Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1118/2021 12.10.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qazancdan (başqa gəlirlərdən) aliment tutulması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07 noyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, Cavabdeh ilə 09 iyul 2018-ci il tarixdə nikah bağlayaraq ailə həyatı qurduğunu, birgə nikahlarından 07 noyabr 2019-cu il təvəllüdlü X1 doğulduğunu, cavabdehin uşağın saxlanılmasında iştirak etmədiyini, hal-hazırda yetkinlik yaşına çatmayan övladı 07 noyabr 2019-cu il təvəllüdlü X1 onun himayəsində, onunla birlikdə yaşadığını, uşağını təkbaşına böyütdüyünü, Cavabdeh uşağına heç bir maddi köməklik göstərmədiyini, övladının saxlanılması üçün bu günədək heç bir köməklik etmədiyini, uşağının saxlanması üçün aliment ödəmədiyini, uşağına yalnız özünün baxdığını, amma uşağının maddi təminatını artıq ödəməkdə çətinliklər çəkdiyini, uşağın onun saxlanmasına, müalicəsinə və digər xərclərinə pul lazım olan yaş həddində olduğunu, tək qadın olaraq bunların öhdəsindən yalnız başına gəlməkdə əziyyət çəkdiyini, hal-hazırda övladının saxlanması üçün maddi köməkliyə ehtiyacının olduğunu, cavabdehin hazırda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində mühasib vəzifəsində işlədiyini, 600 (altı yüz) manatdan artıq aylıq qazanc əldə etdiyini, bu günki gün hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin bir uşağın saxlanması üçün yetərli olacağını və cavabdehin də bu məbləği ödəmək imkanının olduğunu hesab etdiyini, hazırda atası evində yaşadığını, cavabdehlə 20 gündür ayrıldıqlarını, məhkəmədə boşanma işlərinin olduğunu göstərərək, Cavabdeh 07 noyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh iddianı qəbul etdiyini, alimentin uşağın haqqı olduğunu, uşağına baxacağını, onun maddiyatı üçün əlindən gələni edəcəyini, işlədiyini, əmək haqqı aldığını, iddianın təmin edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş: AZ-İ seriyalı, 946602 nömrəli nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, Cavabdeh ilə X4 arasında 09 iyul 2018-ci il tarixdə Naxçıvan şəhər Nikah Evində nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 222 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Hüseynli” soyadı verilmişdir. AZ-İV seriyalı, 168011 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, iş üzrə tərəflərin 07 noyabr 2019-cu il tarixdə X3 adlı uşaqları doğulmuşdur. Məhkəmə iş üzrə izahatlara, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda, bir uşağa görə məhkəmə tərəfindən hər ay valideynin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə, Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu 21 sentyabr 2021-ci il tarixdən hesablanmaqla, hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq, 07 noyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün anası İddiaçı ödənilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyinə və iddia da tam təmin edildiyinə görə, 30 (otuz) manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 21 sentyabr 2021-ci il tarixdən hesablanmaqla, hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq, 07 noyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün anası İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-1118/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1118/2021
12.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver