Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1/2025 21.05.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Mustafa oğluna qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh Mustafa oğluna qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Mustafa oğlundan 29 yanvar 2020-ci il tarixdə doğulmuş oğlu X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə 500 (beş yüz) manat alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, o, cavabdeh türk vətəndaşı Cavabdeh Mustafa oğlu ilə 2019-cu ildə faktiki evlənib 27 fevral 2020-ci ildə rəsmi nikah qeyd etdirərək evlənmişlər. Birgə nikahdan 29 yanvar 2020-ci il təvəllüdlü X4 adlı bir övladları olmuşdur. Umut ilə yola getmədiklərindən 6 aydır ki, ondan ayrılıb övladını da götürərək anasının evində yaşayır. Bu müddət ərzində o, bir dəfə olsun övladının maddi durumu ilə maraqlanmamışdır. O işləmir. Anasının pensiyası ilə dolanırlar. Övladının geyimi, qidası və digər xərclərini çox çətinliklə qarşılayır. Dəfələrlə cavabdehlə telefon əlaqəsi saxlayıb uşağa pul göndərməsini demişdir. Ancaq heç bir pul göndərməyəcəyini bildirir. Həmçinin Umudun maddi durumu çox yüksək səviyyədədir. Zeytunluqları var oradan xeyli məbləğdə gəlir götürürlər. Bu səbəbdən də cavabdehdən övladının saxlanması üçün hər ay 500 manat aliment alınıb verilməsini istəyir. Hesab edir ki, onlara gələn gəlirin müqabilində bu o qədər də yüksək məbləğ deyil. İddia ərizəsi Naxçıvan Şəhər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. İddiaçı 21 may 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək, Cavabdeh Mustafa oğluna qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyini, iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəməyə iş üzrə Cavabdeh Mustafa oğlunun iddia ərizəsinin baxılmamış saxlanılmasına dair hər hansı etirazı daxil olmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh Mustafa oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0. və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: İddiaçı Cavabdeh Mustafa oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1/2025
21.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver