Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1254/2021 24.12.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin tutulması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25 iyul 2016-cı il təvəllüdlü X4 və 01 sentyabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində bir uşağın saxlanılması üçün ayda 175 (yüz yetmiş beş) manat olmaqla, iki uşaq üçün 350 (üç yüz əlli) manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin tutulması tələbinə dair mülki iş üzrə İddiaçı iddia tələbinin artırılması barədə ərizəsi təmin olunmaqla, iddia tələbinə “cavabdehlə birgə nikahlarından olan yetkinlik yaşına çatmamış 25 iyul 2016-cı il təvəllüdlü X4 və 01 sentyabr 2019-cu il təvəllüdlü X1 üçün Cavabdeh işlədiyi dövrdə hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin, işləmədiyi təqdirdə isə sabit pul məbləğində bir uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, iki uşaq üçün 350 (üç yüz əlli) manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi" tələbi çərçivəsində baxılması qərara alınmışdır. İddiaçı məhkəmə baxışı iclasında ərizə təqdim edərək, Cavabdeh ilə aralarında razılıq olduğundan, ailə münasibətləri qaydasına düşdüyündən və artıq barışdıqlarından iddiadan imtina etdiyini, mülki işin icraatına xitam verilməsini xahiş etdi. İddiaçının vəkili X5 məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası iddiaçının vəkilinin iştirakı olmadan keçirilmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Göstərilən qanun normalarına əsasən iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262, 263, 264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərar verdi: İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-1254/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1254/2021
24.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver