Məhkəmə qərarları › İş №2(078)-1077/2020

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(078)-1077/2020

10.12.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Naxçıvan şəhəri İş № 2(078)-1077/2020 10.12.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, kreditor X2 Borclu qarşı borcun ödənilməsi haqqında məhkəmə əmri çıxarılmasına dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: X1 Nuru Həbib oğluna qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx xxx 1975-ci ildə ünvan 1 ünvanında pasport qeydiyyatında olan Borclu xx xxx 2018-ci il tarixli müqavilə üzrə 900 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 920 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditor ərizəsini onunla əsaslandırmışdır ki, Borclu ilə aralarında bağlanmış xx xxx 2018-ci il tarixli Malın nisyə satılması haqqında Alqı-satqı Müqaviləsinə əsasən Borclu kreditordan 1 ədəd dəyəri 900 manat olan Samsung Galaxy A5-2017 SM-A520 black markalı mobil telefon əldə etmiş, lakin borclu borcunu ödəməkdən imtina etmişdir. Nəticədə borclunun 900 (doqquz yüz) manat məbləğində əsas borcu yaranmışdır. Ərizəyə əlavə olunmuş xx xxx 2018-ci il tarixli, FSK277 nömrəli Malın nisyə satılması haqqında Alqı-satqı Müqaviləsindən aydın olur ki, həqiqətən həmin tarixdə kreditor X3 ilə Borclu arasında Malın nisyə satılması haqqında Alqı-satqı Müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Malın nisyə satılması haqqında Alqı-satqı Müqaviləsinin 1.1-ci və 2.3-cü bəndlərinin tələblərinə əsasən, satıcı bu müqavilənin 2.3-cü bəndində göstərilən əşyanı (avadanlığı) alıcıya verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində bu müqavilənin 2.2-ci bəndində müəyyən edilmiş qaydada və müddətdə satıcıya müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əmlakın təsviri: Samsung A5-2017 SM-A520 black. Qiyməti: 900 AZN. Alıcı 900 manatı hər ay 75 AZN olmaqla 12 ay müddətinə satıcıya ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. 276.2.2-ci maddəsinə əsasən, tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa, məhkəmə əmri verilə bilər. 280-ci maddəsinə əsasən, məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinləmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditor X2 tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də, həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Kreditorun ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu borcludan kreditorun xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq əmr e t d i m: xx xxx 1975-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu xx xxxxxx 1996-cı il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan və ünvan 4 ünvanında fəaliyyət göstərən X2 xeyrinə 900 (doqquz yüz) manat məbləğində əsas borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 920 (doqquz yüz iyirmi) manat məbləğində pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar