Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-847/2024 16.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı X2 nümayəndələri (vəkilləri) X8 və Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşağın atanın himayəsində olmasının müəyyən edilməsi və alimentin sabit pul məbləğində tutulması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan dünyaya gəlmiş 21 oktyabr 2010-cu il təvəllüdlü X4 onun himayəsində saxlanılması və 21 oktyabr 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2009-cu ildə faktiki ailə həyatı quraraq el adəti ilə toy etmişlər, evlilikləri 05 aprel 2013-cü il tarixdə rəsmiləşdirmişdir. Birgə nikahdan 21 oktyabr 2010-cu il təvəllüdlü X12 və 18 sentyabr 2015-ci il təvəllüdlü X14 dünyaya gəlmişdir. O Rusiya Federasiyasında biznes qurduğu üçün iş ilə əlaqədar tez-tez Rusiya Federasiyasına gedib gəlmiş və övladı 21 oktyabr 2010-cu il təvəllüdlü X12 ona çox bağlı olduğu üçün daim onun yanında o da olmuşdur. O, Rusiyada olan zaman cavabdehin ona başqa bir kişi ilə xəyanət etdiyini eşitmiş, hətta bu barədə polis orqanlarında araşdırma aparılarkən cavabdeh özü də başqa bir kişi ilə cinsi əlaqədə olduğunu etiraf etmiş və bütün bunlar cavabdehlə aralarında gedən məhkəmə çəkişmələrinin qətnamələrində öz əksini tapmışdır. Beləliklə, cavabdehlə arasında olan rəsmi nikah Şəmkir Rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdehlǝ nikah pozulduqdan sonra da 21 oktyabr 2010-cu il təvəllüdlü X12 onun himayəsində qalmışdır. Daha sonra o, uşaq tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Şəmkir Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli qətnaməsi ilə hər iki övladı onun himayəsinə verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 04 iyul 2019-cu il tarixli qətnaməsi ilə Şəmkir Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Sonradan Ali Məhkəmənin 29 yanvar 2020-ci il tarixli Qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 04 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə 21 oktyabr 2010-cu il təvəllüdlü X12 və 18 sentyabr 2015-ci il təvəllüdlü X14 cavabdehin himayəsinə verilmişdir. Lakin, 21 oktyabr 2010-cu il təvəllüdlü X12 anasının yanına getmək istəməmiş onun himayəsində yaşamağı seçmişdir. 21 oktyabr 2010-cu il təvəllüdlü X12 artıq 12 ildir ki, onun himayəsində yaşayır və onun çox bağlıdır. X12 öz fikrini ifadə etmək üçün qanunvericilkdə nəzərdə tutulmuş yaş həddinə də çatmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 21 oktyabr 2010-cu il təvəllüdlü X4 11 iyun 2018-ci il tarixdən iddiaçının himayəsində olmasının müəyyən edilməsinə və 21 oktyabr 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndələri (vəkilləri) iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru bildirmişdir ki, 2(104)-1913/2020 saylı qətnamə ilə bağlı icra işi icraatına keçdikdən sonra İddiaçı və X5 Rusiya Federasiyasında olduqları üçün axtarış qərarı qəbul edilərək polisə göndərilmişdir. Borclu və uşaq yeri müəyyən edilmədiyi üçün icrası mümkün olmamışdır. Aliment hissəsində ödənişlər edilmədiyi üçün müraciətlər etmişlər, lakin son zamanlar aliment ödənişi ilə bağlı müraciət edilmir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında AZ-İİİ 035216 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 21 oktyabr 2010-cu ildə doğulmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında İsmayılova (Hüseynova) Esmira Elman qızı qeyd edilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-192/2018 saylı 11 iyun 2018-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X10 arasında Şəmkir rayonu Qeydiyyat Şöbəsində bağlanmış xx.xx.2013-cü il tarixli, 124 saylı nikah qeydi pozulması qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1913/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə xx.xx.2010-cu il tarixdə anadan olmuş X4 ilk iddia üzrə cavabdeh-atası İddiaçı alınaraq ilk iddiaçı –anası X6 himayəsinə verilməsi, xx.xx.2010-cu il tarixdə anadan olmuş X4 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin (cəmi 300 manat) ilk iddia üzrə cavabdeh İddiaçı alınaraq X7 verilməsi, xx.xx.2015-ci il tarixdə anadan olmuş X9 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin tutulmasının əvvəlinin 06 noyabr 2018-ci il tarixdən, xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 üçün alimentin tutulmasının əvvəlinin X4 atası İddiaçı alınıb anası X7 verildiyi tarixdən hesablanması qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 243 nömrəli Rusiya Federasiyası Təhsil Komitəsi Podolsk Şəhər Rayon İdarəsi Ümumi Təhsil Müəssisəsi “Orta Ümumtəhsil Məktəbi №27”-nın arayışından görünür ki, 2010-cu il təvəllüdlü X13 “Orta Ümumtəhsil Məktəbi № 27” Moskva vilayətinin Podolsk şəhəri 6 sinifdə təhsil almış, 27 iyul 2024-cü il tarixli BÜTM OÜM №27, 52 nömrəli əmrlə “2-8-ci və 10-cu siniflərin keçirilməsi haqqında, məktəbin pedoqoji şurasının əsasında 07 iyun 2024-cü il tarixli 7 nömrəli protokol X12 7Q sinfinə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 5-76/2-9-28-190/2024 saylı Şəmkir Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının məktubundan görünür ki, İddiaçı Şəmkir rayonu, Kür qəsəbəsində qeydiyyatda olmasına baxmayaraq, uzun müddət qızı xx.xx.2010-cu il tarixdə anadan olmuş X12 ilə birlikdə Rusiya Federasiyasında yaşadıqları müəyyən edilmişdir. İş materiallarında olan Şəmkir RİHB-nin Kür qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 365 saylı arayışdan görünür ki, İddiaçı Şəmkir rayonu, Kür qəsəbəsində qeydiyyatda olmasına baxmayaraq, uzun müddət qızı xx.xx.2010-cu il tarixdə anadan olmuş X12 ilə birlikdə Rusiya Federasiyasında yaşayır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MŞB/6-6484 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə saat 12:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etməmişdir. X11 mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində pulu tam ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 21 oktyabr 2010-cu ildə X12 və 18 sentyabr 2015-ci ildə X14 adlı uşaqları doğulmuşdur. Tərəflər arasında olan nikah 11 iyun 2018-ci ildə pozulmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1913/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə xx.xx.2010-cu il tarixdə anadan olmuş X4 ilk iddia üzrə cavabdeh-atası İddiaçı alınaraq ilk iddiaçı –anası X6 himayəsinə verilməsi qət edilmiş, xx.xx.2010-cu il tarixdə anadan olmuş X4 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin (cəmi 300 manat) ilk iddia üzrə cavabdeh İddiaçı alınaraq X7 verilməsi, xx.xx.2015-ci il tarixdə anadan olmuş X9 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin tutulmasının əvvəlinin 06 noyabr 2018-ci il tarixdən, xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 üçün alimentin tutulmasının əvvəlinin X4 atası İddiaçı alınıb anası X7 verildiyi tarixdən hesablanması qət edilmişdir. Lakin, xx.xx.2010-cu il təvəllüdlü X12 adlı uşaq tərəflər arasında nikah pozulduğu vaxtdan hazırki vaxta kimi Rusiya Federasiyasında atası İddiaçı yanında yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin 34-cü maddədə göstərilmişdir ki, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi də belə məsələlərin həllində uşaqların mənafelərinin üstün tutulmalı olmasından bəhs edib. Həmçinin həmin qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Uşaq Hüquqları Haqqında BMT Konvensiyasının 9-cu maddəsində göstərilmişdir ki, «İştirakçı dövlətlər təmin edirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın, bir şərtlə ki, məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanlar tətbiq edilən qanuna və qaydalara müvafiq surətdə müəyyən etsinlər ki, bu ayrılıq uşağın ən yaxşı mənafeləri naminə labüddür. Belə ayrılıq o halda labüd ola bilər ki, valideynlər biribirindən ayrı yaşasınlar və uşağın yaşayış yeri barədə qərar qəbul etmək lazım gəlsin». İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyi də valideynləri ayrı yaşayan uşaqların yaşayış yerinin müəyyən olunması ilə bağlı məsələlərin həlli zamanı uşaqların mənafelərinə üstünlük verilməli olması ideyasına əsaslanır. Avropa Məhkəməsinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının göstərilən məsələlərdən bəhs edən 8-ci maddəsilə və həmin konvensiyanın 7 saylı prtokolunun 5-ci maddəsilə bağlı formalaşmış hüquqi mövqeyinə diqqət etdikdə görərik ki, Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir və tələb olunur ki, belə məsələlərə baxılan zaman ictimai maraqla fərdi maraq arasında tarazlıq yaradılsın. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə, xx.xx.2010-cu il təvəllüdlü X12 adlı uşağın 2018-ci ildən ayından halhazıradək Rusiya Federasiyasında atasının yanında yaşamaqla, orta məktəbdə təhsil almasını, atasının həyat şəraitinin qənaətbəxş olmasını, həmçinin Fidan adlı uşağın hüquq və mənafeyini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X12 adlı uşağın faktiki vəziyyətə uyğun olaraq iddiaçının (atasının) himayəsində olması müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin alimentlə bağlı hissəsini araşdıraraq, qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Məhkəmə iclasında İddiaçı Cavabdeh az təminatlı olmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təqsdiq olunmur və iddiaçı tərəfindən məhkəməyə cavabdehin aylıq qazancı, əmək haqqı və ya digər gəlirləri barədə hər hansı sənəd təqdim edilməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, cavabdeh X3 iddiaçının yanında olan Fidan adlı uşağın saxlanması üçün aliment tutulması cavabdehin yanhında olan uşağın yaşayış səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər ki, bu da ilk növbədə həmin uşağın mənafeyinə ziddir. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, iddia tələbi alimentin sabit pul məbləğində tutulması hissəsində əsassız olduğundan təmin edilməməlidir. Azərb aycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 21 oktyabr 2010-cu il təvəllüdlü X4 iddiaçının himayəsində olması müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-847/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-847/2024
16.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver