Məhkəmə qərarları › İş №2(076)-728/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-728/2023

25.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-728/2023 25.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X10 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh birgə nikah dövründə əldə etdikləri mənzilin dəyərinin yarısı (13.500 manat), həmin mənzilə çəkilmiş təmir xərcinin (12.500 manat) və həmin mənzilə alınan mebellərin dəyərinin yarısı (7000 manat) yəni, cəmi 33.000 (otuz üç min) manatın alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 22 iyun 2020- ci il tarixli 2(076)-1420/2020 saylı qətnaməsi ilə X12 ilə onun arasında 23 aprel 2001-ci il tarixli Şəmkir Rayon Qeydiyyat Şöbəsində bağlanmış 6 nomrəli dövlət qeydiyyatına alınmış rəsmi nikah pozulmuşdur. Birgə nikahdan xx.xx.2001-ci il təvəllüdlü X14, xx.xx.2003-cü il təvəllüdlü X17, xx.xx.2009-cu il təvəllüdlü X15 adlı övladları onun yanında qalmaları təmin edilmişdir. Hal-hazırda övladları ilə birgə mehriban və firavan həyat yaşayırlar. Cavabdehlə birgə nikah dövründə "xxxx" MTK-dan Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsi, "Qurtuluş- 93 Yaşayış Kompleksində yerləşən 39 saylı binanın 29-cu mənzilini 27.000 (iyirmi yeddi min) manata almışdır. Həmin mənzilin müqaviləsini keçmiş həyat yoldaşı Cavabdeh adına rəsmilləşdirmişlər. Mənzilin tam dəyərini o ödəmişdir. Bundan əlavə həmin sözügedən mənzilin təmirinin xərcini özü çəkmişdir. Təmir xərclərinə cəmi 25.000 (iyirmi beş min) manat, mebellərin alınması üçün isə 14.000 (on dörd min) manat, yəni toplamda 66.000 (altmış altı min) manat pul xərcləmişdir. Bunları məhkəmədə sübut edə bilər. Qeyd etmək istəyir ki, o ailəsinin maddi ehtiyaclarını ödəmək məqsədi ilə uzun illər Rusiya Federasiyasında işləmiş və orada yaşamışdır. Təxminən 2020-ci ilin sonlarında internet vasitəsi ilə mənzilin satışda olmasını görmüşdür. O bununla bağlı cavabdehlə əlaqə saxlasada o mənzilin satılmasını inkar etmişdir. Covid-19 pandemiyası ilə əlaqədar məlum səbəbdən o Azərbaycana gələ bilməmişdir. 2021-ci ilin mart-aprel aylarında o Azərbaycana gəlmişdir. Ona məlum olmuşdur ki, cavabdeh həmin mənzilin müqaviləsini onun razılığı olmadan əvvələrdə tanımadığı şəxs X8 adına 54000 (ǝlli dörd min) manat qarşılığında rəsmiləşdirib. Bununla bağlı "xxxx" MTK-ya ünvanladığı sorğuya cavab olaraq bildirilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, "xxxx" Yaşayış Kompleksində yerləşən 39 saylı binanın 29 saylı mənzili xx.xx.2017-ci il tarixdə Cavabdeh adına 39/29 nömrəli müqavilə ilə verilmiş, mənzilin ümümi dəyəri tamamilə ödənilmiş, xx.xx.2020-ci il tarixdə həmin mənzil Cavabdeh razılığı ilə 39/29 nömrəli müqavilə əsasında X8 adına rəsmiləşdirilmişdir. Onda ona tam məlum olmuşdur ki, mənzili cavabdeh tərəfindən onun razılığı olmadan satılıb. O bunlarla bağlı cavabdehlə bir də əlaqə saxlayanda o mənzilin onun tərəfindən satılmasını inkar edə bilməmişdir. Bundan sonra o mənzili alan Səfərov İqballa əlaqə saxlamışdır. O ona bildirmişdir ki, mənzili Cavabdeh 54.000 (alli dörd min) manat qarşılığında almışdır. Mənzilin alqı-satqı zamanı Məlahət öz yanında gələn Ağa adlı adamı həyat yoldaşı kimi qələmə vermişdir. O da bubunla heç maraqlanmayıb. Bütün olanlarla bağlı Səfərov İqbal və həmin evin alqısatqısında iştirak edən makler şahid qismində məhkəmədə ifadə verməklərinə razıdırlar. Qeyd etmək istəyir ki, ailəsinin Şəmkirdə yaşamaqlarına baxmayaraq, övladlarının gələcəkdə evsiz qalmamaqlarını nəzərə alıb, Abşeron rayonunda yerləşən sözü gedən mənzili alıb keçmiş həyat yoldaşının adına rəsmiləşdirmişlər. Məqsədi övladlarının hətta tələbə olduqları zaman belə Bakıya yaxın ərazidə kirayədə deyil əksinə öz mənzillərində yaşamasıdır. Lakin Cavabdeh onunla birgə nikah dövründə əldə etdikləri mənzili onun razılığı olmadan satması nəticəsində onun himayəsində qalan övladları öz valideynlərinin mirasından məhrum olmuşlar. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, ona bununla zərər dəymişdir və haqlı olaraq, vurulmuş zərəri tələb edir. Vurulmuş ziyanın ödənilməsi ilə bağlı mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh sessiyada iştirak etmədiyindən ilkin mediasiya sessiasında iştirak edilməsi barədə arayış təqdim olunmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, o, Cavabdeh ilə 2001-ci ildə evlənmişlər, 2020-ci ilin iyununda isə ayrılmışlar. O, evi 2017-ci ildə Abşeron rayonu, Masazır qəsəbəsi “Qurtuluş-93” yaşayış Kompleksində yerləşən 39 saylı binanın, 1-ci blok, 6-cı mərtəbədə 2 otaqlı 29 saylı mənzili 27000 manata təmirsiz və əşyasız vəziyyətdə satın almış, evdə yalnız mansar olmuşdur. Evi aldıqdan sonra tam təmir etdirmiş və 16000 manat xərc çəkmişdir. Ev 2020-ci ilin sentyabr ayının 1 də onun xəbəri olmadan cavabdeh tərəfindən X3. Evi cavabdeh 53000 manata satıb və 4000 manat isə evdə olan əşyaların bir qismi müqabilində evi satın alan X5 pul alıb. Cavabdeh evi əşyaları ilə birlikdə cəmi 57000 manata satmış, onun evin satılmasından xəbəri olmamışdır. Cavabdeh evi satarkən paltaryuyan maşını, televizor və soyuducunu özünə götürübdür. O evdə olan əşyalara 11- 12 min manat pul xərcləmiş, belə ki, evin girişində olan qardirop və şkafa 1400 manat, kondisionerə 1800 manat ödəmiş, paltaryuyan, televizor və soyuducuya cəmi 2000 manat, mətbəx mebeli üçün 1600 manat pul vermiş, divan, televizor altı, stol-stul, 1 ədəd yataq taxtı tumuçkası ilə birlikdə, 3 ədəd taxta kravat və 2 ədəd uşaqlara kitab rəfinə cəmi 5000 manata yaxın pul vermişdir. Hazırda həmin əşyalara görə 2050 manat kredit borcu var və həmin əşyaların dəyərini hələ tam ödəyə bilməmişdir. Krediti embafinansdan anasının adına götürülüb. Həmçinin onun hələ də evin təmirində istifadə olunan qranitə görə 835 manat borcu vardır. 1400 manat evin kommunal borcu olmasını və cavabdeh tərəfindən ödənilməsini qəbul edir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh izahatında göstərdi ki, o, İddiaçı ilə 2001ci ildə evlənmişlər. 2020-ci ilin iyununda isə ayrılmışlar. Onlar, evi birgə nikah dövründə birgə vəsaitləri hesabına 2017-ci ildə Abşeron rayonu, Masazır qəsəbəsi “Qurtuluş-93” yaşayış Kompleksində yerləşən 39 saylı binanın, 1-ci blok, 6-cı mərtəbədə 2 otaqlı 29 saylı mənzili 27000 manata satın almışlar və ev alınarkən qupçası və təmiri olmamışdır. İddiaçı tərəfindən qeyd olunan əşyalar həqiqətən mövcud olub, lakin o da öz qızıl-zinət əşyalarını satıb evin alınmasına və əşyaların alınmasına pul verib. Mebellərin krediti iddiaçının anasının adına götürülüb. Onun tam yadında deyil əşyalara nə qədər pul verilməsi, lakin təxminən evdə olan əşyalara 11-12 min manat pul xərclənmiş, evin girişində olan qardirop və şkafa 1400 manat, kondisionerə 1800 manat ödənilmiş, paltaryuyan, televizor və soyuducuya cəmi 2000 manat, mətbəx mebeli üçün 1600 manat, divan, televizor altı, stol-stul, 1 ədəd yataq taxtı tumbuçkası ilə birlikdə, 3 ədəd taxta çarpayı və 2 ədəd uşaqlara kitab rəfinə cəmi 5000 manata yaxın pul verilmişdir. O evi içindəki əşyalarla birlikdə 53000 manata X4, həmin vaxt evin komunala borcu yığıldığına görə 1400 manat ödəmişdir. Onun tərəfindən ev satılarkən iddiaçının xəbəri olmamışdır. O evdəki əşyalara görə əlavə pul almamışdır, alıcı divarda olan tablonu saxlamasını xahiş etmiş, o da etiraz etməmiş evdə saxlamışdır. Ev satışa çıxanda əşyası ilə birlikdə satılması elanda göstərilmişdir. O evi satarkən pərdələri, qab qacağı, kilimləri, paltar yuyan, soyuducu və televizoru götürmüşdür və həmin əşyalar hazırda ondadır. Kondisener və digər mebel əşyaları evdə qalmış, götürməmişdir. Embafinansdan mebelləri və digər əşyaları almaq üçün iddiaçının anasının adına kredit götürülmüşdür, həmin məbləğ təxminən 3000 manatdan çox olmuşdur, həmin əşyalar hazırda evdədir və evlə birgə satılıb. Həmin əşyaları onlar embavuddan almışlar və ən ucuzlarını seçib almışlar. Hazırda iddiaçının həmin evə alınmış əşyalara görə 2050 manat kredit borcunun tam ödənilməməsini, evin təmirində istifadə olunan qranitə görə 835 manat borcun qalması ona məlumdur. Məhkəmə iclasının yeri və vaxtı barədə şəxsən məlumat verilməsinə baxmayaraq Cavabdeh sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbdən baş verməsi və məhkəmə iclasının təxirə salınması barədə məhkəməyə məlumat verəməmişdir. Məhkəmə onun iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan telefoqramdan görünür ki, Şəmkir Rayon Məhkəməsinin məhkəmə iclasının katibi X13 həmin məhkəmənin icraatında olan İddiaçı Cavabdeh qarşı“pul” tələbinə dair 2(076)-728/2023 nömrəli işlə bağlı 16 may 2023-cü il tarixdə özünə məxsus (051)-717-57-57 nömrəli mobil telefonla şahid X9 məxsus (050)-865-73-73 nömrəli mobil telefonla əlaqə saxlayıb məhkəmə iclasında iştirakının zəruriliyini bildirmiş və iddia ərizəsinə baxılmasına dair məhkəmə iclasında iştirakının zəruri olması barədə lazımi qaydada xəbərdar edilmişdir. X11 cavabında xəstə olduğunu, mədəsi ilə bağlı yeni əməliyyat olunduğu üçün məhkəmə iclasına gələ bilmədiyini, evi 53000 manata Cavabdeh satın aldığını evin əşyalarına görə isə əlavə 4000 manat pul ödədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Payçılıq vəziyyəti barədə "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" MTK arasında xx.xx.2017-ci il tarixində müqavilə imzalanmış və həmin tarixdən payçı MTK-ya üzv olmuşdur. Payçı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "xxxx" MTK-ya məxsus yaşayış kompleksdə 39 saylı binada, 1-ci blokda 6-cı mərtəbədə 2 otaqlı sahəsi 66.1 kv.m olan 29 saylı mənzili almışdır. İşdə olan xx.xx.2017-ci il tarixli, 039/0029 saylı tikinti haqqında fərdi müqavilədən görünür ki, Cavabdeh sifarişi ilə "xxxx" MTK Abşeron rayonu, Masazır qəsəbəsi, 39 saylı binada, 1-ci blokda 6-cı mərtəbədə 2 otaqlı 29 saylı mənzilin tikintisini öz öhdəsinə götürür. İşdə olan Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh nikahı Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 137 saylı akt qeydinə əsasən pozulmuşdur. İşdə olan Cavabdeh notarial qaydada verilmiş ərizəsinin surətindən görünür ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, 39 saylı binada, 1-ci blokda 6-cı mərtəbədə 2 otaqlı ümumi sahəsi 66.1 kv.m olan 29 saylı mənzildən və payından imtina etmişdir. İş materiallarına əlavə edilmiş Payçılıq vəziyyəti barədə "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, X11 ilə "xxxx" MTK arasında xx.xx.2020-ci il tarixində müqavilə imzalanmış və həmin tarixdən payçı MTK-ya üzv olmuşdur. Payçı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "xxxx" MTK-ya məxsus yaşayış kompleksdə 39 saylı binada, 1-ci blokda 6-cı mərtəbədə 2 otaqlı sahəsi 66.1 kv.m olan 29 saylı mənzili almışdır. İşdə olan xx.xx.2020-ci il tarixli, 039/0029 saylı tikinti haqqında fərdi müqavilədən görünür ki, X1 ilə "xxxx" MTK Abşeron rayonu, Masazır qəsəbəsi, 39 saylı binada, 1-ci blokda 6-cı mərtəbədə 2 otaqlı 29 saylı mənzilin tikintisini öz öhdəsinə götürür. İşəd olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1358/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh, "xxxx" MTK-ya və X9 qarşı müqavilənin etibarsız hesab olunması, mənzildən çıxarılma və əmlakın bölünməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan “GL” Şəmkir filialı tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə 3925 ABŞ dolları məbləğində lombard krediti götürmüşdür və filiala heç bir borcu qalmamışdır. İşdə olan arayışdan görünür ki, Əliyeva X6 ASC-dən kredit götürmüş və xx.xx.2019cu il tarixdən xx.xx.2020-ci il tarixədək ödəməsini öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2019-cu il tarixli qaimədən görünür ki, alınan mallara görə 1090.11 manat ödənilmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli qaimədən görünür ki, alınan mallara görə 1762.81 manat ödənilmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli qaimədən görünür ki, alınan mallara görə 1384.80 manat ödənilmişdir. İşdə olan arayışdan görünür ki, Əliyeva X7 BOKT QSC-dən kredit götürmüş və xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək ödəməsini öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2018-ci il tarixli qaimədən görünür ki, alınan mallara görə 1000.30 manat ödənilmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli qaimədən görünür ki, alınan mallara görə 1875.30 manat ödənilmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli qaimədən görünür ki, alınan mallara görə 380 manat ödənilmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli qaimədən görünür ki, alınan mallara görə 2149.50 manat ödənilmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli qaimədən görünür ki, alınan mallara görə 1899.59 manat ödənilmişdir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, İddiaçı ilə Cavabdeh 2001-ci ildə evlənmişlər, onlar birgə nikah dövründə 2017-ci ildə 27000 manata Abşeron rayonu, Masazır qəsəbəsi “Qurtuluş-93” yaşayış Kompleksində yerləşən 39 saylı binanın, 1-ci blok, 6-cı mərtəbədə 2 otaqlı 29 saylı mənzili satın almışlar, ev alınarkən qupçası, əşyası və təmiri olmamışdır. Mənzil ər-arvad tərəfindən birgə vəsaitləri hesabına tam təmir etdirilmiş, evin girişində olan qardirop və şkafa 1400 manat, kondisionerə 1800 manat; paltaryuyan, televizor və soyuducuya cəmi 2000 manat, mətbəx mebeli üçün 1600 manat, divan, televizor altı, stol-stul, 1 ədəd yataq taxtı tumuçkası ilə birlikdə, 3 ədəd taxta kravat və 2 ədəd uşaqlara kitab rəfinə cəmi 5000 manata yaxın pul verilmişdir. Hazırda həmin ev üçün alınmış əşyalara görə 2050 manat kredit borcu, evin təmirində istifadə olunan qranitə görə 835 manat borc vardır. İddaçı İddiaçı xəbəri olmadan, Cavabdeh 2020-ci ilin sentyabr ayında həmin mənzili 53000 manata, həmin mənzildə olan mebel əşyaları və kondisionerə görə əlavə 4000 manat olmaqla cəmi 57000 manat alaraq X4, həmin mənzildə birgə nikah dövründə əldə olunmuş pərdələr, qab qacağı, kilimləri, paltar yuyan, soyuducu və televizoru cavabdeh özü ilə götürmüş, əldə etdiyi puldan 1400 manat evin kommunal borcuna görə ödəniş etmişdir. Tərəflər 2020-ci ilin iyununda faktiki ayrılmış, nikahları məhkəmə qaydasında pozulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların ümumi birgə mülkiyyəti olduğu təsbit edilmişdir. Ər-arvadın birgə mülkiyyəti-payı məlum olmayan mülkiyyət olduğundan ər-arvadın birgə mülkiyyətdəki payı həmin əmlakın bölünməsi yolu ilə müəyyən olunur və nəticədə ümumibirgə mülkiyyət münasibətlərinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Həmin Məcəllənin 37.1-ci maddəsində deyilir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə tərəflərin birgə nikah dövründə əldə edilmiş vəsait hesabına mənzilin və ev əşyalarının alınmasını, borcun yaranmasını nəzərə alaraq hesab edir ki, paltaryuyan, televizor və soyuducuya cəmi 2000 manat pulun verilməsi və hazırda cavabdehdə olması, mənzilin 53000 manata, həmin mənzildə olan mebel əşyaları və kondisionerə görə əlavə 4000 manat olmaqla cəmi 57000 manata X2, alınmış əşyalara görə 2050 manat kredit borcunun, evin təmirində istifadə olunan qranitə görə 835 manat borcun olması, cavabdeh tərəfindən 1400 manat evin kommunala görə borcun ödənilməsi nəzərə alınmalı, qeyd edilən məbləğlərin ½ hissəsi üzərində ər-arvadın paylarının olması müəyyən edilməlidir. Həmçinin müəyyən olunmuş işin faktiki halları ilə bağlı məhkəmə qeyd edir ki, iş üzrə cavabdeh birgə nikah dövründə əldə olunmuş mənzili və həmin mənzildə olan əşyaların bir qismini sataraq, əşyaların bir qismini bütünlüklə özü ilə götürməklə birgə nikah dövründə öz payına düşən hissədən artıq, yəni iddiaçının payını ələ keçirməklə əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1091-ci maddəsinə görə, öhdəliyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Həmin Məcəllənin 1092.2.-ci maddəsinin əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlakların dəyəri və xərclərini təşkil edən 61285 manatın ½ hissəsi 30642.5 manat cavabdehdən alınaraq iddiaçıya verilməli, digər hissədə iddia təmin edilməməlidir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı birgə nkah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbi ilə ilkin mediasiya təşkilatına müraciət etmiş, iddiaçı mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci iddiaçı ödəmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddia ərzəsinin verilməsi üçün 139 manat dövlət rüsumu və 50 manat mediasiya xərci olmaqla cəmi 189 manat dövlət rüsumunun iddiaçı tərəfindən ödənilməsi və iddia tələbinin təmin edilən hissəsi nəzərə alınmalı, bu səbəbdən dövlət rüsumunun 181.93 manat hissəsi cavabdehə aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməli, 7,7 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 30642.5 (otuz min altı yüz qırx iki manat əlli) manat pul və 181.93 (bir yüz səksən bir manat doxsan üç əpik) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar