Məhkəmə qərarları › İş №2(078)-1080/2020

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(078)-1080/2020

10.12.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Naxçıvan şəhəri İş № 2(078)-1080/2020 10.12.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, ünvan 1 ünvanında yerləşən kreditor «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı borcun ödənilməsi barədə məhkəmə əmri çıxarılmasına dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Borclu qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1979-cu ildə ünvan 2 ünvanında pasport qeydiyyatında olan Borclu xx xxx 2019-cu il tarixli müqavilə üzrə 2400 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2420 manat məbləğində pul vəsaitinin alınaraq kreditor «xxxx» MMC-yə ödənilməsi barədə məhkəmə əmri qəbul edilməsini xahiş etmişdir. Kreditor ərizəsini onunla əsaslandırmışdır ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Borclu arasında bağlanmış müqaviləyə əsasən borclu kreditordan 1 ədəd dəyəri 2400 manat olan İPhone 8 plus 64 gb red markalı mobil telefon əldə etmişdir. Lakin borclu müqavilə üzrə borcunu ödəməkdən imtina etmişdir. Nəticədə borclunun 2400 (iki min dörd yüz) manat məbləğində əsas borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən kreditor «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Borclu arasında xx xxx 2019-cu il tarixdə Malın nisyə satılması haqqında Alqı-satqı Müqaviləsi imzalanmışdır. xx xxx 2019-cu il tarixli, FSK2546 saylı Malın nisyə satılması haqqında Alqı-satqı Müqaviləsinin 1.1-ci və 2.3-cü bəndlərinin tələblərinə əsasən, satıcı bu müqavilənin 2.3-cü bəndində göstərilən əşyanı (avadanlığı) alıcıya verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində bu müqavilənin 2.2-ci bəndində müəyyən edilmiş qaydada və müddətdə satıcıya müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əmlakın təsviri: İPhone 8 plus 64 gb red. Qiyməti: 2400 AZN. Alıcı 2400 manatı hər ay 160 AZN olmaqla 15 ay müddətinə satıcıya ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. 276.2.2-ci maddəsinə əsasən, tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa, məhkəmə əmri verilə bilər. 280-ci maddəsinə əsasən, məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinləmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditor «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də, həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Kreditorun ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu borcludan kreditor təşkilatın xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq ə m r e t d i m: xx xxxxxx 1979-cu il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan Borclu «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 2400 (iki min dörd yüz) manat məbləğində əsas borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2420 (iki min dörd yüz iyirmi) manat məbləğində pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar