Məhkəmə qərarları › İş №2(077)-163/2022

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-163/2022

15.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-163/2022 15.09.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X2 iclas katibliyi, Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşaqla ünsiyyət hüququnun təmin olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində,məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,övladları xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 ilə ünsiyyətdə olması üçün hər həftənin şənbə günü saat 15:00-dan 18:00-dək,hər bayram günləri isə saat 15:00-dan 18:00-dək görüş vaxtının təyin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,Mikayılov İddiaçı Şəms Elçin qızı ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü Mikayılov Yusif və xx.xx.2019-cu il təvəllüdlü Mikayılova Əsnat doğulmuşdur.Şuşa Rayon Məhkəməsinin 2(077)-7/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən aralarındakı nikah pozulmuş,övladları anasının himayəsində saxlanılmış və ondan 350 manat məbləğində aliment tutulması qət edilmişdir.Övladları doğulan gündən daim onlarla maraqlanmış və ehtiyaclarını qaşılamağa çalışmışdır.Lakin nikah pozulduqdan sonra cavabdeh əvvəlki kimi uşaqları ilə ünsiyyətdə olmasına şərait yaratmır,hətta onlarla telefonla belə danışmağa icazə vermir.Bu barədə dəfələrlə cavabdehlə danışıqlar aparsada,heç bir nəticəsi olmamışdır.Bu hal onun valideyn kimi təmin olunan hüquqlarını pozur.Ona görə də,birgə nikahdan olan övladları ilə hər həftənin şənbə günü 15:00-dan 18:00-dəkhər bayram günləri isə saat 15:00-dan 18:00-dək görüş vaxtının təyin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,məhkəmə iclasına gəlməmiş,gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsi-vəkilinin fikrini nəzərə alaraq işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh vəkili-nümayəndəsi Vəkil iddia tələbini qismən qəbul edərək bildirdi ki,iddia ərizəsində qeyd edilən müddətlər çox uzundur və nümayəndəsi olduğu şəxs uşaqlarının atası ilə onun iştirakı olmaqla ünsiyyətdə olmasını xahiş edir. Məhkəmə cavabdehin nümayəndəsinin-vəkilinin izahatını dinləyib,iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq,işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki,aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-T № 193470 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş,atası İddiaçı,anası Cavabdeh qeyd edilmişdir. - 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-T № 193471 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki,X3 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş,atası İddiaçı,anası Cavabdeh qeyd edilmişdir. - Şuşa Rayon Məhkəməsinin 2(077)-07/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki,İddiaçı ilə Cavabdeh arasında 07 sentyabr 2016-cı il tarixdə bağlanmış və 1 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 1430 nömrə ilə qeyd edilmiş nikahın pozulması,12 iyun 2017-ci il təvəllüdlü X4 və 27 oktyabr 2019-cu il təvəllüdlü X3 anası Cavabdeh himayəsində saxlanılması,12 iyun 2017-ci il təvəllüdlü X4 və 27 oktyabr 2019cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 14 sentyabr 2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa 175 manat olmaqla,cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh verilməsi qət edilmişdir. - X5 tərəfindən verilmiş X1 sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli MŞB/4-00384 saylı arayışdan görünür ki,İddiaçı Cavabdeh qarşı “uşaqların ata ilə ünsiyyət tələbi”nə dair xx.xx.2022-ci il tarixli saat 15:30-16:00-da keçirilən ilkin mediasiya sessiyasında tərəflər iştirak etmiş,lakin aralarındakı mövcud mübahisə üzrə X1 sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödədi. - Şuşa Rayon İcra Hakimiyyətinin başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli Komissiyasının xx.xx.2022-ci il tarixli rəyindən müəyyən edilir ki, İddiaçı övladı – xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 ilə tərəflər arasında razılaşmaya əsasən həftənin istənilən 1 günü,bayram və ad günlərində görüşməsi məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Qanunun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin qanunun 8-ci maddəsinə əsasən isə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial,hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50-ci maddəsinin tələbinə görə, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideyinlərin nikahının pozulması və ya etibarsız sayılması, valideyinlərin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Valideyinlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Həmin Məcəllənin 56.1-ci maddəsinin tələbinə görə,valideyinlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, valideyinlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarının tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 61-ci maddəsinin tələbinə görə, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideyinlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlardan ayrı yaşayan valideyinlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Göründüyü kimi, uşaqlarından ayrı yaşayan valideynin uşaqları ilə ünsiyyətdə olmaq, onların tərbiyə və təhsilində iştirak etmək hüququ qanunla tanınır və qorunur. Uşaqları ilə birlikdə yaşayıb yaşamamasından asılı olmayaraq, hər iki valideyn öz uşaqlarına münasibətdə eyni hüquqlara malikdirlər və eyni həcmdə vəzifə daşıyırlar. Uşaqlarına münasibətdə qanun valideynlərdən heç birinə üstünlük hüququ verməmişdir. Məhkəmə işin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, valideynlər arasındakı ziddiyyətli münasibətləri uşağın maraqlarına uyğun gəlməyən şəkildə həll etməməlidirlər. Hər bir uşaq öz valideynlərini tanımaq və onlarla ünsiyyətdə olmaq hüququna malikdir. Hər bir valideyn uşağının mənəvi və fiziki inkişafı, təhsili və ictimai faydalı əməyə hazırlanması istiqamətində ona qayğı göstərməlidir. Valideyn uşağına cəmiyyətdə özünü idarəetmə qaydalarını izah etməli, uşaqla oynamalı, dərslərini hazırlamağa kömək etməli, onunla gəzməli, lazımi tibbi müayinələrdən keçirməli, maddi təminatında iştirak etməli və bu kimi etməli olduğu başqa hərəkətləri etməlidir. Uşaqla ünsiyyətdə olmadan isə göstərilənləri həyata keçirmək mümkün deyildir.Ona görə də,məhkəmə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli Komissiyasının rəyinidə nəzərə alaraq hesab edir ki,iddia tələbi qismən təmin edilməli, İddiaçı övladı – xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 ilə hər həftənin şənbə günü saat 15:00-dan 17:00-dək ünsiyyətdə olma vaxtı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki,bu münasibətlər davam edən münasibətlər olduğundan uşağın yaşı nəzərə alınmaqla iddiaçı sonradan ünsiyyət qaydasının dəyişdirilməsi barədə məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Respublikası МPМ-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası МPМ-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏT ETDi: İddia qismən təmin edilsin. xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 atası İddiaçı ilə hər həftənin şənbə günü saat 15:00-dan saat 17:00-dək ünsiyyətdə olma vaxtı müəyyən edilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar