Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1049/2024 24.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Qafarova (Kərimova) Nərmin Elman qızının iştirakları ilə, İddiaçı cavabdeh Qafarova (Kərimova) Nərmin Elman qızına qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı cavabdeh Qafarova (Kərimova) Nərmin Elman qızına qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, 24 iyun 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün anası Qafarova (Kərimova) Nərmin Elman qızının aylıq əmək haqqının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini əsaslandıraraq bildirmişdir ki, o cavabdeh Qafarova (Kərimova) Nərmin Elman qızı ilə 19 noyabr 2012-ci il tarixdə Naxçıvan şəhər Nikah Evində nikahlarını rəsmiləşdirib ailə qurmuşdur. Onların həmin nikahdan xx.xx.2013cü il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X8 adlı 3 nəfər övladları doğulmuşdur. Lakin aralarında olan nikah onun iddiası əsasında Naxçıvan şəhər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(078)-754/2023 saylı qətnaməsi ilə pozulmuş həmin qətnaməyə əsasən onların birgə nikahlarından doğulmuş övladlarından Rəna özünün, Vəfa ilə Rəvan isə anaları Qafarova (Kərimova) Nərmin Elman qızının yanında saxlanılmış, o cümlədən də Vəfa ilə Rəvanın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər birinə 130 manat olmaqla cəmi birlikdə 260 manat alimentin ondan tutularaq anaları Qafarova (Kərimova) Nərmin Elman qızının xeyrinə ödənilməsi göstərilmişdir. O həmişə vaxtlı vaxtında uşaqların alimentlərini ödəyir. Lakin həmin vaxt onun maddi imkanı yaxşı olduğundan Nərmindən Rənanın saxlanılması üçün aliment tələb etməmişdir. Nərmin Şərur rayon Kürçülü kənd tam orta məktəbində riyaziyyat-informatika müəlliməsi işləyir, 1100 manata qədər əmək haqqı alır və repetitorluq fəaliyyəti ilə məşğul olub yüksək gəlir əldə edir, maddi imkanı ondan yaxşıdır. O isə hazırda “Cahan” Sənaye Kompleksində sürücü işləyir, aylıq əmək haqqı 385 manatdır. İstəyir ki, Nərmin də onun yanında saxlanılan Rənaya aliment ödəsin. İddiaçı 16 avqust 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə göndərərək, cavabdeh Qafarova (Kərimova) Nərmin Elman qızına qarşı aliment tələbi barədə 12 iyun 2024-cü il tarixli iddia ərizəsi ilə Naxçıvan şəhər Məhkəməsinə müraciət etdiyini, həmin iddia ərizəsində 24 iyun 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün anası Qafarova (Kərimova) Nərmin Elman qızının aylıq əmək haqqının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, lakin iddia tələbini dəyişdirərək Nərminin aylıq əmək haqqının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment deyil, sabit pul məbləğində aliment qət olunmasını istədiyini, odur ki, yuxarıda qeyd edilənləri və MPM-nin 53-cü maddəsinin tələblərini nəzərə alaraq 24 iyun 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün anası Qafarova (Kərimova) Nərmin Elman qızından sabit pul məbləğində hər ay 235 manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(078)-1049/2024 nömrəli qərardadı ilə, İddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizəsinin təmin edilməsi və iddia tələbinə 24 iyun 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün anası Qafarova (Kərimova) Nərmin Elman qızından sabit pul məbləğində hər ay 235 (iki yüz otuz beş) manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi həddində baxılması qərara alınmışdır. Cavabdeh Qafarova (Kərimova) Nərmin Elman qızı 22 avqust 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə qarşı tərəfin iddiasını rədd etdiyini, çünki xx.xx.2013 doğumlu qızı Qafarlı Rəna anadan gəlmə görmə qabiliyyətini itirmiş olduğu üçün dövlət tərəfindən ona 300 manat məbləğində pensiya kəsildiyini, qızı Rənanın maddi cəhətdən öz ehtiyaclarını ödədiyini, qarşı tərəfin qızının əməliyyatla düzələcəyini iddia etsə də bunun yalan olduğunu, çünki qızının sağ gözünün görmə sinirinin anadan gəlmə inkişaf etmədiyini, bunu deməyin bir ana üçün çox ağır olduğunu, amma müalicəsinin mümkün olmadığını, əgər elə bir müalicə olsa canını da verməyə hazır olduğunu, uşağı saxlaya bilmir və öhdəsindən gələ bilmirsə, özünə verməsini istədiyini, uşaqların bir-birlərindən ayrılmalarını istəmədiyini, Rənanın yetkinlik yaşına çatdığını, onun bu dəqiqə ən həssas zamanı olduğunu və onun bu zamanlarını özünün və bacı qardaşının yanında keçirməsinin daha yaxşı olacağını, özünün öhdəliyində 2 uşaq olduğunu, qarşı tərəfin onlara 130 manat məbləğində aliment ödədiyini, ayrıldığı üçün ayrı yaşadığını, uşaqların və evin ehtiyaclarını ancaq təmin etdiyini, aldığı maaşdan başqa gəlir yeri olmadığını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında 24 iyun 2013-cü il təvəllüdlü X1 üçün cavabdehdən aliment istədiyini, özünün cavabdehin yanında qalan uşaqlara aliment ödədiyini, cavabdehin də onun yanında saxlanılan uşağa aliment ödəməli olduğunu, 385 manat əmək haqqı aldığını, 245 manat kredit ödədiyini, uşağın yanında öz istəyi ilə qaldığını, məhkəmə qətnaməsi çıxarkən də eyni əmək haqqı aldığını, maddi vəziyyətinin aşağı düşməsi ilə bağlı sübutu olmadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Qafarova (Kərimova) Nərmin Elman qızı izahatında iddiaçının 2 uşağa 260 manat aliment ödədiyini, ondan isə 1 uşağın saxlanılması üçün 235 manat aliment istədiyini, kredit götürdüyünü, ev tikdiyini, 500 manat əmək haqqı aldığını, onu da ancaq borclarına verdiyini, Rənanın özünün 300 manat pensiya aldığını, maddi təlabatlarını özünün qarşıladığını, uşağa baxa bilmirsə özünə verməsini istədiyini, aliment ödəməyə imkanı olmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki işin materiallarını tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflər arasında 19 noyabr 2012-ci il tarixdə Naxçıvan şəhər Nikah Evində nikah bağlanması, tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X8 adlı övladlarının doğulması, Naxçıvan Şəhər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(078)-754/2023 nömrəli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması və birgə nikahdan doğulan uşaqlardan 24 iyun 2013-cü il təvəllüdlü X9 atası İddiaçı yanında, 12 oktyabr 2015-ci il təvəllüdlü X5 və 08 mart 2017-ci il təvəllüdlü X3 isə anaları Qafarova (Kərimova) Nərmin Elman qızının yanında saxlanılmaları işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(078)-754/2023 nömrəli qətnaməsindən iş üzrə tərəflərin 19 noyabr 2012-ci il tarixdə Naxçıvan şəhər Nikah Evində birgə nikaha daxil olması; -iş materiallarına əlavə olunan Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İİ seriyalı, 859347 nömrəli çıxarışdan iş üzrə tərəflərin 24 iyun 2013-cü il təvəllüdlü X9 adlı övladının olması; -iş materiallarına əlavə olunan Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İİİ seriyalı, 531037 nömrəli çıxarışdan iş üzrə tərəflərin 12 oktyabr 2015-ci il təvəllüdlü X10 adlı övladının olması; -iş materiallarına əlavə olunan Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İİİ seriyalı, 748132 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 08 mart 2017-ci il təvəllüdlü X8 adlı övladının olması; -iş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(078)-754/2023 nömrəli qətnaməsindən İddiaçı ilə Cavabdeh arasında 19 noyabr 2012-ci il tarixdə Naxçıvan şəhər Nikah Evində bağlanmış və nikahın bağlanılması haqqında akt qeydləri kitabında 531 nömrə ilə qeydə alınmış nikahın pozulmasının, tərəflərin birgə nikahından olan 24 iyun 2013-cü il təvəllüdlü X4 atası İddiaçı yanında saxlanılması, tərəflərin birgə nikahından olan 12 oktyabr 2015-ci il təvəllüdlü X5 anası Cavabdeh yanında saxlanılması, tərəflərin birgə nikahından olan 08 mart 2017-ci il təvəllüdlü X3 atası İddiaçı alınaraq anası Cavabdeh verilməsi, tərəflərin birgə nikahından olan 12 oktyabr 2015-ci il təvəllüdlü X5 və 08 mart 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı hər ay bir uşağa 130 (yüz otuz) manat olmaqla, iki uşağa görə 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsinin, 08 mart 2017-ci il təvəllüdlü X6 münasibətdə alimentin tutulmasının uşağın atadan alınıb anaya verildiyi vaxtdan etibarən hesablanmasının, 12 oktyabr 2015-ci il təvəllüdlü X7 münasibətdə alimentin tutulmasının məhkəməyə müraciət edildiyi 23 iyun 2023-cü il tarixdən hesablanmasının qət edilməsi aydın olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi iş üzrə tərəflərinin nəzərinə çatdırmaqdır ki, Naxçıvan Şəhər Məhkəməsinin 30 noyabr 2023cü il tarixli, 2(078)-754/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. İşin mübahisəli halı isə iddiaçının övladı 24 iyun 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Qafarova (Kərimova) Nərmin Elman qızından hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutulmasını tələb etməsidir. İşin bu mübahisəli halının həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Qeyd olunan maddənin tələbindən də göründüyü kimi tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay sabit pul məbləğində aliment müəyyən edilir. Naxçıvan Şəhər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(078)-754/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı və Qafarova (Kərimova) Nərmin Elman qızının birgə nikahlarından doğulmuş uşaqlarından ikisi yəni, 12 oktyabr 2015-ci il təvəllüdlü X10 və 08 mart 2017-ci il təvəllüdlü X8 hazırki iş üzrə cavabdeh Qafarova (Kərimova) Nərmin Elman qızının yanında, 24 iyun 2013-cü il təvəllüdlü X9 isə hazırkı iş üzrə İddiaçı yanında saxlanılmışdır. Həmçinin məhkəmə onu da qeyd edir ki, Naxçıvan Şəhər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(078)-754/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı həmin vaxt məhkəməyə verdiyi izahatında Qafarova (Kərimova) Nərmin Elman qızından aliment tələbinin olmadığını bildirmişdir. Hazırki iddia ərizəsində isə həmin vaxt maddi imkanı yaxşı olduğundan Nərmindən Rənanın saxlanılması üçün aliment tələb etmədiyini qeyd etmişdir. Ancaq qeyd olunan qətnamə qəbul edildikdən sonra maddi vəziyyətinin azalmasını, Qafarova (Kərimova) Nərmin Elman qızından daha az təminatlı olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə iddiaçının diqqətinə çatdırır ki, iş materiallarından da göründüyü kimi hazırda cavabdehin yanında qalan uşaq sayı 2 nəfər iddiaçının yanında qalan isə 1 uşaqdır. Belə olan halda yanında 1 uşaq saxlanılan və 1 il müddətində maddi vəziyyətində azalma olmasını, cavabdehdən daha az təminatlı olmasını sübuta yetirə bilməyən iddiaçının xeyrinə aliment tutulması qanuna uyğun deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən, valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olsa da iddia rədd edildiyindən dövlət rüsumunun ödənilməsi cavabdehə aid edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddiaçı cavabdeh Qafarova (Kərimova) Nərmin Elman qızına qarşı aliment tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı cavabdeh Qafarova (Kərimova) Nərmin Elman qızına qarşı aliment tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1049/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1049/2024
24.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver