Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-611/2023 10.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Hümbət qızına qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh Hümbət qızına qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cehiz əşyalarının özlərinin və ya dəyərlərinin, həmçinin ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun keçmiş qayınanası olmuşdur. Belə ki, o, xx.xx.2019–cu il tarixdə cavabdehin oğlu Xəyyam Sadıqovla faktiki olaraq evlənmiş, lakin rəsmi nikah qeyd etdirməmişdir. Toy günü qayınanasına məxsus olan və Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən evə gəlin köçmüş, cehiz əşyaları da həmin evə yığılmışdır. Ailə münasibətləri pozulduğundan cavabdehin evindən çıxmış, lakin ona məxsus cehiz əşyaları həmin evdə qalmışdır. Belə ki, ona məxsus qiyməti 140 manat olan, üstündə xırda sarı zərli gülləri olan xrustal konyak dəsti, qiyməti 200 manat olan üstündə günəş şəkli olan gümüş rəngli xrustal kompot dəsti, qiyməti 250 manat olan qırmızı rəngli bogema kompot dəsti, qiyməti 300 manat olan ağ və sarı rəngli çayniservis dəsti, qiyməti 25 manat olan orta boylu rumka dəsti, qiyməti 40 manat olan ağ rəngli, başı zərli hundur rumka dəsti, qiyməti 130 manat olan üzəri şəkilli, başı zərli hündür hündür rumka dəsti, qiyməti 30 manat olan orta boy xrustal rumka dəsti, qiyməti 50 manat olan ağ və göy rəngli, üzəri şəkilli kofeni servis dəsti, qiyməti 20 manat olan göy rəngli, üzəri lepkalı, orta ölçülü rumka dəsti, qiyməti 40 manat olan üzəri lepkalı tomun xrustal kasa nəlbəki dəsti, qiyməti 80 manat olan üzəri lepkalı çexiski xrustal stakan dəsti, qiyməti 24 manat olan lepkalı 12 ədəd stakan dəsti, qiyməti 25 manat olan 12 ədəd tomun nəlbəki dəsti, qiyməti 27 manat olan 12 ədəd güllü servis nəlbəki dəsti, qiyməti 20 manat olan 12 ədəd tomun razetka dəsti, qiyməti 20 manat olan lötkə formalı 12 ədəd tomun servis razetka dəsti, qiyməti 25 manat olan ağ rəngli, üzərində lalə gülləri olan fincan nəlbəki dəsti, qiyməti 40 manat olan gülü üstündə dəmliyi olan çaynik dəsti, qiyməti 17 manat olan qırağı dilikli bir cüt qənd qabı, qiyməti 50 manat olan bir cüt qapaqlı xrustal qənd qabı, qiyməti 35 manat olan 1 cüt tomun yumru qənd qabı dəsti, qiyməti 30 manat olan 1 cüt tomun ləpə qabı, qiyməti 20 manat olan 1 cüt ləpə qabı, qiyməti 50 manat olan tomun yekə 1 cüt meyvə qabı, qiyməti 20 manat olan tək meyvə qabı, qiyməti 25 manat olan şüşədən dərin meyvə qabı, qiyməti 18 manat olan şüşədən kabab qabı, qiyməti 30 manat olan 1 cüt böyük 6 ədəd kiçik boşqabları olan güllü tort qabı, qiyməti 30 manat olan 1 ədəd tefal çaynik, qiyməti 15 manat olan qaşıq- çömçə dəsti, qiyməti 20 manat olan 1 ədəd salat doğrayan, qiyməti 250 manat olan 1 güldan, 2 qənd qabı, bir meyvə qabından ibarət meduza dəsti, qiyməti 60 manat olan5 litirlik tefal qazan qırmızı rəng, qiyməti 150 manat olan gümüş rənqli 1 ədəd qazan dəsti, qiyməti 25 manat olan3 dəst tək nəfərlik fincan nəlbəki dəsti, qiyməti 25 manat olan 4 ədəd 555 sini orta ölçülü (padnos), qiyməti 20 manat olan böyük ölçülü 555 sini (padnos), qiyməti 50 manat olan 1 cüt 10 litrlik şirəli ağ rəngli üzrəri qırmızı xallı vedrə, qiyməti 5 manat olan 5 litrlik kapron vedrə, qiyməti 60 manat olan 1 ədəd qara rəngli üzərində sarı bəzəkləri olan böyük güldan, qiyməti 30 manat olan güldan üçün 5 ədəd böyük gül, qiyməti 12 manat olan şirnel rəngli 1 cüt meyvə qabı, qiyməti 12 manat olan 1 cüt qulplu meyvə qabı, qiyməti 30 manat olan 1 ədəd ağ qaşlı lampa, qiyməti 30 manat olan 1 ədəd "Qurani Kərim" qabı ilə birlikdə, qiyməti 30 manat olan 1 ədəd gül qutuda, qiyməti 900 manat olan boz rəngli "Samsung" markalı paltar yuyan maşın, qiyməti 250 manat olan "Samsung" markalı tozsovuran, qiyməti 450 manat olan 94 predmet "Qalaksi" markalı qaşıq çəngəl dəsti, qiyməti 450 manat olan 1 ədəd qırmızı güllü gəvə, qiyməti 450 manat olan 1 ədəd krem rəngli gəvə, qiyməti 150 manat olan 6 cüt əl-üz məhravası, qiyməti 25 manat olan yaşıl rəngli əl-üz məhrava dəsti qutuda, qiyməti 25 manat olan palıdı rəngli əl-üz məhrava dəsti qutuda, qiyməti 40 manat olan sarı rəngli can məhravası, qiyməti 25 manat olan ağ rəngli can məhravası, qiyməti 80 manat olan ağlı sarılı pastel dəsti karopkada, qiyməti 100 manat olan ağ rəngli krijuvalı pastel dəsti karopkada, qiyməti 80 manat olan qarışıq rəngli pastel dəsti karopkada, qiyməti 120 manat olan qara rəngli üstü güllü atlas pastel dəsti, qiyməti 70 manat olan ağ rəngli üzəri qırmızı güllü pastel dəsti, qiyməti 30 manat olan tək nəfərlik güllü pastel, qiyməti 20 manat olan tək nəfərlik 2 ədəd mələfə, qiyməti 25 manat olan 1 cüt kənarı krujuvalı uzunsov balınc üzü, qiyməti 40 manat olan 1 cüt kənarı krujuvalı dörd künc balınc üzü krem rəngli, qiyməti 15 manat olan 1 cüt uzunsov ağ rəngli balınc üzü, qiyməti 270 manat olan 2 ədəd salatıvı rəngli 2 nəfərlik slikon yorğan, qiyməti 400 manat olan 1 ədəd ağ rəngli üzəri güllü yorğan, 2 uzunsov balınc üzü, 1 mələfə, 1 ədəd ayağının çetiri slikon dəsti, qiyməti 90 manat olanl cüt qaz tükündən dörd künc balınc, qiyməti 60 manat olan 1 cüt qaz tükündən uzunsov balınc, qiyməti 130 manat olan qırmızı rəngli iki nəfərlik iki üzlü adyal, qiyməti 150 manat olan cüt nəfərlik qaşlı krem rəngli pakrıval, qiyməti 200 manat olan iki nəfərlik yun döşək, qiyməti 100 manat olan iki nəfərlik yun yorğan, qiyməti 40 manat olan 6 ədəd slikon döşəkcə, qiyməti 50 manat olan 6 ədəd kərpic rəngli üzü gül səbətli döşəkcə üzü, qiyməti 20 manat olan tək nəfərlik güllü pastel, qiyməti 20 manat olan tək nəfərlik güllü pastel, qiyməti 25 manat olan ağ rəngli qırağı kurjuvalı tək nəfərlik pastel, qiyməti 15 manat olan ağ rəngli yorğan üzü, qiyməti 70 manat olan sarı rəngli 1 cüt pakrıval örtük dəsti, qiyməti 70 manat olan krem rəngli ayağı krujuvalı skater, qiyməti 15 manat olan krem rəngli skater, qiyməti 15 manat olan ağ rəngli skater, qiyməti 130 manat olan hörmə üstü güllü krem rəngli skater, qiyməti 30 manat olan süvenirlər, qiyməti 200 manat kenvod olan sokçəkən, qiyməti 130 manat olan kenvod ətçəkən maşın və qiyməti 100 manat olan Philips ütü cavabdehin evində qalmışdır. Dəfələrlə tələb etsə də, cavabdeh ona məxsus əmlakı qaytarmaqdan boyun qaçırmışdır. Bu səbəbdən məcbur olub məhkəmədə iddia qaldrımışdır. Odur ki, cavabdehdən qeyd etdiyi cehiz əşyaların özlərinin və ya dəyərlərinin, həmçinin ödənilmiş 104 manat dövlət rüsumunun alınıb ona verilməsini məhkəmədən xahiş etmişdir İddiaçı məhkəmə iclası zamanı əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh onun keçmiş qayınanası olmuşdur. Belə ki, o, xx.xx.2019–cu il tarixdə cavabdehin oğlu Xəyyam Sadıqovla faktiki olaraq evlənmiş, lakin rəsmi nikah qeyd etdirməmişdir. Birgə nikahdan xx.xx.2020– ci il tarixdə Dəniz adlı uşaqları doğulmuşdur. Toy günü qayınanasına məxsus olan və Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən evə gəlin köçmüşdür. Həmçinin, toy zamanı valideynləri tərəfindən ona cehiz əşyaları alınaraq hədiyyə edilmişdir. Həmin cehiz əşyaları da cavabdehin evinə yıığılmışdır. Evlədikləri ilk illərdə ailə münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuş və faktiki olaraq ayrılmışlar. Hazırda ona məxsus olan və iddia ərizəsində qeyd etdiyi cehiz əşyaları cavabdehin evində qalmışdır. Dəfələrlə tələb etsə də, cavabdeh ona məxsus əmlakı qaytarmaqdan boyun qaçırmışdır. Bu səbəbdən məcbur olub məhkəmədə iddia qaldrımışdır. Hesab edir ki, həmin cehiz əşyaları ona məxsus olduğundan cavabdeh həmin əmlakın özlərini və ya dəyərlərini ona verməlidir. Odur ki, cavabdehdən qeyd etdiyi cehiz əşyaların özlərinin və ya dəyərlərinin, həmçinin ödənilmiş 104 manat dövlət rüsumunun alınıb ona verilməsini məhkəmədən xahiş edir. Cavabdeh Hümbət qızına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Bununla belə Cavabdeh Hümbət qızı məhkəmənin hazırlıq iclası zamanı iddianı qismən qəbul edərək və bu barədə məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, iddiaçıya məxsus üstündə xırda sarı zərli gülləri olan xrustal konyak dəsti, orta boylu rumka dəsti, ağ rəngli, başı zərli hündür rumka dəsti, lepkalı stəkan dəstindən 6 ədədi, güllü servis nəlbəki dəstindən 6 ədədi, 1 cüt qapaqlı xrustal qənd qabı, 1 cüt böyük, 6 ədəd kiçik boşqabları olan güllü tort qabı, 1 ədəd tefal çaynik, 5 litrlik qırmızı rəngli Tefal qazan, 1 ədəd gümüş rəngli qazan dəsti. 2 ədəd orta ölçülü padnos, 1 ədəd 10 litrlik ağ rəngli, üzəri qırmızı xallı olan şirəli vedrə, 1 ədəd 5 litrlik kapron vedrə, 1 ədəd qara rəngli, üzərində sarı bəzəkləri olan böyük güldan, 5 ədəd güldan üçün böyük gül, 1 ədəd ağ qaşlı lampa, 1 ədəd qabı ilə birlikdə “Qurani Kərim”, 1 ədəd Samsung markalı paltaryuyan maşın, 1 ədəd Samsung markalı tozsoran, 2 ədəd əl-üz məhrəbası, 1 ədəd ağ rəngli can məhrəbası, 1 dəst qara rəngli, üstü güllü atlas pastel dəsti, 1 ədəd salatıvı rəngli iki nəfərlik silkon yorğan, 1 cüt qaz tükündən dördkünc balınc, 1 ədəd ikiüzlü, iki nəfərlik qırmızı rəngli adyal, 1 ədəd iki nəfərlik yun döşək, 1 ədəd iki nəfərlik yun yorğan, 6 ədəd slikon döşəkcə və 1 ədəd krem rəngli skater onun evindədir və iddiaçı istənilən vaxt əşyalarını götürə bilər. Digər əşyaların mövcudluğunu isə cavabdeh qəbul etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5–ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, həmçinin işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamədən görünür ki, X2 ilə İddiaçı birgə nikahından xx.xx.2020–ci il tarixdə Dəniz adlı uşaqları doğulmuşdur. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli 2(076)–1513/2021 saylı qətnaməsindən görünür ki, X2 İddiaçı 19 oktyabr 2020–ci il tarixdə doğulmuş Dəniz adlı uşağın atası hesab edilmiş, həmçinin 04 may 2021–ci il tarixdən başlayaraq, 19 oktyabr 2020–ci il tarixdə doğulmuş Dəniz adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün X1 hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Eləcə də, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən cehiz əşyalarının hədiyyə şəklində verilməsini və hazırda da həmin əşyaların cavabdehdə qalmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Mübahisəli əşyaların iddiaçıda olmasını sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Beləliklə, məhkəmə iddiaçının izahatının, tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı cavabdehin oğlu X2 ilə xx.xx.2019–cu il tarixdə faktiki olaraq evlənmiş, lakin rəsmi nikah qeyd etdirməmişdir. Birgə nikahdan xx.xx.2020–ci il tarixdə Dəniz adlı uşaqları doğulmuşdur. Evlədikləri ilk illərdə ailə münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuş və faktiki olaraq ayrılmışlar. İddiaçıya toy zamanı öz valideynləri tərəfindən cehiz əşyaları hədiyyə edilmişdir. Hər iki tərəf bu halların mövcudluğunu mübahisəsiz qəbul etdiyindən, məhkəmə bu faktı işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Həmçinin, cavabdeh tərəf məhkəməyə təqdim etdiyi ərizəsində, eləcə də, iştirak etdiyi məhkəmənin hazırlıq iclası zamanı iddianın üstündə xırda sarı zərli gülləri olan xrustal konyak dəsti, orta boylu rumka dəsti, ağ rəngli, başı zərli hündür rumka dəsti, lepkalı stəkan dəstindən 6 ədədi, güllü servis nəlbəki dəstindən 6 ədədi, 1 cüt qapaqlı xrustal qənd qabı, 1 cüt böyük, 6 ədəd kiçik boşqabları olan güllü tort qabı, 1 ədəd tefal çaynik, 5 litrlik qırmızı rəngli Tefal qazan, 1 ədəd gümüş rəngli qazan dəsti. 2 ədəd orta ölçülü padnos, 1 ədəd 10 litrlik ağ rəngli, üzəri qırmızı xallı olan şirəli vedrə, 1 ədəd 5 litrlik kapron vedrə, 1 ədəd qara rəngli, üzərində sarı bəzəkləri olan böyük güldan, 5 ədəd güldan üçün böyük gül, 1 ədəd ağ qaşlı lampa, 1 ədəd qabı ilə birlikdə “Qurani Kərim”, 1 ədəd Samsung markalı paltaryuyan maşın, 1 ədəd Samsung markalı tozsoran, 2 ədəd əl-üz məhrəbası, 1 ədəd ağ rəngli can məhrəbası, 1 dəst qara rəngli, üstü güllü atlas pastel dəsti, 1 ədəd salatıvı rəngli iki nəfərlik silkon yorğan, 1 cüt qaz tükündən dördkünc balınc, 1 ədəd ikiüzlü, iki nəfərlik qırmızı rəngli adyal, 1 ədəd iki nəfərlik yun döşək, 1 ədəd iki nəfərlik yun yorğan, 6 ədəd slikon döşəkcə və 1 ədəd krem rəngli skaterlə bağlı hissəsini qəbul etmiş, onları mübahisələndirməmiş və iddiaçının istədiyi vaxt həmin əşyalarını apara biləcəyini bildirmişdir. Məhkəmə bu halı da işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Lakin iddiaçıya məxsus qalan cehiz əşyalarının cavabdehdə olması ilə bağlı iddiaçının göstərdiklərini cavabdeh tərəf qəbul etməmiş və bu barədə tərəflərin izahatları ziddiyyətli olmuşdur. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Belə ki, iddiaçı cavabdeh tərəfin qəbul etdiyi üstündə xırda sarı zərli gülləri olan xrustal konyak dəsti, orta boylu rumka dəsti, ağ rəngli, başı zərli hündür rumka dəsti, lepkalı stəkan dəstindən 6 ədədi, güllü servis nəlbəki dəstindən 6 ədədi, 1 cüt qapaqlı xrustal qənd qabı, 1 cüt böyük, 6 ədəd kiçik boşqabları olan güllü tort qabı, 1 ədəd tefal çaynik, 5 litrlik qırmızı rəngli Tefal qazan, 1 ədəd gümüş rəngli qazan dəsti. 2 ədəd orta ölçülü padnos, 1 ədəd 10 litrlik ağ rəngli, üzəri qırmızı xallı olan şirəli vedrə, 1 ədəd 5 litrlik kapron vedrə, 1 ədəd qara rəngli, üzərində sarı bəzəkləri olan böyük güldan, 5 ədəd güldan üçün böyük gül, 1 ədəd ağ qaşlı lampa, 1 ədəd qabı ilə birlikdə “Qurani Kərim”, 1 ədəd Samsung markalı paltaryuyan maşın, 1 ədəd Samsung markalı tozsoran, 2 ədəd əl-üz məhrəbası, 1 ədəd ağ rəngli can məhrəbası, 1 dəst qara rəngli, üstü güllü atlas pastel dəsti, 1 ədəd salatıvı rəngli iki nəfərlik silkon yorğan, 1 cüt qaz tükündən dördkünc balınc, 1 ədəd ikiüzlü, iki nəfərlik qırmızı rəngli adyal, 1 ədəd iki nəfərlik yun döşək, 1 ədəd iki nəfərlik yun yorğan, 6 ədəd slikon döşəkcə və 1 ədəd krem rəngli skaterlə yanaşı, iddia ərizəsində göstərdiyi digər bütün əşyaları cehiz kimi aparmasını bildirsə də, işin araşdırılmış halları ilə həmin hal təsdiq edilməmiş, cavabdeh tərəf isə etiraf etdiyi hissədən başqa qalan əşyaların mövcud olmadığını bildirmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi cavabdehin etiraf etdiyi hissədə, yəni üstündə xırda sarı zərli gülləri olan xrustal konyak dəsti, orta boylu rumka dəsti, ağ rəngli, başı zərli hündür rumka dəsti, lepkalı stəkan dəstindən 6 ədədi, güllü servis nəlbəki dəstindən 6 ədədi, 1 cüt qapaqlı xrustal qənd qabı, 1 cüt böyük, 6 ədəd kiçik boşqabları olan güllü tort qabı, 1 ədəd tefal çaynik, 5 litrlik qırmızı rəngli Tefal qazan, 1 ədəd gümüş rəngli qazan dəsti. 2 ədəd orta ölçülü padnos, 1 ədəd 10 litrlik ağ rəngli, üzəri qırmızı xallı olan şirəli vedrə, 1 ədəd 5 litrlik kapron vedrə, 1 ədəd qara rəngli, üzərində sarı bəzəkləri olan böyük güldan, 5 ədəd güldan üçün böyük gül, 1 ədəd ağ qaşlı lampa, 1 ədəd qabı ilə birlikdə “Qurani Kərim”, 1 ədəd Samsung markalı paltaryuyan maşın, 1 ədəd Samsung markalı tozsoran, 2 ədəd əl-üz məhrəbası, 1 ədəd ağ rəngli can məhrəbası, 1 dəst qara rəngli, üstü güllü atlas pastel dəsti, 1 ədəd salatıvı rəngli iki nəfərlik silkon yorğan, 1 cüt qaz tükündən dördkünc balınc, 1 ədəd ikiüzlü, iki nəfərlik qırmızı rəngli adyal, 1 ədəd iki nəfərlik yun döşək, 1 ədəd iki nəfərlik yun yorğan, 6 ədəd slikon döşəkcə və 1 ədəd krem rəngli skaterlə bağlı hissədə təmin edilməlidir. Həmçinin, məhkəmə onu da qeyd zəruri hesab edir ki, mübahisəli cehiz əşyalarının dəyəri barədə iddiaçının bildirdikləri daha inandırıcıdır və cavabdeh tərəf həmin qiymətləri mübahisələndirməmiş, iddiaçı tərəf isə cehiz əşyalarının dəyəri ilə bağlı mütəxəssis rəyi təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəflərin qarşılıqlı münasibətinə müvafiq olaraq yaranmış mübahisəni həll edərkən, öz qənaətini işin həqiq hallarına uyğun hesab edərək nəticəyə gəlir ki, iddiaçıya məxsus olan və iddia ərizəsində göstərilən cehiz əşyalarından üstündə xırda sarı zərli gülləri olan xrustal konyak dəsti, orta boylu rumka dəsti, ağ rəngli, başı zərli hündür rumka dəsti, lepkalı stəkan dəstindən 6 ədədi, güllü servis nəlbəki dəstindən 6 ədədi, 1 cüt qapaqlı xrustal qənd qabı, 1 cüt böyük, 6 ədəd kiçik boşqabları olan güllü tort qabı, 1 ədəd tefal çaynik, 5 litrlik qırmızı rəngli Tefal qazan, 1 ədəd gümüş rəngli qazan dəsti. 2 ədəd orta ölçülü padnos, 1 ədəd 10 litrlik ağ rəngli, üzəri qırmızı xallı olan şirəli vedrə, 1 ədəd 5 litrlik kapron vedrə, 1 ədəd qara rəngli, üzərində sarı bəzəkləri olan böyük güldan, 5 ədəd güldan üçün böyük gül, 1 ədəd ağ qaşlı lampa, 1 ədəd qabı ilə birlikdə “Qurani Kərim”, 1 ədəd Samsung markalı paltaryuyan maşın, 1 ədəd Samsung markalı tozsoran, 2 ədəd əl-üz məhrəbası, 1 ədəd ağ rəngli can məhrəbası, 1 dəst qara rəngli, üstü güllü atlas pastel dəsti, 1 ədəd salatıvı rəngli iki nəfərlik silkon yorğan, 1 cüt qaz tükündən dördkünc balınc, 1 ədəd ikiüzlü, iki nəfərlik qırmızı rəngli adyal, 1 ədəd iki nəfərlik yun döşək, 1 ədəd iki nəfərlik yun yorğan, 6 ədəd slikon döşəkcə və 1 ədəd krem rəngli skater cavabdehdə qalmışdır. Məhkəmə işin müəyyən edilmiş hallarına və məhkəmə iclası zaman tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək qənaətə gəlir ki, mübahisəli cehiz əşyaları iddiaçıya valideynləri tərəfindən hədiyyə verilmiş, hədiyyə verənlər həmin əşyanın mülkiyyətçisi olmuş, həmin əşyalar hazırda cavabdehdə qalmışdır. Qeyd olunan hallar məhkəmə iclasında tam sübuta yetirildiyindən, iddiaçı mübahisəli daşınar əşyalar üzərində mülkiyyət hüququ əldə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur və iddianın düzgün həll olunması üçün hüquqi əsasdır. Belə ki, mübahisəli cehiz əşyaları həqiqi hüquq əsasında valideynləri tərəfindən iddiaçıya hədiyyə verilmişdir. Həmin əşyalar iddiaçının sahibliyində olmuş və iddiaçı həmin əşyalar üzərində mülkiyyət hüququ əldə etmişdir. Buna baxmayaraq, hazırda həmin əşyalar iddiaçının iradəsinə zidd olaraq cavabdehin sahibliyindədir. Cavabdehin həmin cehiz əşyaları üzərində heç bir hüququ olmamışdır. Bu səbəbdən də, cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı cehiz əşyaları ilə bağlı tələb hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 666.1–ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.3–cü maddəsinə əsaən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlanma etibarlı sayılır. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, 1 dəst dəyəri 140 manat olan üstündə xırda sarı zərli gülləri olan xrustal konyak dəsti, 1 dəst dəyəri 25 manat olan orta boylu rumka dəsti, 1 dəst dəyəri 40 manat olan ağ rəngli, başı zərli hündür rumka dəsti, 6 ədəd dəyəri 12 manat olan lepkalı stəkan, 6 ədəd dəyəri 13,50 manat olan güllü servis nəlbəki, 1 cüt dəyəri 50 manat olan qapaqlı xrustal qənd qabı, 1 cüt dəyəri 30 manat olan böyük, 6 ədəd kiçik boşqabları olan güllü tort qabı, 1 ədəd dəyəri 30 manat olan tefal çaynik, 1 ədəd dəyəri 60 manat olan 5 litrlik qırmızı rəngli Tefal qazan, 1 dəst dəyəri 150 manat olan, gümüş rəngli qazan dəsti, 2 ədəd dəyəri 12,50 manat olan orta ölçülü padnos, 1 ədəd dəyəri 25 manat olan 10 litrlik ağ rəngli, üzəri qırmızı xallı olan şirəli vedrə, 1 ədəd dəyəri 5 manat olan 5 litrlik kapron vedrə, 1 ədəd dəyəri 60 manat olan qara rəngli, üzərində sarı bəzəkləri olan böyük güldan, 5 ədəd dəyəri 30 manat olan güldan üçün böyük gül, 1 ədəd dəyəri 30 manat olan ağ qaşlı lampa, 1 ədəd dəyəri 30 manat olan qabı ilə birlikdə “Qurani Kərim”, 1 ədəd dəyəri 900 manat olan Samsung markalı paltaryuyan maşın, 1 ədəd dəyəri 250 manat olan Samsung markalı tozsoran, 2 cüt dəyəri 50 manat olan əl-üz məhrəbası, 1 ədəd dəyəri 25 manat olan ağ rəngli can məhrəbası, 1 dəst dəyəri120 manat olan qara rəngli, üstü güllü atlas pastel dəsti, 1 ədəd dəyəri 135 manat olan salatıvı rəngli iki nəfərlik silkon yorğan, 1 cüt dəyəri 90 manat olan qaz tükündən dördkünc balınc, 1 ədəd dəyəri 130 manat olan ikiüzlü, iki nəfərlik qırmızı rəngli adyal, 1 ədəd dəyəri 200 manat olan iki nəfərlik yun döşək, 1 ədəd dəyəri 100 manat olan iki nəfərlik yun yorğan, 6 ədəd dəyəri 40 manat olan slikon döşəkcə və 1 ədəd dəyəri 15 manat olan krem rəngli skater cavabdehdən natura şəklində, natura şəklində mövcud olmadıqda isə dəyəri alınıb iddiaçıya verilməlidir. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1–ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Hümbət qızından 1 dəst dəyəri 140 manat olan üstündə xırda sarı zərli gülləri olan xrustal konyak dəsti, 1 dəst dəyəri 25 manat olan orta boylu rumka dəsti, 1 dəst dəyəri 40 manat olan ağ rəngli, başı zərli hündür rumka dəsti, 6 ədəd dəyəri 12 manat olan lepkalı stəkan, 6 ədəd dəyəri 13,50 manat olan güllü servis nəlbəki, 1 cüt dəyəri 50 manat olan qapaqlı xrustal qənd qabı, 1 cüt dəyəri 30 manat olan böyük, 6 ədəd kiçik boşqabları olan güllü tort qabı, 1 ədəd dəyəri 30 manat olan tefal çaynik, 1 ədəd dəyəri 60 manat olan 5 litrlik qırmızı rəngli Tefal qazan, 1 dəst dəyəri 150 manat olan, gümüş rəngli qazan dəsti, 2 ədəd dəyəri 12,50 manat olan orta ölçülü padnos, 1 ədəd dəyəri 25 manat olan 10 litrlik ağ rəngli, üzəri qırmızı xallı olan şirəli vedrə, 1 ədəd dəyəri 5 manat olan 5 litrlik kapron vedrə, 1 ədəd dəyəri 60 manat olan qara rəngli, üzərində sarı bəzəkləri olan böyük güldan, 5 ədəd dəyəri 30 manat olan güldan üçün böyük gül, 1 ədəd dəyəri 30 manat olan ağ qaşlı lampa, 1 ədəd dəyəri 30 manat olan qabı ilə birlikdə “Qurani Kərim”, 1 ədəd dəyəri 900 manat olan Samsung markalı paltaryuyan maşın, 1 ədəd dəyəri 250 manat olan Samsung markalı tozsoran, 2 cüt dəyəri 50 manat olan əl-üz məhrəbası, 1 ədəd dəyəri 25 manat olan ağ rəngli can məhrəbası, 1 dəst dəyəri120 manat olan qara rəngli, üstü güllü atlas pastel dəsti, 1 ədəd dəyəri 135 manat olan salatıvı rəngli iki nəfərlik silkon yorğan, 1 cüt dəyəri 90 manat olan qaz tükündən dördkünc balınc, 1 ədəd dəyəri 130 manat olan ikiüzlü, iki nəfərlik qırmızı rəngli adyal, 1 ədəd dəyəri 200 manat olan iki nəfərlik yun döşək, 1 ədəd dəyəri 100 manat olan iki nəfərlik yun yorğan, 6 ədəd dəyəri 40 manat olan slikon döşəkcə və 1 ədəd dəyəri 15 manat olan krem rəngli skater natura halında, qətnamə icra olunan vaxt mövcud olmasa, həmin əşyaların dəyəri alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh Hümbət qızından 104 (bir yüz dörd) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-611/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-611/2023
10.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver