Məhkəmə qərarları › İş №2(076)-959/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-959/2025

17.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-959/2025 17.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızı sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı X1, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “alimentin sabit pul məbləğində” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X3 Cavabdeh qarşı “alimentin sabit pul məbləğində” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından olmuş və onun himayəsində olan xx.xx.2016-cı il təvəllüdlü Yusif adlı və xx.xx.2017-ci il təvəllüdlü Eldar adlı uşaqlarının on səkkiz yaşına çatanadək maddi cəhətdən saxlanmaları üçün hər bir uşağa görə, hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin, uşağın müalicəsi üçün hər aya görə 200 manat və İlkin Mediasiya sessiyasına görə ödədiyi 50 (əlli) manat məbləğdə pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X3 iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək ifadəsində bildirdi ki, alimentlə əlaqədar Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi olduğundan mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 08 aprel 2019-cu il tarixli, 2(076)-1625/2019 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iş üzrə icraata xitam verir. Hazırkı mübahisə üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı mövcuddur. Hazırkı mülki işin tərəfləri, irəli sürülmüş iddianın predmeti və əsası Şəmkir Rayon Məhkəməsinin 08 aprel 2019-cu il tarixli, 2(076)- 1625/2019 saylı saylı məhkəmənin əmrindən ilə həll edilmiş mübahisənin tərəfləri, iddianın predmeti və əsası ilə eynidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 261, 263-264, 266-269-cu maddələrinə əsasən, məhkəmə q ə r a r a a l d ı: İddiaçı X1 Cavabdeh qarşı “alimentin sabit pul məbləğində” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar