Məhkəmə qərarları › İş №2(078)-106/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-106/2022

10.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-106/2022 10.01.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, 18 fevral 2016-cı il tarixdə doğulmuş övladları X12 və X13 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh sabit məbləğdə hər uşağa 175 (bir yüz yetmiş beş) manat olmaqla ümumilikdə 350 (üç yüz əlli) manat aliment alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə 28 avqust 2015-ci il tarixdə Naxçıvan şəhər Nikah evində rəsmi nikah qeydiyyatından keçməklə evlənib, nikahları nikah akt qeydləri kitabında 381 nömrə ilə qeydiyyatdan keçirilmişdir. Onların birgə nikahlarından 18 fevral 2016-cı il tarixdə əkiz övladları X16 və X12 anadan olmuşlar. İddiaçı Cavabdeh ikinci nikahdan olan arvadıdır. Cavabdeh birinci arvadından iki övladı 01 avqust 2003-cü il təvəllüdlü X15 və 08 mart 2011-ci il təvəllüdlü X14 olub. Cavabdeh birinci arvadı X5 alimentlə bağlı məhkəməyə müraciət edib. 2 (iki) uşağına görə 170 (bir yüz yetmiş) manat olmaqla, 08 fevral 2016-cı il tarixdə 2(078)-133/2016 nömrəli Naxçıvan şəhər Məhkəməsində qətnamə qəbul edilmişdir. Uşaqlarından biri artıq yetkinlik yaşına çatdığından X5 08 oktyabr 2021-ci il tarixli iddia ərizəsi ilə Naxçıvan şəhər Məhkəməsinə müraciət edərək 08 mart 2011ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatanadək hər ay sabit məbləğdə 175 (bir yüz yetmiş beş) manat alimentin Cavabdeh alınaraq ona ödənilməsini xahiş etmişdir. Həmin iddia ərizəsi məhkəmənin icraatındadır. Hazırda Cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mühafizə bölməsində mülkü mühafizə vəzifəsində işləyir və aylıq əmək haqqı 332 (üç yüz otuz iki) manat təşkil edir. Həmin əmək haqqından birinci arvadından olan uşağına yeni aliment ödəyəcək. O, bütün qayğısını o uşağına ayırıb. İşləmədiyi müddətdə Cavabdeh aliment borcu yaranıb. Bankdan pul götürüb ona ödəyir. İddiaçı özü də dolana bilmədiyindən bankdan 5000 (beş min) manat kredit götürmüş və hər ay 191 (bir yüz doxsan bir) manat, 18 qəpik banka pul ödəyir. Cavabdeh onunla olan nikahdan doğulmuş 2 (iki) əkiz oğluna baxmır. O isə uşaqlarını təkbaşına saxlaya bilmir. Bu səbəbdən də Cavabdeh Oqtay oğlundan uşaqlarının (eyni zamanda ailəsinin) maddi məsrəflərini və onların gələcəkdə normal yaşamağını təmin etmək üçün yetkinlik yaşına çatanadək, ana himayəsində qalmağını nəzərə alıb, 18 fevral 2016-cı il tarixdə doğulmuş əkiz övladları X6 və X13 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün sabit məbləğdə hər uşağa 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat alimentin cavabdehdən alınıb iddiaçıya ödənilməsini istəyir. Məhkəmə iclasında izahat verən İddiaçı izahatında Cavabdeh ilə 28 avqust 2015-ci il tarixdə Naxçıvan şəhər Nikah evində rəsmi nikah qeydiyyatından keçməklə evləndiyini, nikahlarının nikah akt qeydləri kitabında 381 nömrə ilə qeydiyyatdan keçirildiyini, onların birgə nikahlarından 18 fevral 2016-cı il tarixdə əkiz övladları X16 və X6 anadan olduqlarını, iddiaçının Cavabdeh ikinci nikahdan olan arvadı olduğunu, Cavabdeh birinci arvadından iki övladı-01 avqust 2003-cü il təvəllüdlü X10 və 08 mart 2011-ci il təvəllüdlü X8 olduğunu, Cavabdeh birinci arvadı X3 alimentlə bağlı məhkəməyə müraciət etdiyini, yetkinlik yaşına çatmayan övladı üçün nəzərədə tutulmuş alimentin artırılmasını tələb etdiyini, həmin iddiaya baxılaraq alimentin məbləğinin artırıldığını, hazırda cavabdehin aylıq əmək haqqının 332 (üç yüz otuz iki) manat təşkil etdiyini, həmin əmək haqqından birinci arvadından olan uşağına yeni aliment ödəyəcəyini, onun bütün qayğısını o uşağına ayırdığını, işləmədiyi müddətdə Cavabdeh aliment borcu yarandığını, bankdan pul götürüb ona ödədiyini, ona görə də cavabdehin aldığı əmək haqqı ilə onun uşaqlarının ehtiyaclarını qarşılaya bilmədiyini, özünün də dolana bilmədiyindən bankdan 5000 (beş min) manat kredit götürdüyünü və hər ay 191 (bir yüz doxsan bir) manat banka pul ödədiyini, Cavabdeh onunla olan nikahdan doğulmuş 2 oğluna baxmadığını, onun isə uşaqlarını təkbaşına saxlaya bilmədiyini, özünün də əmək haqqının az olduğunu, hazırda cavabdehlə ayrı yaşadıqlarını, uşaqlarının öz yanında qaldıqlarını, bu səbəbdən də cavabdehdən övladlarının saxlanılması üçün aliment tələb etdiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh izahatında İddiaçı ilə 28 avqust 2015-ci il tarixdə Naxçıvan şəhər Nikah evində rəsmi nikah qeydiyyatından keçməklə evləndiyini, nikahlarının nikah akt qeydləri kitabında 381 nömrə ilə qeydiyyatdan keçirildiyini, onların birgə nikahlarından 18 fevral 2016-cı il tarixdə əkiz övladları X16 və X6 anadan olduqlarını, ilk evliliyindən olan uşaqlarına aliment ödədiyini, bankdan kredit götürüb aliment borcuna ödədiyini, özünün əmək haqqının 332 (üç yüz otuz iki) manat olduğunu, bu əmək haqqı ilə uşaqlarına baxmaqda çətinlik çəkdiyini, ilk evliliyndən olan uşaqlarından birinin yetkinlik yaşına çatdığını, digərinə ödədiyi alimentin isə məhkəmə qətnaməsi əsasında artırıldığını, ona 120 (yüz iyirmi) manat aliment təyin edildiyini, hazırda əkiz övladlarının saxlanılması üçün də eyni məbləğdə fərq qoyulmadan aliment təyin edilməli olduğunu, ancaq əmək haqqının bunu ödəməyə kifayət etməyəcəyini, özünün də təminatları olduğunu, bankdan götürdüyü kredit borcunu da hər ay ödədiyini, ancaq bütün bu xərclər üçün kifayət edəcək əmək haqqı almadığını, iddiaçı ilə hazırda ayrı yaşadıqlarını, uşaqlarının iddiaçının yanında yaşadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki işin materiallarını tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflərin arasında 28 avqust 2015-ci ildə nikahın bağlanması, onların birgə nikahından 18 fevral 2016-cı il tarixdə övladları X16 və X12 adlı övladlarının doğulması, tərəflərin hazırda ayrı yaşamaları və onların birgə nikahdan doğulan uşaqlarının hazırda analarının yanında qalmaları işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 28 avqust 2015-ci il tarixli, AZ-İİ seriyalı, 068379 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Cavabdeh ilə X4 arasında 28 avqust 2015-ci il tarixdə nikahın bağlanması, həmin tarixdə bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 381 nömrə ilə qeyd edilməsi, nikahın bağlanması zamanı iddiaçının özünə cavabdehin soyadını, yəni “Ağayeva” soyadını seçməsi; -iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 15 aprel 2016-cı tarixli, AZ-İİİ seriyalı, 535682 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 18 fevral 2016-cı il təvəllüdlü X12 adlı övladlarının olması; -iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 15 aprel 2016-cı tarixli, AZ-İİİ seriyalı, 535683 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 18 fevral 2016-cı il təvəllüdlü X16 adlı övladlarının olması; -iş üzrə iddiaçının və cavabdehin məhkəmə iclası zamanı verdiyi izahatından iddiaçı və cavabdehin hazırda ayrı yaşamaları, birgə nikahlarından olan övladları X13 və X6 hazırda anaları ilə birlikdə yaşamaları aydın olur. İşin mübahisəli halı isə iddiaçının tələb etdiyi alimentin miqdarı ilə bağlıdır. Belə ki, iddiaçı iddia ərizəsində övladları X13 və X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay cavabdehdən sabit məbləğdə hər uşağa 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat alimentin tutulmasını tələb etmişdir. İşin bu mübahisəli halının həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, iş üzrə tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin əvvəlki nikahından olan övladına aliment ödəməsini, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqların iddiaçının yanında qalmaları, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu vaxt ərzində iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hər bir uşaq üçün yaşayış minimumu kimi müəyyən edilən məbləğin yarısından çoxunun – yəni hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. İddiaçının tələbi 2021-ci il üçün müəyyən edilmiş yaşayış minimumu həddində alimentin təyin olunması ilə bağlı olsa da, məhkəmə alimentin yaşayış minimumu həddində yəni 175 manat məbləğində təyin edilməsinin qeyri mümkünlüyünü onunla izah edir ki, İddiaçı alimentin sabit pul məbləğində tutulmasının miqdarı ilə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir, həmçinin yuxarıda qeyd edilən maddi hüquq normalarının mahiyyətindən də aydın olduğu kimi uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir, yəni hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər şəkildə öhdəlik daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, İddiaçı mövcud iddia tələbi ilə Naxçıvan Şəhər Məhkəməsinə “23” noyabr 2021-ci il tarixdə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Mülki Prosessual Məcəllənin 112.1 və 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi aliment tələbi ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin iddia üzrə bir il ərzində ödəmənin məcmusu 1000 manatdan çox olduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 48.80 (qırx səkkiz manat səksən qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -“23” noyabr 2021-ci il tarixdən hesablanmaqla, 18 fevral 2016-cı il tarixdə doğulmuş X6 və 18 fevral 2016-cı il tarixdə doğulmuş X13 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat miqdarında aliment tutularaq, İddiaçı ödənilməli; -Cavabdeh 48.80 (qırx səkkiz manat səksən qəpik) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməli; -qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. 23 noyabr 2021-ci il tarixdən hesablanmaqla, 18 fevral 2016-cı il tarixdə doğulmuş X6 və 18 fevral 2016-cı il tarixdə doğulmuş X13 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat miqdarında aliment tutularaq, İddiaçı ödənilsin. Cavabdeh 48.80 (qırx səkkiz manat səksən qəpik) manat miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar