Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1152/2023 29.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X7 məhkəmə iclas katibliyi, iddiaçının vəkili və nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10 may 2007-ci il təvəllüdlü X6, 11 iyul 2011-ci il təvəllüdlü X2 və 25 sentyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər birinə 220 (iki yüz iyirmi) manat olmaqla, üç uşağa birlikdə cəmi 660 (altı yüz üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsibarədəqətnamə qəbul edilməsinixahiş etmişdir. İddiaçı məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclasına gəlməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə baxış iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi qismində izahat verən X11 iddianı müdafiə edərək, iddiaçının Cavabdeh ilə 02 avqust 2006-cı il tarixdə nikahı rəsmiləşdirib ailə qurduğunu,həmin nikahdan 10 may 2007-ci il təvəllüdlü X6,11 iyul 2011ci il təvəllüdlü X2 və 25 sentyabr 2014-cü il təvəllüdlü X3 doğulduğunu, tərəflərin ailə qurduqları ilk vaxtlardan xasiyyətləritutmadığından yola gedə bilmədiklərini, Cəlaləddinin ailə-uşağına qarşı çox laqeyd yanaşdığını, işləyib qazancını evə gətirmədiyini, evin problemləri ilə maraqlanmadığını, ancaq özü üçün öz həyatını yaşadığını, 2022-ci ilin aprelindəndir ki, tərəflərin ayrıldıqlarını, ayrı-ayrı ünvanlarda yaşadıqlarını, ayrı yaşadıqları bu müddətdə bir dəfə də olsun cavabdehin nə özü, nə də ki yaxınları tərəfindən uşaqlara hər hansı bir maddi köməklik göstərilmədiyini, ona görə də, iddiaçınınhər üç övladıonun yanında qaldıqları üçün onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün sabit məbləğdə aliment müəyyən edilməsini istədiyini, hal-hazırda iddiaçının işləsə də, qazancının elə də yüksək olmadığını, bu səbəbdən də, iddiaçının maddi imkanının yaxşı olmadığını, uşaqlar onların təhsilinə, təliminə və digər xərclərinə pul lazım olanyaş həddində olduğunu, iddiaçının aldığı əmək haqqının buna yetmədiyini, tək qadın olaraq iddiaçının bunun öhdəsindən gəlməkdə çətinlik çəkdiyini, hər bir əşyanın qiymətində artım müşahidə olunduğunu və bunun da iddiaçının ailə büdcəsinə təsir etdiyini, uşaqların yaşı artdıqca xərclərinin də artdığını, uşaqların artıq böyüdüklərini və ona görə də məsrəflərinin yetərincə artdığını,bunları nəzərə alaraq, Cavabdeh 10 may 2007-ci il təvəllüdlü X6, 11 iyul 2011-ci il təvəllüdlü X2 və 25 sentyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər birinə 220 (iki yüz iyirmi) manat olmaqla, üç uşağa birlikdə cəmi 660 (altı yüz üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq idiaçıya ödənilməsibarədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehna məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə olunmuş: AZ-İ seriyalı, 175088 nömrəli nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən,Cavabdeh ilə QalayevaSevda Heydər qızı arasında 02 avqust 2006-cı il tarixdə Babək rayon Şəkərabad kənd İcra Nümayəndəliyində nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 03 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Məmmədova” soyadı verilmişdir. AZ-İ seriyalı, 794742 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən,iş üzrə tərəflərin 10 may 2007-ci il tarixdə X4 uşaqları doğulmuşdur. AZ-İİ seriyalı, 665169 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən,iş üzrə tərəflərin 11 iyul 2011-ci il tarixdə X1 uşaqları doğulmuşdur. AZ-İİİ seriyalı, 303575 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən,iş üzrə tərəflərin 25 sentyabr 2014-cü il tarixdə X8 adlı uşaqları doğulmuşdur. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatına və iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İnsan Hüquqları üzrə Avropa MəhkəməsiElsholzun işi üzrə qeyd etmişdir ki, “uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlıq yaratmaq zəruridir. Məhkəmə belə qərara gələrkən uşağın maraqlarına xüsusi əhəmiyyət verir. Çünki uşağın maraqları öz təbiətinə və əhəmiyyətinə görə valideynlərin maraqlarından üstündür”... ( Elsholz, 50). Məhkəmənin Brondanın işi üzrə qərarına görə “Şübhəsiz ki, hər bir işdə uşağın daha üstün maraqlarına cavab verən hallar həlledici rol oynamalıdır”. (Bronda, 59) Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilir:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq, konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə, müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Ailə qanunvericiliyində aliment ödənilməsinin iki qaydası müəyyən edilmişdir: - könüllü - uşaqları saxlamaq barədə saziş əsasında (aliment ödənilməsi barədə saziş); - məcburi - məhkəmə qərarı əsasında. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə ilk növbədə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Göründüyü kimi, yuxarıda sadalanan bütün qanunvericilik normaları uşağın üstün maraqlarını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında həmçinin qeyd edilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə, iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu03 avqust 2023-cü il tarixdən hesablanmaqla, 10 may 2007-ci il təvəllüdlü X6, 11 iyul 2011-ci il təvəllüdlü X2 və 25 sentyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa 170 (yüz yetmiş) manat olmaqla, üç uşağa görə cəmi 510 (beş yüz on) manat miqdarında aliment tutularaq, anaları İddiaçı verilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iş üzrə sübutlarla təsdiq olunur ki, iş üzrə tərəflərin birgə nikahlarından10 may 2007-ci il təvəllüdlü X10, 11 iyul 2011-ci il təvəllüdlü X9 və 25 sentyabr 2014-cü il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur.İş üzrə tərəflərin yetkinlik yaşına çatmış uşaqları anaları- iş üzrə iddiaçı ilə birlikdə yaşayır. İş üzrə iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etmişdir. Ona görə də, aliment sabit pul məbləğində müəyyənedilməlidir. Məhkəmə iddianı qismən təmin edərkən onu nəzərə alır ki, valideynlərin hər ikisi uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyinə və iddia da qisməntəmin edildiyinəgörə,iddianın təmin edilmiş hissəsinə mütənasib olan 81.20 (səksən bir manat iyirmi qəpik) manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi:
İddia qismən təmin edilsin. 03 avqust 2023-cü il tarixdən hesablanmaqla, 10 may 2007-ci il təvəllüdlü X6, 11 iyul 2011-ci il təvəllüdlü X2 və 25 sentyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa 170 (yüz yetmiş) manat olmaqla, üç uşağa görə cəmi 510 (beş yüz on) manat miqdarında aliment tutularaq, anaları İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 81.20 (səksən bir manat iyirmi qəpik) manat dövlət rüsumu alınaraq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Qabil Məmmədov.