Məhkəmə qərarları › İş №2(077)-156/2021

Şuşa Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(077)-156/2021

31.03.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şuşa rayonu İş № 2(077)-156/2021 31.03.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Mən, Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi X1,kreditor Bakı şəhəri,Nərimanov rayonu,Əlicabbar Orucəliyev 16/22 ünvanında yerləşən «xxxx» MMC-nin (Electrolux-1), Şuşa şəhəri,N.Nərimanov küçəsi,ev 21 ünvanında qeydiyyatda olan,Bakı şəhəri,Telnov küçəsi,mənzil 805,qaçqınlar binasında məskunlaşan Borclu qarşı «məhkəmə əmrinin çıxarılması»na dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Tələbkar «xxxx» MMC (Electrolux-1) ilə Borclu arasında xx xxxxxx 2020-ci il tarixli müqavilə bağlanmışdır.Bu müqaviləyə əsasən Borclu qiyməti 553,05 manat olan “Tecno Camon 12 CC7 4 GB” və “SKY CYAN 64GB” markalı mobil telefonları almışdır.Alqı-satqı müqaviləsinin şərtlərinə görə satıcı müqavilədə göstərilmiş malı alıcının mülkiyyətinə verməyi, borclu aldığı malın dəyərini ilkin olaraq 34 manat ödəməklə 12 ay müddətinə hər ay 43,28 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürür. Lakin borcluya xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək müqavilə üzrə borcundan heç bir ödəniş aparmamışdır.Ona görə də,tələbkar «xxxx» MMC (Electrolux-1) məhkəməyə müraciət edərək,Borclu 519,05 manat məbləğində borcun və ödənilmiş 20,40 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir,məsələn,pul ödəməli,mal verməli,iş görməli,xidmətlər göstərməli və ya müəyyən hərəkətlərdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə,xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa,276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində,məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki,Borclu ilə «xxxx» MMC (Electrolux-1) arasında tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından,tələb borclunun mübahisə edilməyən vəzifəsi olduğundan, borclu müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən ödənilməli olan 519,05 manat borc və ödənilmiş 20,40 manat məbləğində dövlət rüsumu olmaqla,ümumilikdə 539,45 manat məbləğində borc tələbkar «xxxx» MMC-nin (Electrolux-1) xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275.2,276.2.2,277,278 və 282-ci maddələrinin tələblərini rəhbər tutaraq, ƏMR ETDİM: xx.xx.1984-cü ildə Şuşa şəhərində anadan olmuş,Şuşa şəhəri,N.Nərimanov küçəsi,ev 21 ünvanında qeydiyyatda olan,Bakı şəhəri,Telnov küçəsi,mənzil 805,qaçqınlar binasında məskunlaşan Borclu 519 (beş yüz on doqquz) manat 05 (beş) qəpik borcun və ödənilmiş 20 (iyirmi) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumu olmaqla,cəmi 539 (beş yüz otuz doqquz) manat 45 (qırx beş) qəpik borc «xxxx» MMC-nin (Electrolux-1) xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar