Məhkəmə qərarları › İş №2(077)-373/2021

Şuşa Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(077)-373/2021

13.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şuşa rayonu İş № 2(077)-373/2021 13.09.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Mən, Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi X1,kreditor Bakı şəhəri,Nəsimi rayonu,Azadlıq prospekti,ev 120 ünvanında yerləşən "xxxx" MMC-nin,Dağlıq Qarabağ,Şuşa şəhəri,Q.B.Zakir küçəsi,ev 19 ünvanında qeydiyyatda olan,ünvan 2ənzil 70 ünvanında məskunlaşan Borclu qarşı «məhkəmə əmrinin çıxarılması»na dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Tələbkar "xxxx" MMC ilə Borclu arasında 14 mart 2018-ci il tarixli AK03367 saylı nisyə satış müqaviləsi bağlanmışdır.Bu müqaviləyə əsasən Borclu alqı-satqı qiyməti 796,35 manat olan “Samsung J730” markalı telefon almışdır.Müqavilənin şərtlərinə görə satıcı müqavilədə göstərilmiş malı alıcının mülkiyyətinə verməyi, borclu aldığı malın dəyərini ilkin olaraq 50 manat ödəniş etməklə 12 ay ərzində hər ay 62 manat,sonuncu ay 54,35 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür.Lakin borclu müqavilənin şərtlərini pozmuş və ona xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək müqavilə üzrə qalıq borcundan heç bir ödəniş aparmamışdır.Hazırda borclunun 20.08.2021-ci il tarixinə 14 mart 2018-ci il tarixli AK03367 saylı nisyə satış müqaviləsi üzrə 356,35 manat qalıq borc və 111,29 manat hesablanmış cərimə borcu olmaqla,cəmi 467,64 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir,məsələn,pul ödəməli,mal verməli,iş görməli,xidmətlər göstərməli və ya müəyyən hərəkətlərdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə,xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa,276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 280-cı maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində,məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki,Borclu ilə "xxxx" MMC arasında tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından,tələb borclunun mübahisə edilməyən vəzifəsi olduğundan, borclu müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən Borclu 14 mart 2018-ci il tarixli AK03367 saylı nisyə satış müqaviləsi üzrə 356,35 manat qalıq borc,111,29 manat cərimə borcu olmaqla,cəmi 467,64 manat məbləğində borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tələbkar "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275.2,276.2.2,277,278 və 282-ci maddələrinin tələblərini rəhbər tutaraq, ƏMR ETDİM: xx.xx.1965-ci ildə Dağlıq Qarabağ,Şuşa şəhərində anadan olmuş,Dağlıq Qarabağ,Şuşa şəhəri,Q.B.Zakir küçəsi,ev 19 ünvanında qeydiyyatda olan,ünvan 2ənzil 70 ünvanında məskunlaşan Borclu 14 mart 2018-ci il tarixli AK03367 saylı nisyə satış müqaviləsi üzrə 356,35 (üç yüz əlli altı manat otuz beş qəpik) manat məbləğində qalıq borc,111,29 (bir yüz on bir manat iyirmi doqquz qəpik) manat məbləğində cərimə borcu olmaqla,ümumilikdə 467,64 (dörd yüz altmış yeddi manat altmış dörd qəpik) manat borc və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar