Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-168/2021 27.05.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X5 iclas katibliyi, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ilə məhkəməyə müraciət edərək,Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla,ümumilikdə 3530 (üç min beş yüz otuz) manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı toy şənliklərində musiqi alətlərində ifa etməklə fərdi əmək fəaliyyəti ilə məşğul olur.İşi ilə əlaqədar tanıdığı və özünü Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsində yerləşən “Florensiya” şadlıq evinin adminstratoru kimi təqdim edən Cavabdeh ilə 04 yanvar 2020-ci il tarixdə həmin şadlıq sarayında İddiaçı və iş yoldaşı X3 cəmi 4500 manat yəni 3500 manatını İddiaçı ,1000 manatını isə Babayev Nərimandan alaraq vəd verərək bildirmişdir ki, 16 ay müddətinə həmin şadlıq evində keçiriləcək şənliklərdə ifa etməklə aylıq maaş alacaqlar və əlavə qazanclarıda olacaqdır.Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdeh vədinə əməl etməmiş,onları toy şənliklərinə dəvət etməmişdir.Bu barədə cavabdehə bildirdik də, o,işlərinin alınmadığını və pulları da qaytaracağını desə də,hər gün müxtəlif bəhanələrlə pulu verməkdən boyun qaçırmışdır.Bütün bunlarla bağlı Bakı şəhəri,Sabunçu RPİ-nin 12ci polis bölməsinə şikayət etdikdən sonra Cavabdeh onlara 4500 manat borcu olduğunu etiraf etmiş və ümumi məbləğdən 1000 manat qaytarmışdır.X2 olan 3500 manatı isə maddi vəziyyəti yaxşı olmadığını əsas gətirərək qaytarmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin rəyini nəzərə alaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İddiaçının və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs izahatını dinləyib,işdəki sənədləri araşdırıb məhkəmə belə qərara gəlir ki,iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarında olan: - Bakı şəhəri,Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı Şükür Həsənovun 25.02.2020-ci il tarixli cinayət işin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda olan Cavabdeh izahatından görünür ki,İddiaçı və Nəriman Babayevin onun icarəyə götürdüyü “Florensiya” şadlıq sarayında musiqiçi kimi fəaliyyət göstərdiklərini,onlardan ümumilikdə 4500 manat borca pul aldığını,həmin borcdan 1000 manat qaytardığını,hal-hazırda İddiaçı 3500 manat borcu qaldığını və həmin pulları hissəhissə qaytaracağı barədə İddiaçıla razılığa gəldiyini bildirmişdir. - Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 17.02.2021-ci il tarixli arayışından görünür ki,Cavabdeh Şuşa şəhəri,Ə.B.Haqverdiyev küçəsi ev 2a ünvanında qeydiyyatdadır. - 31.03.2021-ci il tarixli qəbzdən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30,40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə tərəfindən müəyyən edildi ki,İddiaçı və X1 Firdovsi Nadir oğluna şifahi borc müqaviləsinə əsasən 4500 manat pul vermiş,cavabdeh həmin borcdan 1000 manat pulu geri qaytarmış,lakin qalan məbləği ödəməmişdir.Cavabdehin iddaçıya 3500 manat məbləğində borcu qaldığı Bakı şəhəri,Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı Şükür Həsənovun 25.02.2020-ci il tarixli cinayət işin başlanmasının rədd edilməsi barədə qərarında öz təsdqini tapdığından məhkəmə hesab edir ki,iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,iddia tələbi təmin edilməli,Cavabdeh 3500 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-168/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-168/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver