Məhkəmə qərarları › İş №2(078)-1056/2020

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1056/2020

24.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1056/2020 24.12.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və Cavabdehnun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-450/2018 nömrəli xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının dəyişdirilərək xx xxx 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay maksimum məbləğdə 170 (bir yüz yetmiş) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflər xx xxxxxxx 2004-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, onların nikahlarından xx xxx 2006-cı il təvəllüdlü X3 adlı övladları doğulmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin müvafiq qətnaməsi əsasında tərəflər arasındakı nikah qeydi pozulmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-380/2009 nömrəli xx xxxxxxx 2009-cu il tarixli məhkəmə əmri ilə cavabdehin aylıq qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsinin aliment qismində tutulması əmr edilmiş, bundan sonra Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 1269/2016 nömrəli xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-380/2009 nömrəli xx xxxxxxx 2009-cu il tarixli məhkəmə əmri ilə müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək cavabdehdən hər ay sabit məbləğdə 100 manat aliment tutulmasının qət olunduğunu, daha sonra Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-450/2018 nömrəli xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1269/2016 nömrəli xx xxxxxxx 2016-cı il tarixli qətnaməsində müəyyən olunmuş aliment miqdarının dəyişdirilərək xx xxx 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət olunmuşdur. İş üzrə İddiaçı məhkəmə baxışı iclasında verdiyi izahatında Cavabdeh ilə xx xxxxxxx 2004-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, nikahlarından xx xxx 2006-cı il təvəllüdlü X3 adlı övladları doğulmuşdur. Münasibətləri tutmadığı üçün məhkəmənin müvafiq qətnaməsi ilə aralarındakı nikah qeydi pozulmuş, boşanmadan sonra övladı onun yanında saxlanılmışdır. Cavabdeh ikinci dəfə ailə qurduqdan sonra Kənanla ümumiyyətlə maraqlanmamışdır. Oğlu 15 yaşındadır və 9-cu sinifdə təhsil alır. Onun təhsili, hazırlıqları kifayət qədər xərc tələb edir. Özü Naxçıvan Şəhər Doğum Mərkəzində tibb bacısı işləyir və 430 manat əmək haqqı alır. Cavabdeh isə həm Naxçıvan Şəhər Televiziyasında işləyir, həm də kafe işlədir. Kifayət qədər gəliri vardır. Övladını 120 manat alimentlə saxlamaqda çətinlik çəkir. Ona görə də tələb olunan aliment məbləğini cavabdehin ödəməyə kifayət qədər imkanı olduğunu diqqətə çatdıraraq sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə baxışı iclasında verdiyi izahatında iddiaçının birgə nikahlarından doğulmuş xx xxx 2006-cı il təvəllüdlü X1 üçün bir neçə dəfə aliment tələbi ilə məhkəməyə müraciət etdiyini, məhkəmənin müvafiq qətnamələri ilə müəyyən olunmuş aliment məbləğini hər ay vaxtlı-vaxtında iddiaçının xeyrinə ödədiyini, özünün ikinci dəfə ailə qurduğunu, iki övladının doğulduğunu, Naxçıvan MR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejisor-operator vəzifəsində işlədiyini, 420 manat əmək haqqı aldığını, bundan başqa dostunun kafesini işlətsə də mövcud pandemiya ilə əlaqədar işin bağlandığını, bir gün işləyirb beş gün işləmədiyini, övladı ilə ayrı yaşasa da, üzərinə düşən atalıq vəzifələrini yerinə yetirdiyini, uşaqla maraqlandığını, iddiaçının dediklərinin düzgün olmadığını, aliment təyin edərək onun işini, əlavə uşaqlarının olmasını nəzərə alaraq qeyd olunanların nəzərə alınaraq müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb, həmçinin toplanmış sübutları tədqiq edib onları qiymətləndirərək hesab edir ki, iddiaçının sabit məbləğdə ifadə olunan alimentin miqdarının artırılması tələbi ilə müraciət etməsi üçün əsası olmuşdur. Belə ki, iddiaçı sonuncu dəfə 2018-ci il tariixdə məhkəməyə müraciət edərək allimentin artırılmasını tələb etmişdir. Məhkəmə 2018-ci il üçün yaşayış minimumunun bir uşaq üçün 117 manat məblığində müəyyən edildiyini və həmin vaxt üçün 120 manat alimentin iddiaçının xeyrinə ödənilməsinin qət edildiyini, 2018ci ildən 2 il müddət keçdiyini, həmin müddət ərzində uşağın gündəlik həyat şərtlərinə uyğun tələbatlarının artmasının istinsa olunmadığını və iddiaçının maddi vəziyyətinin dəyişməsinin mümkün olan hallarını nəzərdən keçirib hesab edir ki, belə olan halda iddiaçının tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə bir uşaq üçün yaşayış minimumunun ölkə üzrə 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən olunmasını, xx xxx 2006-cı il təvəllüdlü X2 hal-hazırda anası İddiaçı himayəsində yaşamasını, uşağın xüsusi qulluq və qidalanmaya ehtiyacını və həyat şərtlərinə uyğun gündəlik tələbatlarını nəzərə alaraq cavabdehdən 150 (bir yüz əlli) manat məbləğində alimentin müəyyən olunmasını ağlabatan hesab edir. Məhkəmə iddianın qalan hissəsini rədd edərkən iddiaçının cavabdehin kifayət qədər qazancının olmasına dair konkret və mötəbər sübutlar təqdim etmədiyini nəzərə alır. Məhkəmə hesab edir ki, hazırki alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.6-cı maddələrinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda- ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən hazırki iş üzrə 12x(150-120)=360 təşkil edir ki, buna görə də iş üzrə Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-450/2018 nömrəli xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. Cavabdeh hər ay sabit məbləğdə 150 (bir yüz əlli) manat miqdarında aliment tutularaq xx xxx 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesabansın. İddia qalan hissədə rədd olunsun. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar