Məhkəmə qərarları › İş №2(078)-1215/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1215/2025

24.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1215/2025 24.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ərizəsi üzrə QƏTNAMƏ (Açar sözlər: cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin hissəsi miqdarında müəyyən olunmuş alimentin dəyişdirilərək sabit pul məbləğində müəyyən olunması tələbi) Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin hissəsi miqdarında müəyyən olunmuş alimentin dəyişdirilərək sabit pul məbləğində müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 14 may 2025-ci il tarixli, 2(078)-434/2025 №li qətnaməsi ilə müəyyən olunan alimentin dəyişdirilərək, 17 fevral 2018-ci il təvəllüdlü X7 və 07 oktyabr 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşağa 246 manat olmaqla ümumilikdə iki uşağa sabit pul məbləğdə 492 manat alimentin alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 06 iyul 2012-ci ildə Naxçıvan şəhər Nikah Evində rəsmi nikah qeyd etdirərək evlənmişdir. Birgə nikahlarından 17 fevral 2018-ci il təvəllüdlü X14 və 07 oktyabr 2020-ci il təvəllüdlü X13 anadan olmuşdur.

3. Bildirir ki, Naxçıvan Şəhər Məhkəməsinin 14 may 2025-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş və uşaqların onun yanında saxlanılması və onların saxlanılmasına görə Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin hissəsi miqdarında aliment tutulub ona verilməsi müəyyən edilmişdir.

4. Göstərmək istəyir ki, məhkəmə qətnaməsindən sonra aliment ödənərkən ona məlum olmuşdur ki, cavabdeh tərəfindən hər ay iki uşağa 270 manat aliment ödəniləcəkdir. Ödənilən bu məbləğlə uşaqların tələbatlarını lazımi qaydada yerinə yetirə bilmir. Belə ki, onlar elə bir yaşdadırlar ki, kitab-dəftərləri, geyimi və qidaları üçün xeyli pul sərf olunur. Hətta ATByə də hər ay 197,60 manat kredit ödəyir. Buna görə onların saxlanılmasında çətinlik çəkir. Vüsal isə ödədiyi alimentdən başqa uşaqlara heç bir köməklik etmir. Buna görə ödənilən aliment məbləğinin Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin hissəsi miqdarında deyil, sabit pul məbləğində müəyyən olunmasını istəyir. Tələbinin əsası kimi istinad etdiyi fakt və halları sübutlar siyahısı olaraq təsdiq edilmiş nikahın bağlanması və doğum haqqında şəhadətnamələrin surətini, Naxçıvan Şəhər Məhkəməsinin 14 may 2025-ci il tarixli qətnaməsinin surətini və mediasiya təşkilatının arayışını ərizəsinə əlavə etmişdir.

5. Bildirmək istəyir ki, iddia tələbi ilə bağlı cavabdehin qeydiyyatı barədə arayışı əldə etməkdə çətinlik çəkir. Bu sübutun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bildirir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanuna uyğun olaraq 08 avqust 2025-ci il tarixdə keçirilən ilkin mediasiya sesiyasında cavabdehin iştirak etmədiyini bildirmişdir.

6. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə, Ailə Məcəlləsinin 75.1, 76.1.1, 78.1, 78.2, 112.1, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5, 8 və 13-cü maddələrinə, Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1.2-ci maddəsinə, Azərbaycan Respublikasının 2025-ci il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında, iddia tələbini müdafiə etmişdir. Qarşı tərəfin ödədiyi 270 manat aliment uşaqları qane etmədiyini bildirmişdir. Çünki geyimlərini, yeməklərini və digər xərclərini ödəmir. İddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında, iddia tələbini qəbul etməmişdir. 820 manat gəlirinin olduğunu, 430 manatını aylıq kreditə ödədiyini qalan pulun isə 170 manatını ipotekayla ev götürdüklərindən ora ödədiyini bildirmişdir. İmkanının və başqa gəlirlərinin olmadığını, buna görə də alimentin dəyişdirilmədən qalmasını məhkəmədən xahiş etmişdir.

Sübutların tədqiqi:

9. İş materiallarında olan Naxçıvan Şəhər Nikah Evi tərəfindən AZ-İİİ seriyalı 960084 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 17 fevral 2018-ci ildə anadan olmuş, doğumu akt qeydləri kitabında xx.xx.2018-ci il tarixində 146 nömrə ilə qeydə alınmış, şəhadətnamənin atası qrafasında atasının Cavabdeh, anasının İddiaçı olduğu qeyd olunmuşdur.

10. İş materiallarında olan Naxçıvan Şəhər Qeydiyyat şöbəsi tərəfindən AZ-İV seriyalı 461299 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 07 oktyabr 2020-ci ildə anadan olmuş, doğumu akt qeydləri kitabında xx.xx.2020-ci il tarixində 713 nömrə ilə qeydə alınmış, şəhadətnamənin atası qrafasında atasının Cavabdeh, anasının İddiaçı olduğu qeyd olunmuşdur.

11. İş materiallarında olan X3 ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 08 avqust 2025-ci il tarixli, MŞN/25-M-01186 nömrəli arayışından görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir.

12. İş materiallarında olan, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(078)-434/2025 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında 06 iyul 2012-ci il tarixdə Naxçıvan şəhər Nikah Evində bağlanmış və nikahın bağlanılması haqqında akt qeydləri kitabında 237 nömrə ilə qeydə alınmış nikah pozulması, Tərəflərin birgə nikahından olan 17 fevral 2018-ci il təvəllüdlü X14 və 07 oktyabr 2020-ci il təvəllüdlü X13 anaları İddiaçı yanında saxlanılması, 04 mart 2025-ci il tarixdən hesablanmaqla, 17 fevral 2018-ci il təvəllüdlü X7 və 07 oktyabr 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçı Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq, cavabdeh İddiaçı ödənilməsi, iddiaçı Cavabdeh övladı 17 fevral 2018-ci il təvəllüdlü X14 və 07 oktyabr 2020-ci il təvəllüdlü X13 ilə ünsiyyət hüququnun müəyyən edilməsi, ünsiyyət qaydası hər həftənin şənbə günü saat 10:00-dan 17:00-dək, hər ilin 16 fevral tarixində (X7 doğum günündən bir gün əvvəl) saat 15:00-dan 19:00-dək, hər ilin 06 oktyabr tarixində (X5 doğum günündən bir gün əvvəl) saat 15:00-dan 19:00-dək, hər il 8 Mart (X6) saat 10:00-dan 17:00-dək, hər il Yeni İl bayramının ikinci günü saat 10:00-dan 17:00-dək, hər il Novruz bayramının ikinci günü saat 10:00-dan 17:00-dək, hər il Qurban bayramının ikinci günü saat 10:00-dan 17:00-dək və hər il Ramazan bayramının ikinci günü saat 10:00-dan 17:00-dək, 17 fevral 2018-ci təvəllüdlü X11 münasibətdə yay tətilində tərəflərin birgə razılığı ilə əvvəlcədən müəyyən edilmiş tarixlərdə 15 gündən çox olmayaraq saat 10:00-dan 16:00-dək və 07 oktyabr 2020-ci il təvəllüdlü X8 münasibətdə isə məktəbəqədər şagirdlər üçün müəyyən edilən tətil günlərində tərəflərin birgə razılığı ilə əvvəlcədən müəyyən edilmiş tarixlərdə ardıcıl 2 gün saat 11:00-dan 16:00-dək təyin edilməsi. Ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqların onun yaşayış yeri üzrə Naxçıvan və şəhəri, M.S.ünvan 1 ünvanında hər həftənin şənbə günü saat 10:00-da, hər ilin 16 fevral tarixində (X7 doğum günündən bir gün əvvəl) saat 15:00-da, hər ilin 06 oktyabr tarixində (X5 doğum günündən bir gün əvvəl) saat 15:00-da, hər il 8 Mart (X6) saat 10:00-da, hər il Yeni İl bayramının ikinci günü saat 10:00-da, hər il Novruz bayramının ikinci günü saat 10:00-da, hər il Qurban bayramının ikinci günü saat 10:00-da, hər il Ramazan bayramının ikinci günü saat 10:00-da, 17 fevral 2018-ci il təvəllüdlü X11 münasibətdə yay tətilində tərəflərin birgə razılığı ilə əvvəlcədən müəyyən edilmiş tarixlərdə 15 gündən çox olmayaraq saat 10:00-da 07 oktyabr 2020-ci il təvəllüdlü X8 münasibətdə isə məktəbəqədər şagirdlər üçün müəyyən edilən tətil günlərində tərəflərin birgə razılığı ilə əvvəlcədən müəyyən edilmiş tarixlərdə ardıcıl 2 gün saat 11:00-da cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh, həmin gün saat 17:00-da, hər ilin 16 fevral tarixində (X7 doğum günündən bir gün əvvəl) saat 19:00da, hər ilin 06 oktyabr tarixində (X5 doğum günündər bir gün əvvəl) saat 19:00-da, hər il 8 Mart (X6) saat 17:00-da, hər il Yeni İl bayramının ikinci günü saat 17:00-da, hər il Novruz bayramının ikinci günü saat 17:00-da, hər il Qurban bayramının ikinci günü saat 17:00-da, hər il Ramazan bayramının ikinci günü saat 17:00-da, 17 fevral 2018-ci il təvəllüdlü X11 münasibətdə yay tətilində tərəflərin birgə razılığı ilə əvvəlcədən müəyyən edilmiş tarixlərdə 15 gündən çox olmayaraq saat 16:00-da və 07 oktyabr 2020-ci il təvəllüdlü X8 münasibətdə isə məktəbəqədər şagirdlər üçün müəyyən edilən tətil günlərində tərəflərin birgə razılığı ilə əvvəlcədən müəyyən edilmiş tarixlərdə ardıcıl 2 gün saat 16:00-da isə eyni ünvanda iddiaçı Cavabdeh tərəfindən cavabdeh İddiaçı təhvil verilməsi qət edilmişdir.

13. İş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X2 Sistemindən çıxarışdan görünür ki, Cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Daxili Nəzarət və Təhlükəsizlik Şöbəsində” məşğulluq təsnifatı üzrə “Böyük mütəxəssis” Əmək müqaviləsi üzrə isə “Aparıcı mütəxəssis” vəzifəsində çalışır və aylıq əmək haqqı 820 manatdır.

14. Həmçinin “Elektron Məhkəmə İnformasiya Sistemindən” görünür ki, İddiaçı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi "X9 Xidməti" X15 X10 Sistemlərinin İstismarı İdarəsində “iqtisadçı” vəzifəsində çalışır və aylıq əmək haqqı 850.00 manadır.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Konstitusiyası:

15. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

Uşaq hüquqları haqqında Konvensiya:

16. Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin.

17. Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.

18. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu:

19. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

20. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.

21. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

22. Həmin Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:

23. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

24. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

25. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

26. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

27. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

28. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

29. Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir.

30. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

31. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun Qərarı:

32. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının “8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 100 manat həddində müəyyən etmək istəyirsə, (bu iddiaya baxılarkən) həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,25 mislində (400 x 0,25 = 100 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir.) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 217.4. Hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 217.3. Qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır.

36. Maddə 234.2.1. Şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən, alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

Məhkəmənin mövqeyi:

37. Məhkəmə iddiaçı və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir.

38. Məhkəmə ilk növbədə qeyd edir ki, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər.

39. Qanunverici sabit pul məbləğində alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi.

40. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı).

41. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

42. X12 8.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır.

43. X12 8.6-cı bəndinə əsasən, daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır.

44. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Qanunda 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X2 Sistemindən çıxarışdan görünür ki, Cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Daxili Nəzarət və Təhlükəsizlik Şöbəsində” məşğulluq təsnifatı üzrə “Böyük mütəxəssis” Əmək müqaviləsi üzrə isə “Aparıcı mütəxəssis” vəzifəsində çalışır və aylıq əmək haqqı 820 manatdır. Azərbaycan Naxçıvan Şəhər Məhkəməsinin 14 may 2025-ci il tarixli, 2(078)-434/2025 №li qətnaməsi ilə qət edilmiş aliment yəni 820 manatın 1/3 hissəsi 273 manat edir ki, həmin məbləğ iki uşağa bölündükdə 136 manat təşkil edir.Hər uşaq üçün 136 manat aliment uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan xeyli aşağıdır və uşaqların əvəlki həyat səviyyəsinin maksimal saxlanılmasına xidmət etmir.

45. Beləliklə məhkəmə, tərəflərin yetkinlik yaşına çatmamış uşaqların təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqların saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini, iddiaçının da çalışdığını və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, 17 fevral 2018-ci il təvəllüdlü X7 və 07 oktyabr 2020-ci təvəllüdlü X1 üçün cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün minimum əmək haqqının 0.45 misli məbləğində müəyyən edilməlidir.

46. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamla ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. İşdən göründüyü kimi iddiaçı məhkəməyə xx.xx.2025-ci ildə müraciət etdiyindən alimentin tutulma müddətinin əvvəli Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən hesablanmalıdır.

47. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir.

48. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar.

49. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

50. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi aliment tələbi ilə bağlı olduğundan, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, cavabdehin isə dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən və iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 63.20 (altmış üç manat, iyirmi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.

51. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi: İddia qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 14 may 2025-ci il tarixli, 2(078)-434/2025 №li qətnaməsi ilə müəyyən olunan alimentin dəyişdirilsin. 13 avqust 2025-ci il tarixdən hesablanmaqla, 17 fevral 2018-ci il təvəllüdlü X14 və 07 oktyabr 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə dərhal icra olunsun. İddia qalan hissədə rədd edilsin. Cavabdeh iddianın təmin edilmiş hissəsinə uyğun olaraq olaraq 63.20 (altmış üç manat, iyirmi qəpik) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar