Məhkəmə qərarları › İş №2(077)-105/2021

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-105/2021

22.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-105/2021 22.04.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X8 iclas katibliyi ilə, İddiaçı X14 və X7 vəkili Vəkil iştirakı ilə, İddiaçı X19 və X16 Cavabdeh qarşı «aliment tələbi»nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X19 və X16 Cavabdeh qarşı «aliment tələbi» ilə məhkəməyə müraciət edərək,31.08.2011-ci il təvəllüdlü X2 üçün hər ay tutulmalı olan 136,60 manat məbləğində alimentin 18.01.2018-ci il tarixdən bu günədək ödənilməmiş hissəsinin hesablanaraq Cavabdeh tutulması və 31.08.2011-ci il təvəllüdlü X2 üçün hər ay 175 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçının vəkili iddia tələbini onunla əsaslandırmışdır ki,iddiaçılar X14 və X7 mərhum qızı 08.08.1986-cı il təvəllüdlü X18 2009-cu ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşlar.Onların birgə nikahlarından 31.08.2011-ci il təvəllüdlü X6 doğulmuşdur.Şuşa rayon məhkəməsinin 07.10.2013-cü il tarixli qətnaməsi ilə X18 ilə Cavabdeh arasında nikah pozulmuş və 31.08.2011-ci il təvəllüdlü X6 anasının himayəsində saxlanılması qət edilmişdir.Sumaqayıt Apelyasiya Məhkəməsinin 10.07.20217-ci il tarixli 2(105)-2396/17 saylı qətnaməsi ilə 11.09.2017-ci il tarixdən hesablanmaqla Cavabdeh 31.08.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşınadək saxlanması üçün hər ay 136,60 manat məbləğində alimentin tutularaq X15 ödənilməsi qət edilmişdir. İddiaçılar X7 və X14 qızıları X18 18.01.2018-ci il tarixdə agır xəstəlikdən ölmüşdür.X4 ölümündən sonra 31.08.2011-ci il təvəllüdlü X6 onların himayəsində qalmışdır.Şuşa rayon İcra Hakimiyyəti Başçısının 15.02.2019-cu il tarixli 16 saylı Sərəncamına əsasən iddiaçılar X16 və X19 nəvəsi 31.08.2011-ci il təvəllüdlü X5 üzərində qəyum təyin edilmişlər.Cavabdeh X9 öldüyü günə kimi yəni 18.01.2018-ci il tarixədək qızı 31.08.2011-ci il təvəllüdlü Allahverdiyeva Nilufənin saxlanılması üçün hər ay 136,60 manat aliment ödəmişdir. X18 öldükdən sonra Cavabdeh bu günə kimi qızı Allahverdiyeva Nilufənin saxlanılması üçün aliment ödəməmişdir.Ona görə də, Sumaqayıt Apelyasiya Məhkəməsinin 10.07.20217-ci il tarixli 2(105)-2396/17 saylı qətnaməsi ilə 31.08.2011-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay tutulmalı olan 136,60 manat məbləğində alimentin 18.01.2018ci il tarixdən bu günədək ödənilməmiş hissəsi Cavabdeh alınıb iddiaçılara verilməsi,iddiaçıların qəyumluğu altında olan 31.08.2011-ci il təvəllüdlü X2 üçün Cavabdeh hər ay sabit pul məbləğində 175 manat alimentin tutulub onlara verilməsini xahş etmişdir.Bütün bunlara əsasən iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə, həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçıların vəkilinin rəyini nəzərə alaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının vəkilinin izahatını dinləyərək hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən qismən təmin olunmalıdır. İş materiallarında olan : -Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünləri işləri üzrə Dövlət Komitəsi Ağcabədi rayon 1 saylı Mənzil Kommunal İstismar sahəsinin 25.01.2021ci il tarixli 12,13,14 və 15 saylı arayışlarından görünür ki,X19,Fərhadova Reyhan Yusif qızı, Allahverdiyev Elgün Ələsgər oğlu və Allahverdiyeva X20 şəhərindən məcburi köçkün kimi Ağcabədi rayonu, Ü.Hacıbəyli prospektində yerləşən 556 ailəlik yaşayış massivi bina 6 mənzil 48 ünvanında məskunlaşmışlar. -Şuşa rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08 may 2013-cü il tarixli AZ - İİİ № 031540 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X25 qızının birgə nikahlarından 31 may 2011-ci il tarixdə X6 doğulmuşdur. Azərbaycan Respublikası Şuşa rayon İcra Hakimiyyəti Başçısının 15.02.2019cu il tarixli 16 saylı Sərəncamından çıxarışdan görünür ki, iddiaçılar X16 və X19 nəvəsi 31.08.2011-ci il təvəllüdlü X5 üzərində qəyum təyin edilmişlər. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır.Onlar uşağı sağlam böyütməli,ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli,müstəqil həyata hazırlamalıdırlar.Uşağın qabiliyyətinin inkişaf etdirilməsi,onun maddi və mənəvi tələbatlarının təmin edilməsi,hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının 2021-ci il üçün yaşayış minimumu haqqında Qanunda uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edildiyindən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq iddiaçılar X11 və X17 ödənilməlidir müəyyən edilməli və aliment məhkəmə qətnaməsi qanuni qüvvəsini aldığı vaxtdan tutulmalıdır. Məhkəmə eyni zamanda iddia tələbinin Sumaqayıt Apelyasiya Məhkəməsinin 10.07.20217-ci il tarixli 2(105)-2396/17 saylı qətnaməsi ilə 11.09.2017-ci il tarixdən hesablanmaqla Cavabdeh 31.08.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşınadək saxlanması üçün hər ay 136,60 manat məbləğində alimentin 18.01.2018-ci il tarixdən bugünə kimi ödənilməmiş hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi bü hissədə təmin olunmamalıdır.Belə ki, Sumaqayıt Apelyasiya Məhkəməsinin 10.07.20217-ci il tarixli 2(105)-2396/17 saylı qətnaməsi qanuni qüvvəsini almış və qətnamə icra mərhələsindədir. Azərbaycan Respublikası МPМ-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz,hərtərfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilmiş hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlara əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası МPМ-nin 77,88,172- 179,182,183,192,209-214,216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 31.08.2011-ci il təvəllüdlü X2 üçün yetkinlik yaşına çatanadək bu qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq hər ay 175 (bir yüz yetmiş beş) sabit pul məbləğində aliment tutularaq iddiaçılar X17 və X11 ödənilsin. İddia tələbi digər hissədə təmin olunmasın. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim imza Səfiyeva Cəmilə Əsli ilə düzdür Hakim Səfiyeva Cəmilə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar