Məhkəmə qərarları › İş №2(076)-660/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-660/2025

03.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-660/2025 03.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızı sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Əmiraslanova (Məmmədova) Nuranə Rasim qızının Cavabdeh qarşı “alimentin sabit pul məbləğində artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Əmiraslanova (Məmmədova) Nuranə Rasim qızının Cavabdeh qarşı “alimentin sabit pul məbləğində artırılması” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə ailə həyatlarından olan və onun himayəsində yaşayan xx.xx.2010-cu il təvəllüdlü Kənan adlı uşaqların on səkkiz yaşına çatanadək maddi cəhətdən saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(076)- 1012/2019 saylı qətnaməsi əsasında təyin edilmiş ayda 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin artırılaraq ayda 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin və mediasiya görə ödədiyi 50 (əlli) manat məbləğində pulun cavadbehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Əmiraslanova (Məmmədova) Nuranə Rasim qızı iddia ərizənin məzmununa uyğun izahat verərək, uşaq böyüdüyündən xərcinin artmasını və yaşayış minimumunun artmasını əsas gətirərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə məhkəmə iş üzrə icraata xitam verir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçı Əmiraslanova (Məmmədova) Nuranə Rasim qızının Cavabdeh qarşı “alimentin sabit pul məbləğində artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 261, 263-264, 266-269cu maddələrinə əsasən, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Əmiraslanova (Məmmədova) Nuranə Rasim qızının Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar