mülkiyyətdə olan 0.325 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh5 tam mülkiyyətindədir. İş materiallarında olan 13 yanvar 2025-ci il tarixli 5-76-9\2-01\2025 nömrəli Şəmkir RİHB-nın Təzəkənd İƏD üzrə nümayəndəliyinin məktubundan görünür ki, Cavabdeh5 mülkiyyətində olan **********59 reyestr nömrəli 0.325 ha torpaq sahəsi hazırda mübahisəli olduğu üçün əkilməmiş və istifadə edilmir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 13 sentyabr 2024-cüil tarixli 3-16-16/2-4/825 nömrəli məhkəmə xətşünaslıq ekspertizasının rəyindən görünür ki, 27 noyabr 2007-ci il tarixli, 4Ə-4-414 reyestr nömrəli alqı-satqı müqaviləsinin aşağı hissəsində “İmzalar” qrafasında “Əлиjва” sözünün qarşısındakı imza- Cavabdeh2 tərəfindən icra olunmuşdur. 27 noyabr 2007-ci il tarixli, 4Ə-4-414 reyestr nömrəli alqı-satqı müqaviləsinin aşağı hissəsində “İmzalar” qrafasında “Əлиjв” sözünün qarşısındakı imza- Cavabdeh4 tərəfindən icra olunmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, xx.xx.2007-ci il tarixli 4Ə-04-414 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Şəmkir rayonu Təzəkənd kəndində yerləşən 0.325 ha (MH seriaylı ******* nömrəli Dövlət reyestrindən çıxarış) torpaq sahəsi Cavabdeh2 və X8 tərəfindən İddiaçı satılmış, X1 etiraz etməmiş, həmin alqı satqı əsasında İddiaçı çıxarış verilməmişdir. Bundan sonra AN-İ ******* nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı satqı müqaviləsinə əsasən Şəmkir rayonu Təzəkənd kəndində yerləşən 0.325 ha (MH seriaylı ******* nömrəli Dövlət reyestrindən çıxarış) torpaq sahəsi Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 tərəfindən Cavabdeh5 satılmış, həmin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh5 xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda İddiaçı AN-İ ******* nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı satqı müqaviləsinin ləğv edilməsini və onun əsasında verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Hal-hazırda iddiaçı AN-İ ******* nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı satqı müqaviləsinin ləğv edilməsini bir əsasla tələb etmişdir:

1. Şəmkir rayonu Təzəkənd kəndində yerləşən 0.325 ha torpaq sahəsinə dair AN-İ ******* nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı satqı müqaviləsi iddiaçı ilə cavabdehlər arasında həmin torpaq sahəsinə dair bağlanmış xx.xx.2007-ci il tarixli 4Ə- 04-414 reyestr nömrəli alqı-satqı müqaviləsindən sonra bağlanmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 421.1ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Məcəllənin 423.1-ci maddəsi isə məhz bu məqsədlə bağlanan müqavilənin (razılaşmanın) formasına aid məsələni tənzimləyir. Həmin maddəyə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Vurğulanmalıdır ki, göstərilən maddədə “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, yuxarıda qeyd edildiyi kimi, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: 1) digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (məsələn, Mülki Məcəllənin 719.7-ci maddəsində müəyyən edildiyi kimi); 2) Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (məsələn, Mülki Məcəllənin 786.1-ci maddəsində göstərilən hal). Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcələsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Qanunun mənasına görə müqavilənin ləğvi tərəflərin qarşılıqlı razılaşması ilə, bundan başqa müqavilə tərəfi müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda mümkündür. Məhkəmə ilk növbədə iddiaçının qeyd etdiyi əsasla bağlı qeyd edir ki, hazırda ləğvi tələb edilən AN-İ ******* nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı satqı müqaviləsinin tərəfləri Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 (satıcılar) və Cavabdeh5dır (alıcı). Göründüyü kimi hazırda iddiaçı müqavilənin tərəfi olmamaqla yanaşı müqavilənin ləğvi barədə müqavilə tərəflərinin qarşılıqlı razılaşması, eyni zamanda birtərəfli qaydada müqavilə ləğvinin əsasları müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, iddiaçı məhkəmə prosesi zamanı AN-İ ******* nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı satqı müqaviləsinin ləğv edilməsi əsaslarını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş müqavilənin etibarsızlığı üçün əsas olan halları təsdiq edən sübutlarını təqdim etməlidir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələblərini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə təqdim etməsini yoxlamışdır, lakin iddiaçı tələbini əsaslandıran sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu mənada, məhkəmə hesab edir ki, mübahisənin faktiki halları ilə bağlı yalnız iddiaçı tərəfin izahatlarına əsaslanmaqla iddia tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə iş materiallarında olan sənədləri və tərəflərin izahatlarını nəzərə alaraq hesab edir ki, alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün qanunvericiliyin müəyyən etdiyi əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, həmçinin iddianın mübahisəli torpaq sahəsinə dair çıxarışın etibarsız hesab edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsassızdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinə dair verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqavilələrindən törənmişdir. Çıxarış, öz-özlüyündə daşınmaz əşya ilə bağlı hüququn yaranması, məhdudlaşması, pozulması və ya xitam olunması baxımından hər hansı bir funksiya daşımadığına görə, sırf çıxarışın etibarsız olunması tələbində iddiaçının qorunmaya dəyər hüquqi bir mənfəəti yoxdur. Eyni zamanda məhkəmə qeyd edir ki, reyestr qeydiyyatı həqiqi hüquqi vəziyyətə uyğun olduqda əsaslı, uyğun olmadıqda isə əsassız hesab edilir. Bu səbəbdən həmin qeydin (yaxud onun əsasında verilmiş çıxarışın) ləğv edilməsi və ya etibarsız sayılması barədə tələb mahiyyətcə əsaslı olmayan qeydiyyatın düzəldilməsi barədə iddiadır. Hansı sözlə (ləğv və ya etibarsızlıq) ifadə olunmasından asılı olmayaraq, iddia icraatında daşınmaz əmlakın dövlət reyestrinin məzmununun mübahisələndirilməsi sözügedən qeyddə düzəlişin aparılması barədə tələb sayılır. Qeyd edilənlərə əsasən iddianın mübahisəli torpaq sahəsinə dair çıxarışın etibarsız hesab edilməsinə dair hissəsi də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 oğluna, Cavabdeh5, Şəmkir rayonu 1 saylı Notariat Kontoruna və Azərbaycan İqtisadiyyat Nazirliyini yanında ƏMDX DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar