Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Naxçıvan şəhəri İş № 2(078)-1081/2020 11.12.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti bina 24-də yerləşən kreditor “xxxx” MMC-nin Borclu qarşı borcun qaytarılması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Kreditor “xxxx” MMC məhkəməyə ərizə ilə müraciət edərək xx xxxxx 1972-ci ildə ünvan 1 ünvanında pasport qeydiyyatında olan Borclu xx xxxx 2019-cu il tarixli müqavilə üzrə 750 manat məbləğində əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 770 (yeddi yüz yetmiş) manat məbləğində pul vəsaitinin alınaraq kreditor “xxxx” MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş xx xxxx 2019-cu il tarixli FSK2348 saylı malın nisyə satılması haqqında alqı-satqı müqaviləsindən aydın olur ki, həqiqətən həmin tarixdə alıcı Borclu ilə kreditor “xxxx” MMC arasında kredit müqaviləsi imzalanmış, Borclu “xxxx” MMC-dən kredit yolu ilə dəyəri 1324 (bir min üç yüz iyirmi dörd) manat olan TV LG LK 6100 markalı televizoru hər ay 68 manat olmaqla 18 ay müddətinə “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minmiş və tərəflər öz öhdəliklərini tamamilə yerinə yetirənədək qüvvədədir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli 318/20 nömrəli maliyyə arayışına əsasən Borclu xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən 750 (yeddi yüz əlli) manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 824/20 nömrəli pretenziya məktubunun surətindən məlum olur ki, həmin tarixdə Borclu borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışa əsasən Borclu ünvan 2 mənzil 19 ünvanında qeydiyyatdadır. Məhkəmə hesab edir ki, kreditorun ərizəsi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Həmin məcəllənin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinləmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditor “xxxx” MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, “xxxx” MMC-nin nümayəndəsi X2 tərəfindən xx.xx.2020-ci il tarixdə ********* nömrəli qəbzlə Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökümət Ödəniş Portalına ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Borclu alınaraq kreditor təşkilata qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281, 282-ci maddələrini rəhbər tutaraq, ə m r e t d i m: xx xxxxx 1972-ci ildə ünvan 1 ünvanında pasport qeydiyyatında olan Borclu xx xxxx 2019cu il tarixli müqavilə üzrə 750 (yeddi yüz) manat məbləğində borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 770 (yeddi yüz yetmiş) manat məbləğində pul vəsaiti alınaraq kreditor “xxxx” MMC-yə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-1081/2020
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(078)-1081/2020
11.12.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver