Məhkəmə qərarları › İş №2(077)-134/2021

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-134/2021

06.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-134/2021 06.05.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı ştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment tələbi»nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,22.07.2012-ci il təvəllüdlü X3,02.08.2015-ci il təvəllüdlü X2 və 06.11.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 175 manat olmaqla ümumilikdə 525 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2011-ci ilin sentyabr ayında faktiki nikaha daxil olmuşlar.Faktiki nikahlarından 22.07.2012-ci il təvəllüdlü X7,02.08.2015-ci il təvəllüdlü X6 və 06.11.2017-ci il təvəllüdlü X9 adlı 3 övladları doğulmuşdur.Cavabdehlə əvvəllər münasibətləri yaxşı olsa da,sonradan problemlər yaranmış və təxminən 5 ildir ki,münasibətlərini kəsmişlər.Cavabdeh uşaqları ilə maddi və mənəvi baxımdan maraqlanmır,bu günə qədər onların saxlanılmaları üçün hər hansı bir vəsait ödəməmişdir.İddiaçı heç bir yerdə işləmir,hal hazırda valideynlərinin yanında qalır,uşaqlarının və özünün maddi ehtiyaclarını valideynləri qarşılayır.Maddi vəziyyəti çox çətindir,bir övladı məktəbə,digəri isə məktəbəqədər hazırlığa gedir.Məktəb ləvazimatlarının alınması,geyim xərclərinin qarşılanması səbəbi ilə uşaqların xərcləri günü-gündən artır.Belə ki,gündəlik tələbatlarını ödəmək,sağlamlıqlarını qorumaq və cəmiyyətə layiqli bir insan kimi yetişmələri üçün kifayət qədər vəsait tələb olunur.Bütün öhdəliklər onun üzərindədir.Uşaqların saxlanmaları üçün onların təlabatını ödəmək bir valideyn kimi cavabdehin də üzərinə düşür.Ona görə də, faktiki nikahlarından olan 22.07.2012-ci il təvəllüdlü X3,02.08.2015-ci il təvəllüdlü X2 və 06.11.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 175 manat olmaqla ümumilikdə 525 manat sabit pul məbləğində sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh oğlu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir və ya işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən,məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə,yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə,işə baxmağa haqlıdır.Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb,iddiaçının izahatını dinləyib hesab edir ki,iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikası Şuşa Rayon İcra Hakimiyyəti Başçısının Quşçular kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 09 mart 2021-ci il tarixli, 75 saylı arayışından görünür ki, İddiaçı Şuşa rayonundan məcburi köçkün kimi “Gilavar” sanatoriyasında məskunlaşmışdır. - Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22.06.2017-ci il tarixli AZ -İ № 326613 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 22.07.2012-ci il təvəllüdlü X3 atası hesab edilmiş və bu atalığın müəyyən ediləsi haqqında akt qeydləri kitabında 22 iyun 2017-ci il tarixdə 411 sayla qeyd edilmişdir. - Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22.06.2017-ci il tarixli AZ -İİİ № 938628 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki,Cavabdeh ilə İddiaçı faktki nikahından 22.07.2012-ci il tarixdə X7 doğulmuşdur. - Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22.06.2017-ci il tarixli AZ -İ № 326614 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 02.08.2015-ci il təvəllüdlü X2 atası hesab edilmiş və bu atalığın müəyyən ediləsi haqqında akt qeydləri kitabında 22 iyun 2017-ci il tarixdə 412 sayla qeyd edilmişdir. - Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22.06.2017-ci il tarixli AZ -İİİ № 938629 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki,Cavabdeh ilə İddiaçı faktki nikahından 02.08.2015-ci il tarixdə Qədirova Mədinə Qədim qızı doğulmuşdur. - 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05.12.2017-ci il tarixli AZ -İ № 340453 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 06.11.2017-ci il təvəllüdlü X5 atası hesab edilmiş və bu atalığın müəyyən ediləsi haqqında akt qeydləri kitabında 05 dekabr 2017-ci il tarixdə 557 sayla qeyd edilmişdir. - 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05.12. 2017-ci il tarixli AZ -İV № 048280 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki,Cavabdeh ilə İddiaçı faktki nikahından 06.11.2017-ci il tarixdə X9 doğulmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda,eləcə də bu saziş uşaqların və ya tərəflərin birinin marağını pozduqda məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 75.1-ci maddəsinin tələbinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara alimentin tutulması barədə saziş yoxdursa,eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa,yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı,çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda,uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-ci maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquq vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır.Onlar uşağı sağlam böyütməli,ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli,müstəqil həyata hazırlamalıdırlar.Uşağın qabiliyyətinin inkişaf etdirilməsi,onun maddi və mənəvi tələbatlarının təmin edilməsi,hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyanın 3.1-ci maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir,istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün,istərsə də məhkəmələr,inzibati və ya qanunvericilik orqanları tərəfindən.Həmin Konvensiyanın 18.1-ci maddəsinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər.Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar.Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı uşaqlarının saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 175 manat olmaqla ümumilikdə 525 manat məbləğində alimentin tutulmasını tələb etsə də,cavabdehin gəlirləri barədə sübut təqdim etmədiyindən,həmçinin uşaqların saxlanılması hər iki valideynin borcu olduğundan Cavabdeh 10 mart 2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa 100 manat olmaqla ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutulması məqsədəmüvafiqdir. Azərbaycan Respublikası МPМ-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz,hərtərfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilmiş hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası МPМ-nin 77,88,172-179, 182,183,192,209- 214,216-220 və 360-cı maddələrini rəhbər tutaraq,məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 10 mart 2021-ci il tarixdən başlayaraq 22.07.2012-ci il təvəllüdlü X3,02.08.2015-ci il təvəllüdlü X2 və 06.11.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 100 (bir yüz) manat olmaqla ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar