Məhkəmə qərarları › İş №2(078)-1227/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1227/2024

22.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1227/2024 22.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X7 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil1 və Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı aliment məbləğinin müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 olan X5 və Cavabdeh2 olan X1 üçün hər iki uşağa görə qazancının üçdə bir hissəsində alimentin müəyyən olunması barədə qətnamə qəbul edilməsini хаhiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2245/2023 saylı qətnaməsi ilə Cavabdeh2 xeyrinə qazancımın (və ya) başqa gəlirlərimin ¼ hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixli Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xüsusi icraat qaydasında 2(011)-8060/2023 nömrəli qətnaməsi ilə xx.xx.2023-cü il tarixli MŞB/16-002033 nömrəli Barışıq Sazişin şərtləri təsdiq edilmişdir. Qeyd olunan sazişin 2.2-ci bəndinə əsasən Cavabdeh1 xeyrinə qazancının 1/3 hissəsi miqdarında aliment tutulması barədə tərəflər razılığa gəlmişdirlər. İlk aylarda iddiaçı hər iki tərəfə heç bir gecikmə olmadan aliment ödəmişdir. Lakin sonralar səhhətində müəyyən çətinliklər yaşanıb və iddiaçı mütəmadi olaraq müalicə prosedurları keçmək məcburiyyətindədir. Bu da xeyli vəsait tələb edir. Hal-hazırda təqaüddədir və bundan başqa bir gəliri yoxdur. Buna görə hər iki tərəfə qeyd edilən miqdarda alimentin ödənilməsində çətinlik çəkir. İddiaçı tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Konstitusiyası, Ailə Məcəlləsinin müvafiq normaları ilə əsaslandırmışdır. Cavabdeh1 tərəfindən etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddiasında təqaüdçü olmasını və bundan başqa gəlirinin olmadığını ifadə edir. Əksinə o Naxçıvan MR Dövlət Gömrük Komitəsinin keçmiş sədri olmaqla generalleytenant xüsusi rütbəsini daşımaqdadır. Hesab edir ki, İddiaçı hər bir halda öz övladını saxlamağa maddi imkanı çatır və aralarında olan barışıq sazişinin şərtlərinə uyğun məhkəmə qərarını unutmamalıdır. Övladının yaşamını, rifahını, təhsilini nəzərə almalıdır. Belə ki, övladı hazırda özəl məktəbdə təhsil alır. Həmin məktəbin aylıq ödənişi 750 manatdır. Hər ildə iki dəfə olmaqla 3000 manat məktəbin müqavilə haqqını ödəyir. Əlavə olaraq hər ay 100 manat məktəbin servis haqqına ödəyir. Fərdi olaraq ingilis dili, rus dili, riyaziyyat hazırlığına gedir. Aylıq 130 manat ingilis dili, 70 manat rus dili, 50 manat riyaziyyat hazırlığına ödəniş edir. Oğlu skolioz xəstəsi olduğundan həkim məsləhəti ilə üzgüzçülük kursuna gedir, aylıq ödənişi 120 manatdır. Həmçinin xəstəliyi ilə bağlı mütəmadi müayinə və müalicə xərcləri vardır. Etirazda həmçinin “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Ailə Məcəlləsinin normalarını, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ailə Məcəlləsinin 76, 78, 112-ci maddələrinin şərh edilməsinə dair Qərarı qeyd edilərək iddianın təmin edilməməsi xahiş edilmişdir. İşin faktiki və mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh1 12 sentyabr 2011-ci il təvəllüdlü X10 adlı övladları doğulmuşdur. İddiaçı ilə Cavabdeh2 28 yanvar 2018-ci il təvəllüdlü X9 adlı övladları doğulmuşdur. İddiaçı məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclasına gəlməmiş, lakin məhkəmədə nümayəndə və vəkil vasitəsilə təmsil olunmuşdur. Məhkəmə baxış iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. İş üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil1 məhkəmə baxışı iclasında verdiyi izahatında iddianı müdafiə edərək bildirmişdir ki, İddiaçı hər iki cavabdehə fərdi yaşayış evləri və qeyri-yaşayış sahələri almışdır. Hər iki cavabdehin maddi təminatını təmin etmişdir. Lakin hazırda işləmir və pensiya alır. Mülkiyyətində olan daşınmaz əmlakların bir neçəsi əlindən alınmışdır. Banka müraciət edib kredit götürmüşdür. Ayrı –ayrılıqda fərqli qaydalarda aliment tutulur və bu gün iddiaçı həyat yoldaşı, üç oğlu, gəlini və nəvəsi ilə yaşayır. Ailə qanunvericiliyi də alimentin ödənilməsini nizamlayır. İddiaçınının qazancını, xəstəliyini nəzərə alıb iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh1 məhkəmə hazırlıq iclasında izahatında bildirmişdir ki, o alimentlə bağlı məhkəməyə müraciət etməmişdir. Digər Cavabdeh2 övladının alimenti ilə bağlı iddiaçını məhkəməyə verib. Onlar da guya ədalətli olsun deyə onun da sənədlərinin hazırlanmasında rol oynadılar. Övladını özü saxlayıb. Düzdür onun əmlakları var. Hazırda birində özü yaşayır. Birində də valideynləri yaşayır. Valideynlərinin yaşadığı əmlak Naxçıvan şəhərində yerləşir. Onun Bakı şəhərində balaca obyekti var. Övladı xəstədir. Özü də xəstədir, ürəyi xəstədir. Şəkər xəstəliyindən əziyyət çəkir. Övladı xəstədir və rahat yaşamalıdır. 2 qeyri yaşayış əmlakının 1-ni atası alıb, 1-ni isə İddiaçı oğlu üçün alıb. Onların heç birini kirayə və icarəyə verməmişdir. Bakı şəhərində olan mənzildə özüm övladı ilə yaşayır. Digər mənzilləri, qeyri-yaşayış sahələrini kirayə və icarəyə verməmişdir. Gəliri yoxdur. Özü də gömrük orqanlarında xidmət etmişdir və pensiya alır. Pensiya məbləği 1100 manatdır. Övladı özəl məktəbdə təhsil alır, təhsil xərcləri ilə bağlı sənədləri təqdim etdmişdir. Əlavə olaraq onun xəstəliyi, davamlı müalicələrdə olması xeyli vəsait tələb edir. İddiaçı ona aldığı əmlak qədər digər cavabdehə də almışdır. Lakin o əmlakların heç birini adına sənədləşdirməmişdir. O iddia tələbini qəbul etmir. Uşağın təminatı azalacaqdır və bu onun yaxşı təhsil almasına mane olacaqdır. İddianın rədd edilməsini xahiş edir. İş üzrə Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 məhkəmə baxışı iclasında verdiyi izahatında iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı aliment məbləğinin iki uşağa görə qazancının 1/3 hissədə müəyyən edilməsi tələbi ilə Naxçıvan Şəhər Məhkəməsində qaldırdığı iddia tələbini qəbul etmirlər. Cavabdehlə iddiaçı arasında xx.xx.2023-cü il tarixli, MŞB/16-002033 nömrəli barışıq sazişi mövcuddur. Həmin barışıq sazişinə əsasən cavabdeh İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının 1/3 hissəsində alimentin ödənilməsini öz öhdəsinə götürmüşdür. Daha sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsində “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilinəsi” barədə ərizəyə xüsusi icraat qaydasında baxılmış və yekun olaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(011)-8060/2023 nömrəli qətnaməsi ilə barışıq sazişinin şərtlərinin təsdiqlənməsi barədə qətnamə qət edilmişdir. Eyni zamanda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-2245/2023 nömrəli qətnaməsi ilə də Cavabdeh2 xeyrinə iddiaçının qazancının (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Beləliklə də hazırki mübahisə ilə bağlı artıq qüvvədə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-8060/2023 nömrəli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-2245/2023 nömrəli qətnamələri mövcuddur. Alimentlə bağlı İddiaçı ilə cavabdeh arasında barışıq sazişi mövcuddur. Hər iki cavabdehə münasibətdə artıq məhkəmə qərarlarının olması həmin şəxs tərəfindən eyni məsələ ilə bağlı məhkəmə başlatması yol verilməz hesab olunmalıdır. İddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh2 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə izahatları dinləyib, iddia ərizəsini mülki işin materialları ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, iddia ərizəsi əsaslı olduğundan təmin olunmalı, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 doğulmuş övladları 12 sentyabr 2011-ci il təvəllüdlü X5 və 28 yanvar 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancın (gəlirlərinin) /3 hissədi miqdarında aliment tutularaq cavabdehlərin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən, 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: - tərəflərin maddi və ailə vəziyyəti; - diqqətəlayiq digər hallar; - uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 ilə İddiaçı övladı 28 yanvar 2018-ci ildə doğulmuş X6 alimentin müəyyən edilməsi barədə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-2245/2023 nömrəli qətnamə mövcuddur. Həmin qətnamə ilə İddiaçı 28 yanvar 2018-ci ildə doğulmuş X4 atası olması faktı müəyyən edilməklə, yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancın və (və ya) başqa gəlirlərin ¼ hissəsi miqdarında aliment tutulması müəyyən edilmişdir. Eləcə də Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011) -8060/2023 nömrəli qətnaməsi ilə Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/16-002033 saylı barışıq sazişinin alimentə dair hissəsinin məcburi icrası təsdiq edilmişdir. Barışığın şərtləri İddiaçı övladı 02.09. 2011-ci il təvəllüdlü X2 üçün hər ay qazancının 1/3 hissəsinin alimentin ödənilməsi, alimentin hər ayın 20-ə kimi Cavabdeh1 məxsus debet kartına köçülürməsi öhdəliyini öz üzərinə götürür. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəz Filialından verilmiş arayışla İddiaçı 12850.15 (on iki min səkkiz yüz əlli manat on beş qəpik) pensiya aldığı müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator kitabçasının çıxarışı ilə müəyyən edilir ki, İddiaçı şəkər xəstəliyindən əziyyət çəkir. xx.xx.2024-cü il tarixli "xxxx" ASC tərəfindən arayışla və "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli arayışı ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2024-cü ildə və xx.xx.2024-cü ildə sözügedən Baklardan gündəlik tələbat krediti götürmüş və müqavilə bağlamışdır. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanılqlı və Operativ Sosial Təminat Agentliyi 5 saylı xx.xx.2024-cü il tarixli, 04 .09.2024cü il tarixli Bakı Dost Mərkəzinin arayışını, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanılqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı Dost Mərkəzinin xx.xx.2024cü il tarixli arayışı ilə İddiaçı həyat yoldaşı, üç oğlu, gəlini və nəvəsi ilə birlikdə yaşaması və ailə üzvlərinin əmək müqaviləsi əsasında işləməməsi müəyyən edilir. “Kaspi” Liseyi ilə İddiaçı ilə uşaq X5 təhsil almasına dair təhsil müqaviləsi bağlanmışdır. Mərkəzi Gömrük X3 müayinə sənədləri, Cavabdeh1 müayinə sənədləri, Fitness İdman mərkəzinin sənədi və qəbzi, X12 Servisinin bildirişi cavabdeh tərəfindən təqdim edilmişdir. Elektron məhkəmə informasiya sistemindən İddiaçı əmlak məlumatlarından aydın olur ki, mülkiyyətində ünvan 1 ünvanında fərdi yaşayış evi, Ordubad rayonu Nurgüt kəndində fərdi yaşayış evi, Şəki rayonu Kiş kəndində torpaq sahəsi, ünvan 3 ünvanında mənzil, Chevrolet Malibu markalı 99KY207 qeydiyyat nömrəli nəqliyyat vasitəsi vardır. Elektron məhkəmə informasiya sistemindən Cavabdeh1 əmlak məlumatlarından aydın olur ki, mülkiyyətində Şahbuz rayonu, Qızıl Qışlaq kəndində torpaq sahəsi, Bakı şəhəri, Xətai rayonu, Afiyyədin Cəlilov küçəsi ev 26, mənzil 43-də mənzil, Naxçıvan şəhəri, Abbas Zamanov küçəsi ev 63 ünvanında 5 otaqlı fərdi yaşayış evi, ünvan 4taqlı fərdi yaşayış evi, ünvan 59-də qeyri-yaşayış sahəsi və Bakı şəhəri Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsi məhəllə 405, ev 2-də qeyri-yaşayış sahəsi vardır. Elektron məhkəmə informasiya sistemindən Cavabdeh2 adına daşınmaz əmlak və nəqliyyat vasitəsi müəyyən edilməmişdir. Tərəflərin maddi vəziyyətini, eləcə də, hər iki uşağın mənafeyini, bərabər aliment almaq hüquqlarını nəzərə aldıqda məhkəmə bu qənaətə gəlir ki, belə olan halda iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iddiaçının gəliri kifayət qədər yüksək məbləğ təşkil edir və həmin məbləğin 1/3 hissəsinin iki uşaq üçün ödənilməsi halında belə hər bir uşaq üzrə ödənilməli aliment miqdarı 2000 (iki min) manatdan artıq hesablanmalı olur ki, bu məbləğ hər bir uşağın maksimal dərəcədə tələbatlarının ödənilməsini mümkün hesab edir. Eləcə də uşaqları saxlamaq, onların qayğıları ilə məşğul olmaq vəzifəsinin hər iki valideynin üzərinə qanunvericiliklə qoyulmasını da məhkəmə cavabdehlərin diqqətinə çatdırır. İstər iddiaçı, istər cavabdeh tərəfindən təqdim edilən hər bir sənəd sübut əhəmiyyəti daşıyır və bu sübutlar məcmu halda qiymətləndirilərək iddiaçının iddiası qanuni və əsaslı hesab edilir. Eləcə də məhkəmə iddia tələbinə etirazda qeyd edilən arqumentlərlə razılaşmır. Belə ki, tərəflər arasında barışıq sazişinin olması və ya həmin sazişin təsdiqi ilə bağlı məhkəmə qərarının olması yenidən aliment tələbi ilə məhkəməyə müraciət edilməsinə maneə deyildir. Aliment artırılmalı, azaldılmalı, tutulma qaydası dəyişdirilməli olan tələbdir və bunun üçün əsaslar olduğu halda maraqlı tərəf məhkəməyə müraciət edə bilər. Həmçinin alimentin hazırki qaydada ödənilməsi iki bərabər hüquqlu aliment alan şəxslər arasında birinin hüququnun pozulması ilə nəticələnməkdədir. Məhkəmə qeyd edir ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə məsrəflərinə münasibətdə məhkəmə qeyd edir ki, iddia ərizəsi verilərkən ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Belə ki, dövlət rüsumu ödəməkdən azad edilən şəxslər hazırki işdə cavabdehlərdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2245/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə və Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin barışıq sazişinin təsdiq edilməsi barədə xx.xx.2023-cü il tarixli, 2(011)-8060/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment dəyişdirilərək 12 sentyabr 2011-ci il təvəllüdlü X5 və 28 yanvar 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay qazancın və (və ya) başqa gəlirlərin üçdə bir hissəsi miqdarında aliment tutularaq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar