Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1171/2025 29.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ərizəsi üzrə QƏTNAMƏ (Açar sözlər: aliment tələbi) Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 23 may 2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdehin qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə nikahlarını Naxçıvan şəhər 1 saylı nikah evində rəsmiləşdirmişlər. Birgə nikahdan bir övladları xx.xx.2023-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. 2024-cü ilin iyun ayından Taledən ayrı atasının evində yaşayır. Övladının ehtiyacını valideynlərinin köməyi ilə ödəyir cavabdeh isə ona heç bir maddi yardım etmir. Təkbaşına övladının təlabatını qarşılamaq çox çətindir. Özü uşağa görə işləyə bilmir. Cavabdeh bir uşağın tələbatını ödəmək üçün kifayət edəcək qədər əmək haqqı alır. Cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşaq üçün cavabdehin qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tələb edir. Məhkəməyə müraciət etməzdən əvvəl Mediasiya Təşkilatına müraciət olunsa da cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Bu barədə Mediasiya Təşkilatı tərəfindən müyafiq arayış da verilmişdir.
3. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə, Ailə Məcəlləsinin 75.1, 76, 77-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə etdiyini, cavabdehin heç bir maddi yardım göstərmədiyini, uşağa ana və atasının köməkliyi ilə baxdığını və heç bir yerdə çalışmadığını bildirərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir.
6. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Sübutların tədqiqi:
7. İş materiallarında olan Nikah haqqında Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və İddiaçı Naxçıvan Şəhər 1 saylı Nikah Evində rəsmi nikah qeydiyyatdan keçməklə ailə həyatı qurmuşlar və nikahları akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 248 nömrə ilə qeydə alınmışdır.
8. İş materiallarında olan Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş 28 noyabr 2024cü il tarixli 788990 nömrəli çıxarışdan görünür ki, X5 23 may 2023-cü ildə anadan olmuş, doğumu akt qeydləri kitabında xx.xx.2023-cü il tarixində 279 nömrə ilə qeydə alınmış, çıxarışda atası qrafasında atasının Cavabdeh, anasının İddiaçı olduğu qeyd olunmuşdur.
9. İş materiallarında olan X2 ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 28 noyabr 2024-cü il tarixli, MŞN/24-İ-01578 nömrəli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir.
Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:
10. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
Uşaq hüquqları haqqında Konvensiya:
11. Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin.
12. Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.
13. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu:
14. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
15. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
16. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
17. Həmin Qanununun 19-cu maddəsinə əsasən alideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:
18. Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.
19. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
20. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1); Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər (75.2); Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər (75.3); Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur(75.4).
21. Maddə 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur.
22. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
23. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 217.4. Hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Maddə 217.3. Qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır.
27. Maddə 234.2.1. Şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən, alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
Məhkəmənin mövqeyi:
28. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir.
29. Məhkəmə ilk növbədə qeyd edir ki, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər.
30. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı).
31. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı iddia tələbində bir uşağa görə cavabdehdən qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulmasını xahiş etsə də, Ailə Qanunvericiliyi bir uşağa görə tutulan alimentin miqdarını qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında müəyyən etmişdir.
32. Beləliklə məhkəmə, tərəflərin yetkinlik yaşına çatmamış uşaqların təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqların saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini, iddiaçının diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, 23 may 2023-cü il təvəllüdlü X1 üçün cavabdehin qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulmalıdır.
33. İşdən göründüyü kimi iddiaçı məhkəməyə xx.xx.2025-ci ildə müraciət etdiyindən alimentin tutulma müddətinin əvvəli Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən hesablanmalıdır.
34. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir.
35. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar.
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
37. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi aliment tələbi ilə bağlı olduğundan, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, cavabdehin isə dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən və iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 32 (otuz iki) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.
38. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi: İddia qismən təmin edilsin. 04 avqust 2025-ci il tarixdən hesablanmaqla, 23 may 2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdehin qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Cavabdeh iddianın təmin edilmiş hissəsinə uyğun olaraq olaraq 32 (otuz iki) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Aslan Heydarov.