Məhkəmə qərarları › İş №2(077)-64/2022

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-64/2022

17.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-64/2022 17.03.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X3 iclas katibliyi ilə, İddiaçı Teymurova (Abbasova) Fəxrəndə Tahir qızının nümayəndəsi X4 və Cavabdeh vəkilinümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Teymurova (Abbasova) Fəxrəndə Tahir qızının Cavabdeh qarşı «aliment tələbi»nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Teymurova (Abbasova) Fəxrəndə Tahir qızı Cavabdeh qarşı «aliment tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,11.05.2018-ci il təvəllüdlü X10 və 30.04.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında-466 manat,hər ay 180 manat (müalicə,dərman və bağça) və 100 manat sabit pul məbləğində əlavə xərclər olmaqla,ümumilikdə 746 manat vəsait tutularaq iddiaçı Teymurova (Abbasova) Fəxrəndə Tahir qızına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,Teymurova (Abbasova) X7 Əli Habil oğlu ilə 19 may 2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar.Birgə nikahlarından 11.05.2018-ci il təvəllüdlü X14 və 30.04.2019-cu il təvəllüdlü X12 doğulmuşdur.Cavabdehlə əvvəllər münasibətləri yaxşı olsa da,sonradan problemlər yaranmış,ona görə də,uşaqları götürərək valideynlərinin yanına qayıtmışdır.Ayrı yaşadıqları müddət ərzində cavabdeh uşaqları ilə maraqlanmamış və onların saxlanması üçün heç bir maddi yardım göstərməmişdir.Hazırda cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bərdə rayonunda yerləşən Daxili Qoşunlarının “N” saylı hərbi hissəsində MAXE vəzifəsində işləyir və aylıq əmək haqqı təxminən 1400 manat təşkil edir.Bu səbəbdən cavabdehin aylıq qazancından iki uşağa görə təxminən 466 manat aliment tutulmalıdır.Bundan başqa,uşaqların hər ay bağça xərcləri hər birinə 40 manat olmaqla,80 manat təşkil edir.Həmçinin hər ay xəstələndikləri üçün müalicələrinə orta hesabla 100 manat pul xərcləyir.Qeyd olunan xərclərindən cavabehdən hər ay sabit pul məbləğində tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Teymurova (Abbasova) Fəxrəndə Tahir qızının nümayəndəsi X9 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi Vəkil iddia tələbini qismən qəbul edərək bildirdi ki,Cavabdeh həqiqətən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında işləyir və uşaqlarının saxlanması üçün hər ay qazancının üçdə bir hissəsinin tutulmasına etiraz etmir.Lakin iddiaçının tələb etdiyi qalan xərcləri qəbul etmir. Məhkəmə tərəflərin izahatını dinləyib,iş materiallarını araşdırıb hesab edir ki,iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: - Şuşa rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 094497 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki,Cavabdeh ilə İddiaçı 19 may 2017-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 19 may 2017-ci ildə 21 nömrə ilə qeyd edilmişdir.Nikah bağlandıqdan sonra ərə Abbasov,arvada Abbasova soyadı verilmişdir. - 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18.05.2018-ci il tarixli AZ-İV № 121566 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 11 may 2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur.Ata qrafasında Cavabdeh,ana qrafasında X6 qeyd edilmişdir. - 1 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14.05.2019-cu il tarixli AZ-İV № 283417 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 30 aprel 2019-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur.Ata qrafasında Cavabdeh,ana qrafasında X6 qeyd edilmişdir. - X1 tərəfindən verilmiş X5 iştirak edilməməsi barədə 27.12.2021-ci il tarixli A-020/2021 saylı arayışdan görünür ki, X6 tərəfindən təsvir edildiyi kimi “nikahın pozulması,aliment və əmlak bölgüsü” tələbinə dair ailə mübahisəsi üzrə 27.12.2021-ci il tarixində,saat 12:00-12:30 müddətində keçirilməsi nəzərdə tutulan X5 Cavabdeh iştirak etməmiş və X2 etibarnamə üzrə nümayəndəsi X9 ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. - Azərbaycan Respublikası DİN Daxili Qoşunlarının 19.02.2022-ci il tarixli 54 nömrəli arayışından görünür ki, Cavabdeh həqiqətən 01.11.2013-cü il tarixdən Azərbaycan Respublikası DİN Daxili Qoşunlarının N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçusu qismində həqiqi hərbi xidmətdədir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək,onları tərbiyə etmək valideynlərin həm hüququ,həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda,eləcə də bu saziş uşaqların və ya tərəflərin birinin marağını pozduqda məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 75.1-ci maddəsinin tələbinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2. 2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə— qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara alimentin tutulması barədə saziş yoxdursa,eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa,yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı,çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda,uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-ci maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquq vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır.Onlar uşağı sağlam böyütməli,ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli,müstəqil həyata hazırlamalıdırlar.Uşağın qabiliyyətinin inkişaf etdirilməsi,onun maddi və mənəvi tələbatlarının təmin edilməsi,hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyanın 3.1-ci maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir,istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün,istərsə də məhkəmələr,inzibati və ya qanunvericilik orqanları tərəfindən.Həmin Konvensiyanın 18.1-ci maddəsinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər.Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar.Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki,11.05.2018-ci il təvəllüdlü X10 və 30.04.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq Teymurova (Abbasova) Fəxrəndə Tahir qızına ödənilməlidir. Şuşa rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qərardadı ilə məhkəmənin aliment tutulması barədə çıxartdığı qətnamə qanuni qüvvəyi minənədək birgə nikahdan doğulmuş 11.05.2018-ci il təvəllüdlü X10 və 30.04.2019-cu il təvəllüdlü X8 təminatı üçün Cavabdeh aylıq qazancının 1/3 hissəsi miqdarında aliment alınaraq Teymurova (Abbasova) Fəxrəndə Tahir qızına verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, Şuşa Rayon Məhkəməsinin 10.02.2022-ci il tarixli, 2(077)-64/2022 saylı müvəqqəti aliment tutulması barədə qərardadı ləğv edilməli və aliment 11 yanvar 2022-ci il tarixdən tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki,əlavə aliment tutulmasına dair iddia tələbinin dəlillərini əsaslandıran sübutlar təqdim olunmadığından hər ay 180 manat (müalicə,dərman və bağça) və 100 manat əlavə xərclərin tutulması hissəsində iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası МPМ-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz,hərtərfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilmiş hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası МPМ-nin 77,88,172-179, 182,183,192,209-214,216-220 və 360-cı maddələrini rəhbər tutaraq,məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 11.05.2018-ci il təvəllüdlü X10 və 30.04.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq Teymurova (Abbasova) Fəxrəndə Tahir qızına ödənilsin. Şuşa Rayon Məhkəməsinin 10.02.2022-ci il tarixli, 2(077)-64/2022 saylı müvəqqəti aliment tutulması barədə qərardadı ləğv edilsin. Aliment tutulmasının əvvəli 11 yanvar 2022-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar