Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1269/2023 01.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı İddiaçı Mirvasif qızının Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı Mirvasif qızı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış 17 oktyabr 2013-cü il tarixdə Naxçıvan Şəhər Nikah evində bağlanmış 196 nömrəli nikah, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-77/2023 nömrəli iş üzrə 14 mart 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasının qərarı ilə pozulduğundan cavabdehlə birgə yaşayış dövründə ortaq qazancları hesabına əldə olunmuş və adları yuxarıdakı siyahıda qeyd edilən ev əşyaların qanunauyğun bölünərək payları müəyyən etməklə, ona çatacaq payın natural qaydada və ya payın dəyəri müqabilində pul ödəməsini, bir ilə yaxındır girovda saxladığı cehiz əşyalarını tam şəkildə geri qaytarmasını, itmiş sındırılmış, oğurlanmış cehiz əşyalarının dəyərinin hesablanaraq ona ödənilməsini, adına götürülmüş və dələduzluq yolu ilə əlindən alıb, ailənin maddi ehtiyaclarına deyil, mənimsəyərək israf edilmiş 8670 (səkkiz min altı yüz yetmiş) manat pul vəsaitinin cavabdehdən alınıb, ona geri qaytarılmasını və bu işə hüquqi qiymət verilərək cavabdehin 178,178.1, 178.2.4, 179, 179.1 və 179.2.4 maddələri ilə məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmunu öz əksini tapıb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.3-cü maddələrinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə iddiaçının cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi konkret tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. İddiaçı tərəfindən məhkəməyə müraciət olunarkən hər bir halda tələb iddia ərizəsində konkret ifadə olunmalıdır. Həmçinin qeyd olunanlardan da göründüyü kimi iddia tələbi iddiaçının öz xeyrinə cavabdehdən istədiyi tələbdir. Hazırki iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olarkən müəyyən olunmuşdur ki, iddia ərizəsində iddiaçının tələbi konkret göstərilməmişdir. İddia ərizəsinin xahiş hissəsində iddiaçı cavabdehlə birgəyaşayış dövründə ortaq qazancları hesabına əldə olunmuş və adları yuxarıdakı siyahıda qeyd edilən ev əşyaların qanunauyğun bölünərək payları müəyyən etməklə, ona çatacaq payın natural qaydada və ya payın dəyəri müqabilində pul ödəməsini, bir ilə yaxındır girovda saxladığı cehiz əşyalarını tam şəkildə geri qaytarmasını, itmiş sındırılmış, oğurlanmış cehiz əşyalarının dəyərinin hesablanaraq ona ödənilməsini istəsə də digər tərəfdən adına götürülmüş və dələduzluq yolu ilə əlindən alıb, ailənin maddi ehtiyaclarına deyil, mənimsəyərək israf edilmiş 8670 (səkkiz min altı yüz yetmiş) manat pul vəsaitinin cavabdehdən alınıb, ona geri qaytarılmasını və bu işə hüquqi qiymət verilərək cavabdehin 178,178.1, 178.2.4, 179, 179.1 və 179.2.4 maddələri ilə məsuliyyətə cəlb edilməsini istədiyini qeyd etmişdir. Belə olan halda iddiaçının tələbinin konkret nədən ibarət olmasını müəyyən etmək olmur. İddiaçı iddia ərizəsi verərkən tələbini konkret göstərməməklə iddia ərizəsinin qanunvericiliklə müəyyən olunmuş forma və məzmununa əməl etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Mirvasif qızının Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, İddiaçı Mirvasif qızı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 25 avqust 2023-cü il tarixli, 21956 nömrəli qəbzlə ödənilmiş 155 (yüz əlli beş) manat dövlət rüsumu İddiaçı Mirvasif qızına qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Mirvasif qızının Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı Mirvasif qızı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 25 avqust 2023-cü il tarixli, 21956 nömrəli qəbzlə ödənilmiş 155 (yüz əlli beş) manat dövlət rüsumu İddiaçı Mirvasif qızına qaytarılsın. İddiaçı X1 izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1269/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1269/2023
01.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver