Məhkəmə qərarları › İş №2(077)-432/2021

Şuşa Rayon Məhkəməsi Qərardad — İş №2(077)-432/2021

11.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 2(077)-432/2021 11.10.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi X1, Kreditor "xxxx" MMC-nin Borclu qarşı “pul” tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ: Kreditor "xxxx" MMC Borclu qarşı “pul” tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək,Borclu "xxxx" MMC-nin xeyrinə 690 manat məbləğində əsas borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditorun ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq məhkəmə belə hesab edir ki,məhkəmə əmrinin verilməsi haqqında ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki,kreditor "xxxx" MMC tərəfindən borcluya ünvanlanmış xəbərdarlıq məktubu iş materiallarına əlavə edilsə də, məktubda tarix qeyd edilməmişdir.Eyni zamanda həmin məktubun borcluya göndərilməsinə,borclunun həmin məktubu almasına dəlalət edən hər hansı sübut ərizəyə əlavə edilməmiş və ərizəyə əlavə edilmiş sənədlərin siyahısının arasında göstərilməmişdir.Beləliklə,məhkəmə hesab edir ki,kreditor məsələnin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənədi, yəni borclunu borcunu ödəməsi ilə bağlı əvvəldən xəbərdar etməsinə dair sənədi ərizəyə əlavə etmədiyindən hazırkı ərizənin məhkəmə icraatı Azərbaycan Respublikası MPM-in tələblərinə uyğun olaraq mümkün deyildir. Bundan başqa,məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklər 01 oktyabr 2021-ci il tarixdən qüvvədədir və qanunvericiliyin tələbinə əsasən, bu kateqoriya işlər üzrə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 278.2.5-ci maddəsinə əsasən, məhkəmə əmrinin çıxarılması barədə verilmiş ərizədə tələbin əsaslığını təsdiq edən sənədlər göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə görə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 278.4-cü maddəsinə əsasən, ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır.Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Kreditor "xxxx" MMC-nin Borclu qarşı “pul” tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Kreditor "xxxx" MMC-yə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar