Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-120/2023 02.03.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddia tələbini müdafiə edərək, Naxçıvan şəhər sakini X4 3 övladının- X12, Cavabdeh, Nurməmmədova (Talıbova) Günay Fazil qızı olduğunu, atasının övladı Cavabdeh Naxçıvan şəhərində yaşayış binasının tikilməsinə və minik avtomobilinin alınmasına xeyli miqdarda vəsait qoyduğunu, 2022-ci ildə səhhətində yaranan problemlərlə əlaqədar həkimlərin onun Bakı şəhərində cərrahi əməliyyat olunmasını tövsiyyə etdiklərini, atasının və anası X2 haliyyədə heç yerdə işləmədiklərini və əlavə gəlirlərinin olmadığını, atasının övladı Cavabdeh ona aid minik maşının satılmasını və alınacaq pulun onun cərrahi əməliyyatına sərf olunmasını xahiş etdiyini, cavabdeh əvvəl bununla razılaşsa da, sonradan həmin maşının satılması fikrindən daşınanda atası ilə Namiq arasında münaqişə baş verdiyini, onun atasına qarşı hörmətsizlik etməkdən belə çəkinmədiyini, özünün bir övladı kimi Namiqin atasına qayğı göstərməsini tələb edəndə Namiqin ona və ailəsinə düşmən kəsildiyini, bu gün də ayrı-ayrı ictimai yerlərdə, sosial şəbəkələrdə ləyaqətlərini hədəf aldığını, dəfələrlə xəbərdarlıqlardan nəticə çıxarmadığından işin məhkəmədə araşdırılması zərurətinin yarandığını, cavabdehin ictimai yerlərdə, sosial şəbəkələrdə ləyaqətini alçaldan ifadələr işlətməklə ona mənəvi təsir etdiyini, xəbərdarlıq etməyinə baxmayaraq davam etdiyini, Namiqin müxtəlif adlar altında sosial şəbəkədə ailəsi haqqında yaydığı rüsvayedici sözlərin onda bərpaolunmaz stress və həyacan yaratdığını, həkim müdaxiləsinə məruz qaldığından körpə övladı Məryəmin səhhətində problem yarandığını, Namiqin bu gün də eyni təhqiredici yazıları sosial şəbəkələrdə davam etdirdiyini, Namiq yazıları tik-tok və instaqramda yazdığından hər kəsin izlədiyini, onu və ailəsini tanıyanların yanında rüsvay olduqlarını, atasının və özünün hazırda xəstəlik tapdıqlarını, müalicə aldıqlarını, Namiqin yoldaşı ilə birlikdə bu rüsvayedici məlumatları paylaşdıqlarını, buna Namiqin şərait yaratdığını, yoldaşının da etdiyini, ailəsini rüsvay etdiklərini, uşaqları haqqında “böyüyəndə ana, ata, baba qatili, narkoman olacaqlar” yazdıqlarını, atasını tanımayan bic balalar, böyüyəndə analarının küçə qadını olduğunu biləcəklərini yazdıqlarını, körpə qızı haqqında böyüyəndə pis yola salıb pul qazanacaqsınız kimi sözlər yazdıqlarını, bu yazıları tik-tokda yazdıqlarından məhdudiyyətsiz olaraq hərkəsin görə bildiyini, qohumların, onları tanıyan hər kəsin, uşaqların məktəb müəllimələrinin bu yazıları görüb ona zəng edib nə olduğunu soruşduqlarını, həmin yazıları atasının, baldızının əri Rahibin gördüyünü, bu səbəbdən xəstəxanada qeydiyyatdan keçib müalicə aldığını, təqdim etdiyi CD-lərdə Namiqin yoldaşının onun barəsində təhqiredici məlumatları tik-tokda paylaşması və Namiqin onları hədələməsi barədə səs yazılarının olduğunu, qardaşı Faiqin telefon aparatında danışıqlar yazıldığından qulaq asanda Namiqin onları hədələdiyini eşitdiyini, ona görə də, CD-yə köçürdüyünü, hədələməklə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etmədiyini, məhkəməyə müraciət etdiyindən təqdim etdiyini göstərərək, Cavabdeh mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh iddianı qəbul etməyərək, Günayın dediklərinin hamısının əsassız olduğunu, övladlarına ata-anasının adını qoyduğundan bunların narahat olduğunu, atasının evindən onları çıxardıqlarını, kirayə qalmağa getdiklərini, Günayın onun yoldaşının arxasına kişi düşüb gəzir deyə söz yaydığını, yoldaşının arxasında durduğuna görə atasının aldığı maşını ondan istədiyini, beləcə problem başladığını, yoldaşının dözmədiyini, 102 xidmətinə zəng edib qaynatası və baldızının şər atmasını bildirdiyini, sahə inspektorunun gəlib izahatlarını aldıqdan sonra neyləmək istəyirsən, oğlunun ailəsini dağıtmaq istəyirsən dedikdə Allah şeytana lənət eləsin dediyini, həmin vaxtdan problem yarandığını, Günayın yalan dediyini, anasının yanına məsələni deməyə getdiyini, Günayın gəldiyini, aranı qarışdırdığını, qışqıra-qışqıra çölə çıxdığını, hətta oğlunun bıçaq götürüb üstünə gəldiyini, bıçağı əlindən aldığını, Günayın yoldaşının üstünə gəlib ona hədə-qorxu gəldiyini, problem yaradan adam olmadığını, Günayın bacıya yaraşmayan hərəkətlər edib gizli səhifə yaradıb onun körpə qızı haqqında nalayiq sözlər yazdığından dözə bilməyib qarşılıqlı olaraq cavab verdiyini, Günayın onun yoldaşının adına gizli səhifə açdığından ona qarşılıq verdiyini, bunların təsdiqini məhkəməyə təqdim etdiyini, Günayın psixoloji problemi yarandığını dediyini, onun əvvəldən xəstəliyinin olduğunu, Günayın uşağının adını sosial şəbəkədə çəkmədiyini, birinci Günayın başladığını, özünün də ona cavab verdiyini, Günayın atasını ona düşmən etdiyini, atasını çox istədiyini, canını istəsə verə biləcəyini, atasının xəstəliyinin olmadığını, Günayın onu qızışdırdığını, atasının gəlib avtomobilinin şüşəsini sındırdığını, onlardan uzaq durmasını istədiyini, yazıları tik-tokda və instagramda yazdığını, yazdığı məlumatlar ilə əlaqədar sübutunun olmadığını, həmin məlumatları Günaya qarşılıq olaraq yazdığını, həmin yazıları tanıdıqları insanların görə bildiyini, Günaya mesaj yazdığını, onun özündən başqa digər şəxsin görməsinin və oxumasının mümkün olmadığını, Günayın psixoloji olaraq xəstə olduğunu, ona görə “hər kəs görüb” dediyini, “namiq_075” adlı instaqram səhifəsinin ona məxsus olduğunu, bunları nəzərə alaraq, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. 27 yanvar 2023-cü il tarixli məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınan X9, iddiaçının və cavabdehin onun övladları olduğunu, Namiqin onu dəfələrlə təhqir etdiyini, uşaqlarını bu cür tərbiyə etmədiyini, bunu edənin Namiqin yoldaşının olduğunu, qayğıkeş ata olduğunu, daima alıb gətirdiyini, amma qədrinin bilinmədiyini, Namiqin yoldaşının daima “niyə qızına baxır, oğluna baxmır” deyə söz etdiyini, Namiqə ev, avtomobil aldığını, daha nə etməli olduğunu, Namiqin yoldaşının onu təhqir etdiyini, özünün müalicəyə ehtiyacının olduğunu, Namiqə avtomobili satıb verməsini bildirdiyini, yoldaşının müdaxilə etdiyini, mübahisə yarandığını, Namiqin yoldaşının onun yanında onu təhqir etdiyini, dinmədiyini, Namiqin hərəkətlərindən xəstəlik tapdığını, qızı Günayın 1300 manat ona müalicə olunsun deyə verdiyini, Namiqin isə bir manat vermədiyini, Namiq sosial şəbəkələrdə dəfələrlə Günayı təhqir etməsini gördüyünü, Namiqin yazılarda Günayın əri ola-ola başqa kişilərlə gəzməsini yazdığını, bu yazıları Namiqin yoldaşının yaza biləcəyini düşündüyünü, özünün sosial şəbəkələrdən istifadə etdiyini, oradan gördüyünü, instagram və tik-tokda Namiqin məhkəmənin bildirişini yerləşdirib Günay barədə təhqiredici ifadələr yazdığını gördüyünü, əvvəllər sosial şəbəkələrdən istifadə etmədiyindən Namiqin Günay haqqında yazdığı yazıları görmədiyini bildirmişdir. 27 yanvar 2023-cü il tarixli məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınan X3, iddiaçının onun qaynının yoldaşı olduğunu, tərəflərlə ədavətinin olmadığını, lotoreya satdığını, sosial şəbəkələrdə Günayın təhqir olunmasını, onun barəsində xoş olmayan yazılar oxuduğunu, bu yazıları hər kəsin görə bildiyini, onu tanıyan insanların zəng vurub qaynının yoldaşının haqqında yazılanları dediklərini, Günayın yoldaşı Yaquba zəng vurub “bu nə məsələdir, yoldaşının sosial şəbəkədə adı çəkilir” deyə soruşduğunu, yazını tik-tokda kimin yazdığını bilmədiyini, onu bilə bilmədiyini, sadəcə baxıb oxuya bildiyini, Günayın özü və uşağı haqqında təhqiredici ifadələr yazıldığını, səsləndirmək olmadığını bildirdi. 08 fevral 2023-cü il tarixli məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınan X5 iddiaçının onun baldızı olduğunu, cavabdehin isə əri olduğunu, onlarla ədavətinin olmadığını, 12 ildir ailəli olduğunu, qaynatasının evində qaldıqlarını, baldızının ailə işlərinə qarşaraq daima söz-söhbət yaratmağa çalışdığını, 3 il əvvəl qaynatası və baldızının onu, uşaqlarını, yoldaşını sosial şəbəkədə nəlayiq ifadələrlə təhqir etdiyini, Günayın sonra onun adına tik-tokda səhifə açıb nəlayiq ifadələr işlədərək paylaşdığını, Günayın onun adına açdığı saxta profildə onu təhqir etdiyi üçün yoldaşı Namiqin də Günaya qarşılıq olaraq cavab yazdığını, özünün də Günay barəsində yazdıqlarına görə cavab olaraq yazdığını, Namiqin qarşılıqlı olaraq Günaya cavab verdiyindən təhqir kimi qiymətləndirməyib ona görə yazılanı oxumadığını, sosial şəbəkələrdə yazışmaların 1 ay olar ki, olduğunu, Namiqin tik-tok səhifəsindən Günaya cavab verdiyini, həmin yazıları kimsənin görə bilmədiyini, ikisi arasında yazışma olduğundan görmək olmadığını, Namiqin tik-tokda mesajla cavab yazdığından görə bilmədiyini bildirdi. 08 fevral 2023-cü il tarixli məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınan X12, iddiaçının bacısı, cavabdehin isə qardaşı olduğunu, tərəflərlə ədavətinin olmadığını, toyda Namiqin uşaqları ilə oynayada yoldaşının telofonla çəkiliş etdiyini, sonra Namiqin yoldaşı Məshətinin sosial şəbəkədə həmin şəkili paylaşıb Günayın uşaqları barədə təhqiredici ifadələr işlətdiyini, Namiqin Günayı sosial şəbəkədə təhqir etməsini gördüyünü, Günayın Namiqin yoldaşı Məshətinin adına profil açmasını bildiyini, amma kimin açmasını bilmədiyini, “ömər” səhifəsində Günayın təhqir olunduğunu gördüyünü, Namiqin səhifəsinin “ömər” adlandığını bilmədiyini, həmin səhifədən Namiq yox Məshətinin yazdığını bildiyini, çünki, işlədilən ifadələrin Namiq yazmasını düşünmədiyini, evdə olarkən sosial şəbəkədə yazılara baxarkən Namiqin Günayı nəlayiq ifadələrlə təhqir etdiyini oxuduğunu, uzun müddət keçdiyindən tarixi və sözləri unutduğunu bildirdi. 21 fevral 2023-cü il tarixli məhkəmə baxışı iclasında mütəxəssis qismində izahat verən X6, təqdim olunan 19 ədəd A4 formatında olan kağız vərəqələrdə qeyd olunan şəkillərdəki məlumat mübadiləsinin “Tik-tok” video paylaşım platforması və “İnstagram” sosial şəbəkəsində aparıldığını, bu sosial şəbəkələrdə açılan hesabların istifadəçi şəxsi və ya ictimai hesab olaraq seçmə imkanına malik olduğunu, “Tik-tok” və “İnstagram” proqram təminatlarında istifadəçi tərəfindən “Şəxsi hesab” seçimi edilərsə paylaşılan hər hansı bir məlumatı, bəyənmələri, izləyicilər siyahısını, videoları, “CANLİ” yayından yalnız icazə verilən istifadəçilərin görə bildiyini, istifadəçi tərəfindən “İctimai” hesab seçimi edilərsə istifadəçi profili və videoları, şəkilləri “Tik-tok” və “İnstagram” proqram təminatları daxilində və ya xaricində hər kəs tərəfindən görünə bilməsini, təqdim edilmiş materiallarda İddiaçı barəsində işlədilmiş söz və ifadələrin onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab olunduğu, təqdim olunan şərti A4 formatında olan kağız vərəqələrdəki 5 ədəd fotoşəkillərdə əks olunmuş məlumat mübadiləsi Tik-tok” video paylaşım platformasının “Mesaj” bölməsində aparıldığını, Cavabdeh “namiq_075” adlı instaqram və “q-ə_günay fazilqızı” tik-tok (sosial şəbəkə) hesabından İddiaçı barələrində həqiqətə uyğun olmayan paylaşımlar yaymış və nəticədə iddiaçının şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirdiyinin məlum olduğunu bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, şahid ifadələrini, iş üzrə toplanmış sübutları, eyni zamanda işin bütün hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında sosial şəbəkə vasitəsi ilə paylaşılmış məlumatlar mövcuddur. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2023-cü il tarixli, 201 nömrəli ekspert arayışına əsasən:
1. Təqdim olunan 19 ədəd A4 formatında olan kağız vərəqələrdə qeyd olunan şəkillərdəki məlumat mübadiləsi “Tik-tok” video paylaşım platforması və “İnstagram” sosial şəbəkəsində aparılmışdır. Bu sosial şəbəkələrdə açılan hesabları istifadəçi şəxsi və ya ictimai hesab olaraq seçmə imkanına malikdir. “Tik-tok” və “İnstagram” proqram təminatlarında istifadəçi tərəfindən “Şəxsi hesab” seçimi edilərsə paylaşılan hər hansı bir məlumatı, bəyənmələri, izləyicilər siyahısını, videoları, “CANLİ” yayından yalnız icazə verilən istifadəçilər görə bilər. İstifadəçi tərəfindən “İctimai” hesab seçimi edilərsə istifadəçi profili və videoları, şəkilləri “Tik-tok” və “İnstagram” proqram təminatları daxilində və ya xaricində hər kəs tərəfindən görünə bilər.
2. Təqdim olunan şərti “1” rəqəmi ilə işarələnmiş A4 formatında olan kağız vərəqədəki fotoşəkilə əsasən, “Tik-tok” video paylaşım platformasında açılan istifadəçi profili 5 istifadəçi tərəfindən izlənilmişdir. İstifadəçi tərəfindən paylaşılan videoya isə “ömür_ömər” adlı istifadəçi tərəfindən şərh yazılmış və 1 bəyənilməsi olmuşdur.
3. Təqdim olunan şərti “2” rəqəmi ilə işarələnmiş A4 formatında olan kağız vərəqədəki fotoşəkilə əsasən, “Tik-tok” video paylaşım platformasında paylaşılan videoya “ömür_ömər” adlı istifadəçi tərəfindən şərh yazılmış, 2 bəyənilməsi, 1 yadda saxlanılması və 1 paylaşılması olmuşdur.
4. Təqdim olunan şərti “3” rəqəmi ilə işarələnmiş A4 formatında olan kağız vərəqədəki fotoşəkilə əsasən qeyd etmək olar ki, “Tik-tok” video paylaşım platformasında paylaşılan videoya “ömür_ömər” adlı istifadəçi tərəfindən şərh yazılmış, 2 bəyənilməsi olmuşdur.
5. Təqdim olunan şərti “4” rəqəmi ilə işarələnmiş A4 formatında olan kağız vərəqədəki fotoşəkilə əsasən, “Tik-tok” video paylaşım platformasında paylaşılan videoya “ömür_ömər” adlı istifadəçi tərəfindən şərh yazılmışdır.
6. Təqdim olunan şərti “5” rəqəmi ilə işarələnmiş A4 formatında olan kağız vərəqədəki fotoşəkilə əsasən, “Tik-tok” video paylaşım platformasında açılan istifadəçi profili 10 istifadəçi tərəfindən izlənilmişdir. İstifadəçi tərəfindən paylaşılan videoya isə “ömür_ömər” adlı istifadəçi tərəfindən şərh yazılmış və 2 bəyənilməsi olmuşdur.
7. Təqdim olunan şərti “6” rəqəmi ilə işarələnmiş A4 formatında olan kağız vərəqədəki fotoşəkilə əsasən, “Tik-tok” video paylaşım platformasında paylaşılan videoya “qəhbə günay fazilqızı” adlı istifadəçi tərəfindən şərh yazılmış, 10 bəyənilməsi, 3 yadda saxlanılması olmuşdur.
8. Təqdim olunan şərti “7” rəqəmi ilə işarələnmiş A4 formatında olan kağız vərəqədəki fotoşəkilə əsasən, “Tik-tok” video paylaşım platformasında paylaşılan videoya "qəhbə_günay fazilqızı” adlı istifadəçi tərəfindən şərh yazılmış, 22 bəyənilməsi, 2 yadda saxlanılması olmuşdur.
9. Təqdim olunan şərti “8” rəqəmi ilə işarələnmiş A4 formatında olan kağız vərəqədəki fotoşəkilə əsasən, “Tik-tok” video paylaşım platformasında açılan istifadəçi profili 10 istifadəçi tərəfindən izlənilmişdir. İstifadəçi tərəfindən paylaşılan videoya isə “ömür_ömər” adlı istifadəçi tərəfindən şərh yazılmış və 7 bəyənilməsi olmuşdur.
10. Təqdim olunan şərti “9” rəqəmi ilə işarələnmiş A4 formatında olan olan kağız vərəqədəki fotoşəkilə əsasən, “Tik-tok” video paylaşım platformasında açılan “qəhbə_günay fazilqızı” adlı istifadəçi profili tərəfindən 428 istifadəçi profili izlənilir, 32 istifadəçi profili “qəhbə_günay fazilqızı” adlı istifadəçi profilini izləyir, 115 istifadəçi tərəfindən isə bəyənilib. Bioqrafik məlumat bölməsində “SƏNİ SAXLİYAN QEYRƏTSİZ ƏRİVİN NAMUSUNA S...M QƏHBƏ” sözləri qeyd olunmuşdur, “qəhbə_günay fazilqızı” adlı istifadəçi profili tərəfindən paylaşılan 4 ədəd videodan 2-ci videonun izlənmə sayı 1344, 3-cü videonun izlənmə sayı isə 956 olmuşdur.
11. Təqdim olunan şərti “10” rəqəmi ilə işarələnmiş A4 formatında olan kağız vərəqədəki fotoşəkilə əsasən, “İnstagram” sosial şəbəkəsində açılan “namiq_075” adlı istifadəçi profili tərəfindən 291 istifadəçi profili izlənilir, 132 istifadəçi profili “namiq_075” adlı istifadəçi profilini izləyir, 99 ədəd məlumat paylaşımı olmuşdur. “namiq_075” adlı istifadəçi profili “şəxsi hesab” olub yalnız icazə verilən istifadəçilər tərəfindən izlənilir. “namiq_075” adlı istifadəçi profilininin bioqrafik məlumat bölməsində “ŞƏRƏFSİZ GÜNAY 57 DƏKİ EVİ ÖZ PEYSƏR UŞAQLARİNA QALSİN DEYƏ BİZİM BAŞİMİZA OYUNLAR AÇDİ ALLAH BALALARİVİ ÖLDÜRSÜN HAYASİZ” sözləri qeyd olunmuşdur.
12. Təqdim olunan şərti “11, 12, 13” rəqəmi ilə işarələnmiş A4 formatında olan kağız vərəqələrdəki fotoşəkillərdə “İnstagram” sosial şəbəkəsinin şərh bölməsində “mehseti_namiq”, “faz7200”, “freedy697” adlı istifadəçi profilləri tərəfindən yazılan şərhlər qeyd olunur.
13. Təqdim olunan şərti “14” rəqəmi ilə işarələnmiş A4 formatında olan kağız vərəqədəki fotoşəkildə “Tik-tok” video paylaşım platformasının şərh bölməsində “ömür_ömər” adlı istifadəçi tərəfindən yazılan şərhlər qeyd olunmuş və istifadəçi profili 2 istifadəçi tərəfindən izlənilmişdir.
14. Təqdim olunan şərti “15, 16, 17, 18, 19” rəqəmi ilə işarələnmiş A4 formatında olan kağız vərəqələrdəki fotoşəkillərdə əks olunmuş məlumat mübadiləsi Tik-tok” video paylaşım platformasının “Mesaj” bölməsində aparılıb. Beləliklə, aparılmış ekpertiza tədqiqatı nəticəsində təqdim edilmiş materiallarda İddiaçı barəsində işlədilmiş söz və ifadələrin onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab olunduğu müəyyən edilmişdir. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh “namiq_075” adlı instaqram və “qəhbə_günay fazilqızı” tik-tok (sosial şəbəkə) hesabından İddiaçı barələrində həqiqətə uyğun olmayan paylaşımlar yaymış və nəticədə iddiaçının şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirmişdir. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 7 saylı xx.xx.1999-cu il tarixli qərarının 3-cü maddəsinə əsasən, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh öz “namiq_075” adlı instaqram və “qəhbə_günay fazilqızı” tik-tok (sosial şəbəkə) hesabından iddiaçının barəsində “SƏNİ SAXLİYAN QEYRƏTSİZ ƏRİVİN NAMUSUNA S...M QƏHBƏ” və “ŞƏRƏFSİZ GÜNAY 57 DƏKİ EVİ ÖZ PEYSƏR UŞAQLARİNA QALSİN DEYƏ BİZİM BAŞİMİZA OYUNLAR AÇDİ ALLAH BALALARİVİ ÖLDÜRSÜN HAYASİZ” kimi həqiqətə uyğun olmayan paylaşımlar etmiş və həmin paylaşımlardakı kimi məlumatlar yayılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında Cavabdeh özünün “namiq_075” adlı instaqram və “qəhbə_günay fazilqızı” tik-tok (sosial şəbəkə) hesabından İddiaçı barəsində yayılmış məlumatların həqiqətə uyğun olmaması, iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlar kimi qiymətləndirilməli olması müəyyən edildiyindən, iddia həmin məlumatların təkzib olunması hissəsində əsaslı hesab edilməlidir. Belə ki, şərəf və ləyaqətin müdafiəsi ilə əlaqədar iddialar üzrə sübutemə vəzifəsi cavabdehin üzərinə düşdüyündən, cavabdeh tərəfindən isə məlumatların həqiqiliyi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, həmin məlumatlar yayılarkən heç bir konkret və sübut edilmiş fakta istinad edilmədiyindən, məhkəmə hesab edir ki, həmin məlumatlar şərəf və ləyaqətə xələl gətirən məlumatlar kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında Cavabdeh izahatında bu yazıların onun tərəfindən yazıldığını və həmin hesabların ona məxsus olduğunu təsdiq etmişdir. Cavabdehin izahatını, həmin ekspert rəyini məhkəmə sübut qismində qiymətləndirmişdir. Məhkəmə həmçinin, iddiaçının şərəf və ləyaqətinin alçaldılması nəticəsində ona vurulmuş mənəvi zərərin ödənilməsinə dair tələbini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndinin 4-cü abzasında göstərilmişdir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Ali Məhkəmə göstərilən Qərarın 4-cü bəndində göstərmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Qeyd olunan Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Eyni zamanda, istər İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində, istərsə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə istənilən şəxsin hüququnun pozulmasının müəyyən olunması, özlüyündə mənəvi ziyanın mövcudluğunu ehtiva edir. Məhkəmə iddiaçıya mənəvi zərərin vurulmasını müəyyən etsə də, hesab edir ki, iddiaçının mənəvi zərərə görə cavabdehdən tələb etdiyi 5000 (beş min) manat ağlabatan deyildir və buna görə də, cavabdehdən mənəvi zərərə görə iddiaçıya 2000 (iki min) manat məbləğində pulun alınaraq, iddiaçıya verilməsini ədalətli və ağlabatan hesab edir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun tutulması hissəsi də qismən təmin edilməli və cavabdehdən İddiaçı xeyrinə 40 (qırx) manat dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh şərəfi və ləyaqəti ləkələyən məlumatları yayması nəticəsində vurduğu zərərin əvəzi olaraq 2000 (iki min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun qismən təmin edilmiş hissəyə uyğun olaraq 40 (qırx) manat məbləğində pul alınaraq, İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
q ə t e t d i:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh şərəfi və ləyaqəti ləkələyən məlumatları yayması nəticəsində vurduğu mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun 40 (qırx) manat məbləğində hissəsi alınaraq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Qabil Məmmədov.