Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1031/2020 17.12.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx xxxxxxxx 2005-ci il təvəllüdlü X1 və xx xxxxxx 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər birinə ayrılıqda 150 (bir yüz əlli) manat olmaqla ümumilikdə 300 (üç yüz) manat alimentin tutularaq ona ödəniməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflər xx xxxxxx 2005-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Tərəflərin birgə nikahından xx xxxxxxxx 2005-ci il təvəllüdlü X4, xx xxxx 2007-ci il təvəllüdlü X5 və xx xxxxxx 2009-cu il təvəllüdlü X6 adlı övladları vardır. Şərur Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(110)-199/2012 nömrəli qətnaməsi ilə aralarındakı nikah qeydi pozulmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(078)- 851/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq xx xxxx 2007-ci il təvəllüdlü X3 və xx xxxxxx 2009-cu il təvəllüdlü X2 atası Cavabdeh yanında qalması müəyyən edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(078)-282/2020 nömrəli qətnaməsi ilə iddia təmin olunaraq Naxçıvan şəhəri, Tumbul kəndində yaşayan xx xxxxxxxx 2005-ci il təvəllüdlü X1 anası Cəfərova (Bayramova) Həmidə Yasin qızından alınaraq atası Cavabdeh yanında saxlanılması müəyyən edilmişdir. Şərur Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(110)-469/2020 nömrəli qətnaməsi ilə iddia təmin olunaraq xx xxxxxxxx 2005-ci il təvəllüdlü X1 və xx xxxxxx 2009-cu il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması müəyyən edilmişdir. İş üzrə İddiaçı məhkəmə baxışı iclasında verdiyi izahatında Cavabdeh ilə xx xxxxxx 2005-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduğunu, nikahlarından xx xxxxxxxx 2005-ci il təvəllüdlü X4, xx xxxx 2007-ci il təvəllüdlü X5 və xx xxxxxx 2009-cu il təvəllüdlü X6 adlı üç övladının dünyaya gəldiyini, münasibətləri tutmadığı üçün xasiyyətimiz tutmadığından Şərur Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(110)- 199/2012 nömrəli qətnaməsi ilə aralarındakı nikah pozulmuş üç azyaşlı övladının onun yanında qalması və onların saxlanılması üçün Cavabdeh hər növ aylıq qazancından hər ay 50 faiz məbləğində aliment tutulması müəyyən edilmişdir. Təxminən bir ildən sonra Cəfərlə əlaqə saxlayaraq böyük qızı Xumarın onunla qalmaq istədiyini bildirdiyini, buna görə də Cəfərin gəlib Xumarı öz evinə apardığını, daha sonra digər qızı Sevgi və daha bir müddət sonra isə oğlu Yəhya ataları ilə qalmaq istədiklərindən köçüb onun yanına getdiklərindən Cəfərin Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək uşaqların onun yanında qalmaları barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, məhkəmənin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən qızları Xumar və Sevginin atalarının yanında qalmasının müəyyən edildiyini, lakin həmin vaxt oğlu Yəhya onunla qalmaq istədiyindən atasının himayəsinə verilmədiyini, Yəhya atasına verilməsə də, həm özünün, həm də atasının yanında qaldığını, daha çox atası ilə qaldığından Cəfər yenidən məhkəməyə müraciət edərək oğlu Yəhyanın onun yanında qalması barədə qətnamə çıxarılmasını xahiş etdiyini, həmin vaxt buna qarşı çıxmaq istəsə də oğlu özü atasının yanında qalmağı istədiyi üçün və bir müddət sonra yenə onun yanına qayidacağına əmin olduğu üçün müvafıq qərar qəbul edilməsini məhkəmədən xahiş etdiyini, Yəhyanın Naxçıvan Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ondan alınıb atasının yanında saxlanılmasının müəyyən edildiyini bildirən İddiaçı qeyd etmişdir ki, 2020-ci ilin iyun ayında Yəhya yenidən onun yanına qayıtdığından, Sevgi isə hələ mart ayından onun yanına gəldiyindən 2020-ci ilin avqust ayında xx xxxxxxxx 2005-ci ildə doğulmuş oğlu X4 və xx xxxxxx 2019-cu ildə doğulmuş qızı X2 ataları Cavabdeh alınıb onun yanında saxlanılması barədə Şərur Rayon Məhkəməsində iddia qaldırmış və iddiası təmin olunmuşdur. Hazırda iki övladının onunla yaşadığını, iki övladının 7-8 aydır onunla yaşamasına baxmayaraq, keçən bu müddət ərzində cavabdehin uşaqların ehtiyacları ilə maraqlanmadığını, özünün isə heç yerdə işləmədiyini, uşaqların ehtiyaclarını yaxınlarının köməkliyi ilə qarşılamağa çalışsa da, onların təlabatlarının qarşılanmasında çətinlik çəkdiyini, cavabdehin isə övladları ilə maraqlanmadığı üçün məcbur qalaraq məhkəməyə müraciət etdiyini, tələb olunan aliment məbləğini Cəfərin ödəməyə kifayət qədər imkanı olduğunu, cavabdehin həm dəmir yolu idarəsində işlədiyini, həm də əlavə olaraq ev təmiri işlərində işlədiyini, kifayət qədər qazancı olduğunu, ən azından əmək haqqının yarısını aliment verməsini tələb etdiyini bildirən İddiaçı sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasında verdiyi izahatında cavabdeh İddiaçı ilə xx xxxxxx 2005-ci il tarixdə X7 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, bu nikahdan birgə yaşadıqları müddətdə xx xxxxxxxx 2005-ci il təvəllüdlü X4, xx xxxx 2007-ci il təvəllüdlü X5 və xx xxxxxx 2009-cu il təvəllüdlü X6 adlı üç övladları doğulmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən Şərur Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(110)-199/2012 nömrəli qətnaməsi ilə aralarındakı nikah qeydinin pozulduğunu və boşanmadan sonra üç azyaşlı övladının analarının yanında qalmalarının müəyyən edildiyini, lakin məhkəmə qətnaməsi qəbul olunana kimi, yəni 2012-ci ilin iyul ayından uşaqların onun yanında qaldıqlarını, məhkəmə qətnaməsi qanuni qüvvəsini alandan sonra uşaqların ondan alınıb cavabdehə verildiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, təxminən bir ildən sonra cavabdeh onunla telefon əlaqəsi saxlayaraq böyük qızı Xumarın onunla qalmaq istədiyini bildirmiş və buna görə də o, gedib qızını öz evinə gətirmiş, daha sonra digər qızı Sevgi və daha bir müddət sonra isə oğlu Yəhya köçüb onun yanına gəlmişlər. İddiaçı Cavabdeh həmin vaxtdan 2017-ci ilin yay tətilinə kimi uşaqların özünün yanında qalmaqla Çərçiboğan kənd məktəbində də təhsil aldıqlarını, əlavə olaraq kənddə yerləşən musiqi məktəbində də təhsil aldıqlarını bildirən iddiaçı qeyd etmişdir ki, 2018-ci ildə yay tətili başlayanda övladlarının üçü də onun yanına gələrək onunla qalmaq istədiklərini bildirmiş və ondan məhkəməyə müraciət edib onları analarından geri almağı xahiş etmişlər. Uşaqların onun yanına gələndən təxminən 20 gün sonra anası Yəhyaya zəng vurub “Dayın Bakı şəhərinə gedir, gəl səninlə görüşsün” dediyi üçün oğlunun anasının yanına getdiyini və bir daha qayıtmadığını, qızların isə hələ də onun yanında qaldığını, buna görə də özünün 2018-ci ilin avqust ayında uşaq tələbi ilə bağlı Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırdığını, məhkəmənin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən qızları Xumar və Sevginin onun yanında qalmasının müəyyən edildiyini, lakin həmin vaxt oğlu anasının yanında qalmaq istədiyindən Yəhyanın anasının himayəsində qaldığını, Yəhyanın hərdən onun yanına gəlib-getdiyini və hər dəfəsində “mən də sənin yanında qalmaq istəyirəm” dediyini, buna görə də Yəhyanın onun yanında qalması barədə qətnamə çıxarılmasını xahiş etdiyini, Yəhyanın Naxçıvan Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ondan alınıb atasının yanında saxlanılmasının müəyyən edildiyini, 2020-ci ildə Sevgi və Yəhya yenidən anasının yanına qayıtdığından Həmidənin 2020-ci ilin avqust ayında xx xxxxxxxx 2005-ci ildə doğulmuş oğlu X4 və xx xxxxxx 2019-cu ildə doğulmuş qızı X2 atadan alınıb onun yanında saxlanılması barədə Şərur Rayon Məhkəməsində iddia qaldırdığını və iddianın təmin olunduğunu, bildirmişdir. Yəhya anasının yanına getdikdən sonra işlədiyini, hətta səhər saat 7-də işə gedəndə maşının onu vurduğunu, iki aya yaxındır ki, xəstəxanada olduğunu, tələb olunan məbləğində aliment ödəməsini qəbul etmədiyini, tələb olunan alimentin ödənilməsinin onun maddi imkanı xaricində olduğunu, Dəmiyolunda işlədiyini, 340 manat əməkhaqqı aldığını, əlavə iş olanda həftəsonu işlədiyini, iş olmayanda ancaq əmək haqqısı olduğunu, ikinci dəfə ailə qurduğunu, bir övladının ikinci evlilikdə doğulduğunu, hazırda böyük qızının onunla yaşadığını, iki övladının, özünün, anasının və yoldaşının təminatını ancaq ödədiyini, anasının pensiya aldığını, həm də xadimə işlədiyini, nə qədər əmək haqqı aldığını bilmədiyini bildirib qərar qəbul olunarkən bunların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsidir. Həmin maddəyə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb, həmçinin toplanmış sübutları tədqiq edib onları qiymətləndirərək bir uşaq üçün yaşayış minimumunun ölkə üzrə 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən olunmasını, xx xxxxxxxx 2005-ci il təvəllüdlü X1 və xx xxxxxx 2009-cu il təvəllüdlü X2 hal-hazırda anası İddiaçı himayəsində yaşamasını, uşağın yaşına uyğun olaraq ehtiyacını və həyat şərtlərinə uyğun gündəlik tələbatlarını nəzərə alaraq cavabdehdən hər ay sabit məbləğdə bir uşaq üçün 85 (səksən beş) manat olmaqla iki uşaq üçün ümumilikdə 170 (bir yüz yetmiş) manat miqdarında alimentin müəyyən olunmasını ağlabatan hesab edir və belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 85 (səksən beş) manat olmaqla iki uşaq üçün ümumilikdə 170 (bir yüz yetmiş) manat miqdarında aliment tutularaq xx xxxxxxxx 2005-ci il təvəllüdlü X1 və xx xxxxxx 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalmış hissədə rədd edilməlidir. Məhkəmə iddianın qalan hissəsini rədd edərkən uşaqların saxlanılması vəzifəsinin hər iki valideynin öhdəliyi olduğunu, iddiaçının cavabdehin kifayət qədər qazancının olmasına dair konkret və mötəbər sübutlar təqdim etmədiyini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli Qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsində alimentlərin alınması haqqında qətnamə dərhal icra olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği bu barədə məhkəməyə müraciət olunan vaxtdan-xx.xx.2020-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Lakin həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2020-cu il tarixdən başlayaraq hər ay sabit məbləğdə bir uşaq üçün 85 (səksən beş) manat olmaqla iki uşaq üçün ümumilikdə 170 (bir yüz yetmiş) manat miqdarında aliment tutularaq xx xxxxxxxx 2005-ci il təvəllüdlü X1 və xx xxxxxx 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. Qətnamə dərhal icra olunsun. İddia qalan hissədə rədd edilsin. Cavabdeh iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 17 (on yeddi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1031/2020
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1031/2020
17.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver