Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şuşa rayonu İş № 2(077)-264/2021 16.06.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Mən, Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi X1,kreditor Bakı şəhəri,Nəsimi rayonu,Azadlıq prospekti 72/49 ünvanında yerləşən «xxxx» MMC-nin,Şuşa şəhəri,F.B.Köçərli küçəsi,ev 17 ünvanında qeydiyyatda olan,Bakı şəhəri,Bayıl qəsəbəsi,20-ci sahə,Nemanzadə 52 ünvanında məskunlaşan Borclu qarşı «borcun qaytarılması haqqında məhkəmə əmrinin çıxarılması»na dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Tələbkar «xxxx» MMC ilə Borclu arasında 10 sentyabr 2020-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsi bağlanmışdır.Bu müqaviləyə əsasən Borclu alqı-satqı qiyməti 2621,96 manat olan “Sniper” markalı moped almışdır.Alqı-satqı müqaviləsinin şərtlərinə görə satıcı müqavilədə göstərilmiş malı alıcının mülkiyyətinə verməyi,borclu aldığı malın dəyərini ilkin olaraq 334 manat ödəməklə 12 ay ərzində hər ay 190,67 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür.Lakin borcluya xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək müqavilə üzrə qalıq borcundan heç bir ödəniş aparmamışdır.Ona görə də,tələbkar «xxxx» MMC məhkəməyə müraciət edərək,Borclu 31.05.2021-ci il tarixinə hesablanmış 2288,04 manat məbləğində əsas borc,228 manat məbləğində cərimə borcu və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir,məsələn,pul ödəməli,mal verməli,iş görməli,xidmətlər göstərməli və ya müəyyən hərəkətlərdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə,xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa,276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində,məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki,Borclu ilə «xxxx» MMC arasında tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından,tələb borclunun mübahisə edilməyən vəzifəsi olduğundan, borclu müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən ödənilməli olan 2288,04 manat əsas borc,228 manat cərimə borcu olmaqla,cəmi 2516,04 manat məbləğində borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tələbkar «xxxx» MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275.2,276.2.2,277,278 və 282-ci maddələrinin tələblərini rəhbər tutaraq, ƏMR ETDİM: xx.xx.1987-ci ildə Ağdərə rayonu,Xatınbəyli kəndində anadan olmuş,Şuşa şəhəri,F.B.Köçərli küçəsi,ev 17 ünvanında qeydiyyatda olan,Bakı şəhəri,Bayıl qəsəbəsi,20-ci sahə,Nemanzadə 52 ünvanında məskunlaşan Borclu 2288,04 (iki min iki yüz səksən səkkiz manat dörd qəpik) manat əsas borc,228 (iki yüz iyirmi səkkiz) manat cərimə borcu olmaqla,cəmi 2516,04 (iki min beş yüz on altı manat dörd qəpik) manat borc və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu «xxxx» MMC-nin xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab edilir.
Məhkəmə qərarları › İş №2(077)-264/2021
Şuşa Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(077)-264/2021
16.06.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver