Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 2(077)-120/2023 17.02.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ Mən, Şuşa Rayon Məhkəməsinin hakimi X1, Kreditor Borclu qarşı “pul” tələbi” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Kreditor Borclu qarşı “pul” tələbi” barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Borclu Kreditor xeyrinə 11000 manat məbləğində əsas borcun və ödənilmiş 100 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, kreditorun ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, kredotorun ərizəsinə məhkəmə qaydasında baxılmalı deyil,çünki ərizəyə əlavə ediləmiş tərəflər arasında bağlanılmış xx.xx.2017-ci il tarixli,xx.xx.2017-ci il tarixli,xx.xx.2018-ci il tarixli kredit müqavilələrinin 7-ci bəndinə görə ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahihəsiz qaydada alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1- ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Bu baxımdan hesab edirəm ki, iddianın iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina etməli, iddiaçıya icra qeydi verilməsi üçün müvafiq notariusa müraciət etmək hüququ izah edilməli, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152,1, 152.1.1,152.2,152.3,152.4,268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Kreditor Borclu qarşı “məhkəmə əmrinin çıxarılması” haqqında ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. Kreditor tərəfindən dövlət büdcəsinə xx.xx.2021-ci il tarixli ********* nömrəli qəbzlə ödənilmiş 20 manat dövlət rüsümu və xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 80 manat məbləğində dövlət rüsümu kreditora geri qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Şuşa rayonu üzrə Maliyyə Şöbəsinə həvalə edilsin. İddiaçıya izah edilsin ki, icra qeydi verilməsi üçün müvafiq notariusa müraciət etmək hüququ vardır. Qərardaddan (alındığı vaxtdan) 10 (on) gün müddətində Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-120/2023
Şuşa Rayon Məhkəməsi Qərardad — İş №2(077)-120/2023
17.02.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver