Məhkəmə qərarları › İş №2(078)-100/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-100/2025

09.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-100/2025 09.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı İddiaçı X1 Cavabdeh qarşı ona məxsus geyim əşyalarının qaytarılması tələbinə dair mülki iş üzrə iddiaçı X1 iddia tələbinin azaldılması barədə ərizəsinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus geyim əşyalarının naturada qaytarılması və yaxud onların dəyəri olan 690 (altı yüz doxsan) manat pulun və ona məxsus olan cehiz əşyalarının naturada qaytarılması və yaxud onların dəyəri olan 9001 (doqquz min bir) manat pulun Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçı X2 ona məxsus olan cehiz əşyalarını götürmüş və iddia tələbinin azaldılmasına dair ərizə vermişdir. Məhkəmənin 11 dekabr 2024-cü il tarixli qərardadı ilə iddia tələbinə azaldılmış həcmdə baxılmasına qərar verilmişdir. İddiaçı X2 məhkəmə baxışı iclasında ərizə təqdim edərək, qalan geyim əşyalarını tələb etmədiyini, iddiasından imtina etdiyini, işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Məhkəmə iddiaçı X1 iş üzrə icraata xitam verilməsi haqqında müraciətini müzakirə edib belə nəticəyə gəlir ki, işdə imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Bu səbəbdən də iddiaçı X1 iddiadan imtina etməsi məhkəmə tərəfindən qəbul edilməli və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin maddənin tələbinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Mülki prosessual qanunvericiliyin tələbinə görə iş üzrə icraata xitam verilmişsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Odur ki, iddiaçı X1 "xxxx" ASC-nin Naxçıvan Filialına xx.xx.2024-cü il tarixdə 28141 nömrəli qəbzlə ödənilmiş 110 (bir yüz on) manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: İddiaçı X1 Cavabdeh qarşı ona məxsus geyim əşyalarının qaytarılması tələbinə dair mülki iş üzrə iddiaçı təşkilatın nümayəndəsinin iddiadan imtinası qəbul edilsin və mülki iş üzrə icraata xitam verilsin. İddiaçı X1 "xxxx" ASC-nin Naxçıvan Filialına xx.xx.2024-cü il tarixdə 28141 nömrəli qəbzlə ödənilmiş 110 (bir yüz on) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar