Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-163/2020 20.08.2020 ŞUŞA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Allahverən Məhərrəm oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə , İddiaçı Cavabdeh qarşı «аlimentin miqdarının azadılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şuşa rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər Rayon Məhkəməsinin 2(003)-1212/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək xx xxx 2006-cı ildə anadan olmuş X3 və xx xxxxxx 2010-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının 1/3 hissəsində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahlarından xx xxx 2006-cı ildə qızı Fatimə və xx xxxxxx 2010-cu ildə oğlu İbrahim doğulmuşdur. Cavabdehlə münasibətləri pozulduğundan Xəzər Rayon Məhkəməsinin 2(003)-1212/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən onunla Cavabdeh arasında olan nikah pozulmuş, uşaqlar anasının himayəsində saxlanılmış və uşaqların saxlanılması üçün ondan cavabdehin xeyrinə xx xxx 2006-cı ildə anadan olmuş X3 və xx xxxxxx 2010-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxx 2018-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 154 manat məbləğində olmaqla, cəmi 308 manat məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdehlə nikahı pozulduqdan sonra xx xxxxxxxx 2019-cu il tarixdə yenidən ailə qurmuş və həmin nikahdan Hüseyn adlı oğlu doğulmuşdur. Hazırda “xxxx” Sığorta Şirkətində mütəxəssis vəzifəsində işləyir və aylıq əmək haqqı 340 manat təşkil edir. Xəzər Rayon Məhkəməsinin qərarına əsasən alimentin sabit pul məbləğində tutulması onun maddi vəziyyətini ağırlaşdırır. Nəticədə öz ailəsinin və digər övladının saxlanılmasında maddi çətinliyi yaranır. Ona görə də alimentin onun aylıq əmək haqqının 1/3 hissəsi miqdarında tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, alimenti ödəyə bilmədiyinə görə cavabdehin şikayəti əsasında Xəzər rayon məhkəməsi tərəfindən o iki dəfə inzibati həbs cəzasına məruz qalmışdır. O işləmədiyinə və aylıq sabit qazancı olmadığına görə alimenti vaxtında ödəyə bilmirdi. Hazırda işləyir, himayəsində yeni ailəsi və uşağı da olduğundan alimentin azaldılması barədə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, 2 ali təhsili olmasına baxmayaraq heç bir yerdə işləmir və hazırda iş axtarır. Məlumdur ki, uşaqlar böyüdükcə onların maddi ehtiyacları da artır.Ona görə də alimentin əmək haqqının 1/3 hissəsi miqdarında tutulmasına razı deyil. Məhkəmə iş materiallarını araşdırıb, ddiaçının və cavabdehin izahatını dinləyərək hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən təmin olunmalıdır. İş materiallarında olan: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1212/2018 saylı, xx xxxx 2018-ci il tarixli icra vərəqəsindən görünür ki, İddiaçı iddiaçı Cavabdeh xeyrinə xx xxx 2006-cı ildə təvəllüdlü X3 və xx xxxxxx 2010-cu ildə təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxx 2018-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 154 manat məbləğində olmaqla, cəmi 308 manat məbləğində alimentin tutulması qət edilmişdir. - 5 saylı Bakı “ASAN” xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ seriallı 359544 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X5 nikaha daxil olmuşlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxxxx 2019-cu il tarixdə 3880 nömrə ilə qeyd еdilmişdir. - 5 saylı Bakı “ASAN” xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İV № 347702 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X2 10.11 2017-ci il təvəllüdlü X7 doğulmuşdur. - “xxxx” ASC-nin xx.xx.2020-ci il tarixli xxxxxxx000400 saylı əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə “xxxx” ASC-nin Korporativ və Fərdi Sığorta Departamentinə aparıcı mütəxəssis vəzifəsinə işə götürülmüş və aylıq əmək haqqı 340 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır.Onlar uşağı sağlam böyütməli,ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli,müstəqil həyata hazırlamalıdırlar.Uşağın qabiliyyətinin inkişaf etdirilməsi,onun maddi və mənəvi tələbatlarının təmin edilməsi,hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara alimentin tutulması barədə saziş yoxdursa,eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm,dəyişən olarsa,ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa,yaxud onun qazancı və sair gəliri yoxdursa,habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı,çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda,uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76-ci maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə araşdırmas zamanımüəyyən edildi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1212/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulduqdan sonra xx xxx 2006-cı ildə anadan olmuş X8 və xx xxxxxx 2010-cu ildə anadan olmuş X6 anasının himayəsində saxlanılmış və uşaqların saxlanılmas üçün İddiaçı cavabdehin xeyrinə yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxx 2018-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 154 manat məbləğində olmaqla cəmi 308 manat məbləğində alimentin tutulması qət edilmişdir. Lakin İddiaçı hazırkı nikahından digər övladı olduğundan və aylıq əmək haqqı 340 manat təşkil etdiyindən hər ay 308 manat sabit pul məbləğində aliment ödəmək onun maddi vəziyyətini çətinləşdirir və öz ailəsinin saxlanılmasını qeyri-mümkün edir. Məhkəmə ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, uşaqları saxlamaq və hərtərəfli qayğı göstərmək hər iki valideynin borcudur. Cavabdehin iki ali təhsili olmusına və əmək qabiliyyətli olmasına baxmayaraq heç yerdə işləmir və işləməməsinin səbəb barədə məhkəməyə sübut təqdim edə bilmədi. Bundan başqa, iddiaçının ikinci dəfə ailə quraraq üçüncü övladının doğulması və əmlak vəziyyətində (qazancında) artımın olmaması onun yeni ailəsinin maddi çətinliyinə səbəb olmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1212/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən sabit məbləğdə təyin olunmuş aliment məbləği hazırda onun aylıq əmək haqqının çox hissəsini təşkil etdiyindən məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1212/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği azaldılaraq xx xxx 2006-cı il təvəllüdlü X3 və xx xxxxxx 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün qətnamə qanunu qüvvəsini aldığı vaxtdan başlayaraq iddiaçının aylıq qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment İddiaçı tutularaq Cavabdeh verilməlidir. Azərbaycan Respublikası МPМ-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası МPМ-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1212/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği azaldılaraq xx xxx 2006-ci il təvəllüdlü X3 və xx xxxxxx 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün qətnamə qanunu qüvvəsini aldığı vaxtdan başlayaraq hər ay İddiaçı aylıq qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment İddiaçı tutularaq Cavabdeh verilsin. Qətnamədən, qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-163/2020
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-163/2020
20.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver