Məhkəmə qərarları › İş №2(078)-14/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-14/2022

15.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-14/2022 15.08.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (İş üzrə icraata xitam verilməsi haqqında) Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən azyaşlı uşaqları-01 aprel 2010-cu il təvəllüdlü X1 və 28 mart 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 533 (beş yüz otuz üç) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 21 iyun 2021-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclası zamanı Cavabdeh məhkəməyə Naxçıvan MR Ali Məhkəməsinin bildirişini təqdim edərək özünün İddiaçı qarşı nikahın pozulması və uşaqların atanın himayəsində qalması tələbi ilə bağlı iddia qaldırdığını, Naxçıvan Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli 2(078)-12/2021 nömrəli qətnaməsi ilə iddiasının qismən təmin olunduğunu, sözügedən məhkəmə qətnaməsindən narazı qaldığı üçün Naxçıvan MR Ali Məhkəməsinə apellyasiya şikayəti verdiyini, mülki işin apellyasiya qaydasında məhkəmə baxış iclasının 22 iyun 2021-ci il tarixdə saat 16:00-a təyin edildiyindən hazırda icraatda olan iddiаçı İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraat dayandırılmalı olduğundan 21 iyun 2021-ci il tarixdə iş üzrə icraat dayandırılmışdır. İddiaçı Cavabdeh 22 iyun 2022-ci il tarixli ərizəsi məhkəməyə daxil olmuşdur. İddiaçı işlə bağlı Naxçıvan MR Ali Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarını təqdim edərək işin icraatının təzələnməsini xahiş etmiş və məhkəmənin 04 avqust 2022-ci il tarixli qərardadı ilə icraat təzələnərək məhkəmə baxışı 15 avqust 2022-ci il tarixdə saat 11:00-a təyin edilmişdir. Cavabdeh izahatında iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını və iş materiallarını əlaqəli şəkildə nəzərdən keçirib belə nəticəyə gəlir ki, mülki işin icraatına Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-ci maddəsinin tələbinə əsasən xitam verilməlidir. Belə ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşaqların atanın himayəsində qalması tələbi barədə məhkəmədə iddia qaldırmış və Naxçıvan Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli 2(078)-12/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq Cavabdeh ilə İddiaçı arasında 07 iyun 2007-ci il tarixdə Naxçıvan şəhər Nikah evində bağlanmış və 156 nömrə ilə qeydə alınmış 156 nömrə ilə qeydə alınmış nikahın pozulması, iş üzrə tərəflərin uşaqları- 10 aprel 2008-ci il təvəllüdlü X3 atası Cavabdeh, 01 aprel 2010-cu il təvəllüdlü X4 və 28 mart 2014-cü il təvəllüdlü X5 isə anaları İddiaçı yanında saxlanılması, nikahın pozulması dövlət qeydiyyatına alınarkən Cavabdeh 15 (on beş) manat dövlət rüsumu alınaraq, dövlət büdcəsinə keçirilməsi qət olunmuşdur. Sözügedən qətnamədən narazı qalan iddiaçı Cavabdeh apellyasiya şikayəti vermiş və Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının 02 dekabr 2021-ci il tarixli 2(108)-125/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək Naxçıvan Şəhər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli 2(078)-12/2021 nömrəli qətnaməsinin qismən mübahisələndirilən “iddia qismən təmin edilsin, iş üzrə tərəflərin uşaqları- 10 aprel 2008-ci il təvəllüdlü X3 atası Cavabdeh, 01 aprel 2010-cu il təvəllüdlü X4 və 28 mart 2014-cü il təvəllüdlü X5 isə anaları İddiaçı yanında saxlanılmasın və iddia qalan hissədə rədd edilsin” hissələrində ləğv olunaraq ləğv edilmiş hissələrdə yeni qətnamə qəbul edilmiş və iddia tam təmin olunaraq iş üzrə tərəflərin birgə nikahlarından doğulmuş uşaqları 01 aprel 2010-cu il təvəllüdlü X4 və 28 mart 2014-cü il təvəllüdlü X2 ataları Cavabdeh yanında saxlanılması qət olunmuşdur. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh İddiaçı kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 11 may 2022-ci il tarixli 2(102)-2106/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının 02 dekabr 2021-ci il tarixli 2(108)-125/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Azərbaycan Respublikası MPM-in 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi hazırki vəziyyətdə məhkəmə qaydasında baxılmalı olan tələb deyildir, çünki uşaqlar onun himayəsinə deyildir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad qəbul edir. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar