Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-126/2021 27.07.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Naxçıvan şəhər Birinci Dövlət Notariat Kontoruna, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1, Naxçıvan şəhər Birinci Dövlət Notariat Kontoruna, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 arasında 09 avqust 2010-cu il tarixdə rəsmiləşdirilmiş 11/1 nömrəli İpoteka Müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə baxış iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi qismində Vəkil iddianı müdafiə edərək, 02 iyul 2010-cu il tarixdə "xxxx" MMC ilə Cavabdeh1 arasında 272/290 nömrəli Kredit Müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən Cavabdeh1 kredit verəndən 60 ay müddətinə illik 25% olmaqla, 5000 (beş min) manat kredit götürdüyünü, pulun nə dərəcədə götürülüb-götürülməməsindən iddiaçının xəbərinin olmadığını, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı, "xxxx" MMC və Cavabdeh1 arasında 09 avqust 2010-cu il tarixdə 11/1 nömrəli İpoteka Müqaviləsinin rəsmiləşdirildiyini, həmin müqavilə ilə tərəflərin faktiki olaraq qeydiyyatda dayandıqları və yaşadıqları ünvan 1-nin ipoteka olunduğunu, müqavilənin Naxçıvan şəhər Birinci Dövlət Notariat Kontorasında təsdiq olunduğunu, lakin notariusun müqaviləni təsdiq edərkən yaşayış evində pasport qeydiyyatında olanların razılığını almadan müqaviləni təsdiq etdiyini, iddiaçıya mənzilin borca görə məhkəmənin qətnaməsi əsasında hərraca çıxarıldığını öyrəndiyini, iddiaçının müqavilənin bağlanmasına razılıq vermədiyini, evdən çıxma öhdəliyini də üzərinə götürmədiyini, iddiaçının İpoteka Müqaviləsi bağlanarkən həmin evin ipoteka qoyulmasına razılıq verməli və gələcəkdə mənzili tərk etməklə bağlı öhdəlik götürməli olduğunu, bunları nəzərə alaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 arasında 09 avqust 2010-cu il tarixdə rəsmiləşdirilmiş 11/1 nömrəli İpoteka Müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, cavabdeh məhkəmə baxış iclasında iştirak etməmişdir. Cavabdeh təşkilat Naxçıvan şəhər Birinci Dövlət Notariat Kontoruna məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, cavabdeh təşkilatın nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş, lakin Naxçıvan şəhər bir saylı Notariat ofisinin notariusu C.Eyvazov məhkəməyə məktubla müraciət edərək iddia tələbini qəbul etmədiklərini, üzrlü səbəbdən iştirak edə bilmədiklərini, iştirakları olmadan işə baxılmasını və iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh təşkilat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, cavabdeh təşkilatın nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Cavabdeh təşkilat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, cavabdeh təşkilatın nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş, lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit X2 sədri Arif Əliyev məhkəməyə məktubla müraciət edərək iddia tələbini qəbul etmədiklərini, tələbin əsassız olduğunu, iddiaçının və mənzildə yaşayan digər şəxslərin mənzilin girov qoyulmasına razılıq ərizəsi verdiklərini, üzürlü səbəbdən iştirak edə bilmədiklərini, iştirakları olmadan işə baxılmasını və iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclası cavabdehin və cavabdeh təşkilatların nümayəndələrinin iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə edilmiş: Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın təsdiqlənmiş surətindən aydın olur ki, Naxçıvan şəhəri, H.Əliyev prospektində istifadədə olan torpaq sahəsində 33 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində yerləşən 58.44 kv.m ümumi, 45.07 kv.m yaşayış, 13.37 kv.m köməkçi sahədən ibarət 3 otaqlı, 20 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 1637 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********66-05***-*******, qeydiyyat nömrəsi: 8789, qeydiyyat tarixi: 17.06.2008). "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı (kredit verən) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (borcalan) arasında bağlanmış 09 avqust 2010cu il tarixli, 11 nömrəli Kredit Müqaviləsinə əsasən, kredit verən borcalana borcalan tərəfindən alınan krediti öz üzvlərinin sahibkarlıq fəaliyyətinə yönəltmək məqsədilə 12 (on iki) ay müddətinə illik 5%-lə, 35000 (otuz beş min) manat məbləğində kredit xətti açır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı (ipoteka saxlayan), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (əsas müqavilə üzrə borcalan) və Cavabdeh1 (ipoteka verən) arasında bağlanmış 09 avqust 2010-cu il tarixli, 11/1 nömrəli İpoteka Müqaviləsinə əsasən, borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə Vəliyev X5 şəhəri, H.Əliyev prospektində istifadədə olan torpaq sahəsində 33 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində yerləşən 58.44 kv.m ümumi, 45.07 kv.m yaşayış, 13.37 kv.m köməkçi sahədən ibarət 3 otaqlı, 20 nömrəli mənzili ipoteka ilə yükləməyi öz öhdəsinə götürür. İpoteka əmlakının dəyəri 30000 (otuz min) manatdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı (kredit verən) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (borcalan) arasında bağlanmış 09 avqust 2010cu il tarixli, 11 nömrəli Kredit Müqaviləsinə 17 avqust 2010-cu il tarixli əlavəyə əsasən, kredit verən borcalana 17 avqust 2010-cu il tarixdə 12 (on iki) ay müddətinə illik 5%-lə, 35000 (otuz beş min) manat məbləğində kredit verir. Borcalan 35000 manat əsas borc, 1222.43 manat faiz borcu olmaqla, cəmi 36222.43 manat məbləğində borcu kredit verənə ödəməyi öhdəsinə götürür. 14 iyul 2010-cu il tarixli notarial təsdiqli ərizənin surətinə əsasən, İddiaçı qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən yaşayış evinin oğlu Cavabdeh1 tərəfindən banka girov qoyulmasına etiraz etmədiyini, gələcəkdə kredit və ya faizlər ödənilməzsə bankın ilk tələbi ilə satılmasına razı olduğunu bildirmişdir. Məhkəmə izahatlara, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq aşağıdakı nəticəyə gəlir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). İzahatlardan, eyni zamanda iş materiallarına əlavə olunmuş sənədlərdən də müəyyən olmuşdur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı (ipoteka saxlayan), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (əsas müqavilə üzrə borcalan) və Cavabdeh1 (ipoteka verən) arasında bağlanmış 09 avqust 2010-cu il tarixli, 11/1 nömrəli İpoteka Müqaviləsinə əsasən, borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə Vəliyev X5 şəhəri, H.Əliyev prospektində istifadədə olan torpaq sahəsində 33 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində yerləşən 58.44 kv.m ümumi, 45.07 kv.m yaşayış, 13.37 kv.m köməkçi sahədən ibarət 3 otaqlı, 20 nömrəli mənzili ipoteka ilə yükləməyi öz öhdəsinə götürür. 14 iyul 2010-cu il tarixli notarial təsdiqli ərizənin surətinə əsasən, İddiaçı qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən yaşayış evinin oğlu Cavabdeh1 tərəfindən banka girov qoyulmasına etiraz etmədiyini, gələcəkdə kredit və ya faizlər ödənilməzsə bankın ilk tələbi ilə satılmasına razı olduğunu bildirmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” 03.11.2015-ci il tarixli qərarı ilə müəyyən etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz.” Göründüyü kimi tərəflər arasında Kredit Müqaviləsi və sonrakı İpoteka Müqaviləsi bağlanarkən qanunun tələbləri pozulmamışdır. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 125-ci mаddəsinin Vİİ bəndinə əsаsən, məhkəmə icrааtı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquq və azadlıqları haqqında Avropa Konvensiyası”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən, ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.09.2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 49-cu bəndinə əsasən, yaşayış evinin, mənzilin, bağın, bağ evinin özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq edilərkən notarius özgəninkiləşdirilən yaşayış evində, mənzildə, bağda və bağ evində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb edir və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” 03.11.2015-ci il tarixli qərarı ilə müəyyən etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz.” Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Beləliklə, məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Naxçıvan şəhər Birinci Dövlət Notariat Kontoruna, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 arasında 09 avqust 2010cu il tarixdə rəsmiləşdirilmiş 11/1 nömrəli İpoteka Müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh1, Naxçıvan şəhər Birinci Dövlət Notariat Kontoruna, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 arasında 09 avqust 2010cu il tarixdə rəsmiləşdirilmiş 11/1 nömrəli İpoteka Müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-126/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-126/2021
27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver